Çər. axşamı, 25 fevral 2025, 08:11:26  
   "Humana" ilə körpələri necə zəhərləyirlər... .....                     Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                 

Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Tarix: 31-01-2025, 07:29 | Çap et
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə həm ölkə miqyaslı, həm də Bakı və Bakıətrafı qəsəbələrin yol-nəqliyyat problemlərinə toxunuldu. Və məlum oldu ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat problemi cənab Prezidenti narahat edir. Prezident qeyd etdi ki, nəqliyyat infrastrukturunun inkişafı müzakirə edilməlidir, buna ehtiyac var:

“Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülüb, böyük infrastruktur layihələri icra edilib, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır”. Prezident tıxacların təbii səbəblərini qeyd etdi: “Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir. Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq”. Prezident bildirdi ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verib və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb”. Müşavirədə diqqət çəkən məqamlardan biri də cənab Prezidentin ictimaiyyət nümayəndələrinin də dövlət qurumlarına təkliflərlə çıxış etmələrini tövsiyə etdi: “Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır”.

Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, cənab Prezident sözügedən müşavirədə çox mühüm problemə toxunub:

- Cənab Prezident müşavirədəki çıxışı zamanı vurğuladı ki, Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Həqiqətən də bu, çox böyük proqram olacaq və böyük maliyyə tutumlu proqram olacaq. Burada artıq bütün aidiyyəti qurumların birgə və səmərəli fəaliyyəti tələb olunur. Düşünürəm ki, qəbul ediləcək dövlət proqramı Bakı və Abşeron mobilliyi baxımından daha geniş ərazini əhatə edəcək. İndiyədək şəhər mobilliyinin artırılması, ictimai nəqliyyatda çoxnövlüyün tətbiqi, avtobus zolaqları, piyadaların sərbəst, rahat hərəkətinin təmini məqsədilə bir sıra işlər görülüb. 2023-cü ildən çəkindirici alət olan zona saatlıq parkinq sistemi işə salınıb. Bu çox önəmlidir, şəhərin ən bahalı resursu qeyri-səmərəli istifadə olunurdu və çəkindirici alətdən yetərincə istifadə olunmurdu. Amma zona saatlıq parkinq sistemi işə düşdükdən sonra müəyyən qisim insanlar tərəfindən fərdi nəqliyyatla səfərlərin daha alternativ növlərlə əvəzlənməsinə səbəb oldu. Ötən il ərzində avtobus, velosiped zolağı şəbəkəsi salındı. 31 küçədə mobilliyin tranformasiyası proqramı çərçivəsində yeni reallığa uyğun şəbəkələşmiş avtobus zolaqları yaradıldı. Bu da eyni küçədə fərqli hərəkət üçün qısa zamanda şəraitin yaradılması idi. Bu şərait nəticəsində avtobuslarda orta sürət artdı, səfər edənlərin sayı artdı, həmçinin şəhərdə olmayan mikromobillik üçün şəbəkə yaradıldı. Yaradılan infrastruktur bu növə yönəlməyə səbəb oldu. Yəni eyni sərnişinlər artıq fərqli hərəkət növlərinə yönəldilər. Bu da ümumi küçə-yol şəbəkəmizdəki vəziyyətə müsbət təsir etdi. Amma əlbəttə, bununla işi bitmiş hesab etmək olmaz. Bəllidir ki, şəhərin onurğa sütunu relsli nəqliyyat hesab edilir. Bura daha çox sərnişin daşıya biləcək və daha uzun istismar müddəti olan nəqliyyat - metro, tramvay, şəhərətrafı elektrik qatarları daxildir. Bu yöndə də cari ilin əvvəlində ilkin məlumatlar verildi və dünənki iclasda da həmin məqamlara toxunuldu. Çox güman ki, böyük bir proqram təsdiq olunacaq. İlkin verilən xəbərlərə görə, 5 ildə 10 yeni metrostansiya tikiləcək. Eyni zamanda metro və dəmiryolunun keçmədiyi ərazilərdə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub. Şəhərətrafı elektrik qatarında sərnişindaşımanı 4-5 dəfə artırmaq planlaşdırılır. Düşünürəm ki, bu yanaşmalar şəhər yollarındakı sıxlığın aradan qaldırılmasına müsbət təsir edəcək və ciddi bir alternativ formalaşdıracaq. Həmçinin düşünürəm ki, şəhərətrafı dairəvi yolun tikintisinə ehtiyac var. O məsələ də müşavirədə qeyd olunub. Bəzi yollar da tikiləcək, hansı ki, şəhərdaxili hərəkətə birbaşa təsir edəcək. Ən önəmlisi qısa məsafədə piyada səkilərinin abadlaşdırılmasıdır. Bakının daxilində məsafə o qədər də uzun deyil, Yeni Günəşlidən "28 May"a, "28 May"dan Yeni Yasamala, yaxud "28 May"dan Biləcəri istiqamətinə baxsaq, 10 kilometrlik radiusda olan küçə və prospektlərdən söhbət gedir. Amma bunların özlərinin boya-boy səkisi və qısa məsafədə keçidləri yoxdur. Eyni səviyyədə insanların küçənin bir tərəfindən digər tərəfinə keçməsi və hərəkəti üçün şərait yaradılmalıdır. İnsanlar özləri piyada, yaxud skuter, metro, avtobus, şəhərətrafı elektrik qatarı və tramvayla səfər edəcəklərini seçə bilsinlər. Bu gün görülən işlər doğrudur, amma bu sahəyə qoyulan investisiyaları artırmaq lazımdır. Çeşidli, üstünlüyü təmin olunmuş, maliyyə dayanıqlılığı təmin olunmuş ictimai nəqliyyatdan söhbət gedir, bunun üçün də daşıyıcılarla biznes model dəyişməlidir, brutto müqavilələrə keçid olunmalıdır ki, daşıyıcılar dayanıqlı fəaliyyət göstərə, kredit cəlb edə, avtoparkını daha sürətli dəyişə, ən önəmlisi isə daha peşəkar sürücüləri işlədə bilsinlər. Müəyyən sosial qruplar – tələbələr, təqaüdçülər, fiziki məhdudiyyətli şəxslər güzəştli gediş haqqından istifadə edə bilsin.

İctimaiyyətdən gələcək təkliflərə toxunan ekspert ictimai nəqliyyatla yanaşı, insanları səki probleminin də çox narahat etdiyini dedi:

- Qısa məsafədə məhz piyada hərəkətini stimullaşdırmaq üçün piyada səkilərinin üzərində olan baryerlər aradan qaldırılmalıdır. Eyni zamanda standartlarda müasir yanaşmaları, müasir tələbləri qoymaq lazımdır. Küçə tikiləndə çox funksional küçənin piyada səkisi necə olmalıdır, hansı standartlara cavab verməlidir və eni nə qədər olmalıdırsa, bu dəyişikliklər vaxtında müəyyən edilməlidir. Təəssüflər olsun ki, bizdə vəziyyət yaxşı deyil. Digər məsələ piyada səkilərinin nəqliyyat vasitələri tərəfindən zəbt edilməsidir, bunun qarşısı alınmalıdır. Dünyada belə bir təcrübə var ki, dayanacaq və parkinq yerlərinin ayrılması üçün anticiblər qoyulur. Anticiblər dayanacağın başlanğıc və bitiş nöqtəsini müəyyən edir. Bunlar bir-birinə mane olmadan təşkil olunur. Belə olduğu halda həm piyadalar və dayanacaqda gözləyən sərnişinlər üçün təhlükəsizlik təmin edilmiş olur, həmçinin də avtobus da rahat yan ala bilir. Digər praktika avtobus dayanacaqlarının yerləşdiyi yerlərdə kassel bardyurlarının qoyulmasıdır. Bu da inklüzivlik standartlarına maksimum riayət etmək üçün çox gözəl bir həlldir. Səkilərdə köşklərin yanına bir çox hallarda soyuducular qoyulur, bu da piyadaların rahat hərəkətinə mane olur. Səkini zəbt edən piştaxtalar da tez aradan qaldırıla bilər. Digər məsələlər də qanunamüvafiq şəkildə həllini tapmalıdır. Cəmiyyət olaraq biz hamımız bu məsələləri birinci sosial media və fərqli platformalarda işıqlandırmalıyıq. Eyni zamanda bunu rəsmi dövlət qurumlarına rəsmi yazmaqla da məlumatlandırıb tələb edə bilərik. Həmçinin vətəndaşlar yaşadıqları ərazidə qarşılaşdıqları nəqliyyat problemləri ilə bağlı aidiyyətli qurumlara müraciət etsələr, məsələlər həllini daha tez tapar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru