!["Niyam məni işdən çıxardıb, yalan danışmasın" "Niyam məni işdən çıxardıb, yalan danışmasın"](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1739373329_289715_0lcqimm23l.jpg)
Xəbər verdiyimiz kimi, müğənni Niyam Salami mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünun ondan qalan evi satması barədə açıqlama verib.
Axşam.a-ın məlumatına görə, "xeberci.az_official" intaqram səhifəsinə açıqlama verən Gülü evi satmadığını bildirib:
“Niyə yalan danışır? Mən evimdə oturmuşam. İndi də həmin evdəyəm".
Gülü Niyamın yanında işləməsi xəbərinə də aydınlıq gətirib:
"Niyam məni işdən çıxardıb. 5-6 aydır oturmuşam evdə. Dedi ki, burada sənlik yer yoxdur. Başqa restorana getdi, doğrudan da mənlik iş yox idi. Dedi ki, saat 6-da gəl və gecə 12-də get. Edə bilmədim. Niyam deyir ki, Gülü işləmir, amma yanımdadır. Heç kimin yanında deyiləm. Heç kim acından ölmür, çörəyimi tapıb yeyirəm. Pensiya alıram, onunla dolanıram. Tək adamam, bəs edir.
Niyam niyə yalandan deyir, Gülü yanımdadır? Bəlkə kimsə mənə yardım etmək istəyir? Niyə qarşısını alırsınız?".
Qeyd edək ki, N.Salami "Bir gün" verilişində Gülünün onun yanında olduğunu deyib.