![Əfv Məsələləri Komissiyasının iclası keçirilib Əfv Məsələləri Komissiyasının iclası keçirilib](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1739369218_0001.jpg)
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.
Bunu Trend-ə Komissiyanın üzvü Rəşad Məcid deyib.
O qeyd edib ki, iclasın gündəliyi açıqlanıb.
"İclas çox məhsuldar keçdi və 100-dən artıq müraciətə baxıldı. Bunlar ağır cinayətlərlə və əsasən də ölüm işində təqsirləndirilən şəxslərin müraciətləri idi. Hər bir müraciət diqqətlə araşdırıldı. Həm Administrasiyanın müvafiq şöbələri həm də hüquq-mühafizə orqanları tərəfindən verilən rəylər nəzərə alınaraq komissiya üzvlərinin fikirləri nəzərə alındı və səsvermə nəticəsində qərarlar qəbul edildi",- deyə o əlavə edib.