Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? .....                     Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... .....                     Zelenski Trampla danışıqlarını açıqladı: .....                     “Kiyevdə dəhşət, Moskvada sevinc” .....                     Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb .....                     Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü .....                     MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin .....                     Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib? .....                     “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                 

"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Tarix: Dünən, 21:09 | Çap et
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib"
İqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rusiya ərazisində Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasından sonra münasibətlər gərginləşib. Sizcə, bu hal nə vaxta qədər davam edə bilər?

- Azərbaycan-Rusiya münasibətlərinə geniş aspektdən baxmaq lazımdır. İndiyə kimi Rusiya Azərbaycana qarşı bir çox məsələlərdə əsas rolda yer alıb. 2020-ci ildə 44 günlük müharibədə Rusiya faktiki olaraq Ermənistanı müdafiə edib. Rusiyanın verdiyi silahlarla Azərbaycana qarşı terror-təxribat hadisələri törədilib. 1992-ci ilin fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı aktında ermənilərlə yanaşı Rusiyanın 366-cı moto-atıcı diviziyasının cəlladları da iştirak edib. 1990-cı ilin 20 yanvarında Bakıda sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınlarını heç kəs unutmayıb. Bütün bunlara baxmayaraq Azərbaycan dövlət olaraq Rusiya ilə qonşuluq münasibətlərini qoruyub saxlamağa çalışıb. Hətta qardaş Türkiyə (Şuşa Bəyannaməsi - 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə) ilə müttəfiqlik sazişi imzalandıqdan sonra, Rusiya ilə də müttəfiqlik (2022-ci ilin fevralın 22-də Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə) haqqında bəyanat imzalandı. Məqsəd Rusiya ilə münasibətləri balanslaşdırmaqdan ibarət idi.

Bütün bunlara baxmayaraq Rusiya son illər Azərbaycana təzyiqlər etməyə başlayıb. Ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer-190" sərnişin təyyarəsi Rusiya tərəfindən vurulması isə münasibətlər gərginləşib. Rusiya bunun məsuliyyətini üzərinə götürüb, günahını etiraf etməlidir. Kompensasiya ödənilməli və digər zəruri prosedurlar icra olunmalıdır. Rusiya bunu etmək əvəzinə özünü “haqlı” çıxarmağa çalışır. Qəza ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi açıq şəkildə bəyan edilib. Rusiya isə gözləntilərin əksinə artıq-əskik hərəkətlərə yol verir. Təyyarə qəzası ilə bağlı açıqlanan hesabatlardan sonra da Moskva günahı boynundan atmağa çalışır. Bu azmış kimi Rusiya Dövlət Dumasının bir neçə başı xarab deputatı və müəyyən komitələrin üzvləri Azərbaycan barəsində ağızlarına gələni danışmağa başlayıb. Bunlara son qoyulmalıdır. Belə davranış Rusiya tərəfinə başucalığı gətirməyəcək. Azərbaycan tərəfindən də bu davranışlara adekvat reaksiyalar var və olacaq.

- Moskvanın Bakıya qarşı bu davranışlarının kökündə hansı amillər dayanır? İnadkarlıq etməklə Rusiya nəyə nail olmaq istəyir?

- Azərbaycan adi dövlət deyil. Kifayət qədər sayılıb-seçilən dövlət olan Azərbaycanın hərbi gücü, iqtisadi imkanları var və bu, daha da genişlənir. Ona görə də, Rusiya tərəfi Azərbaycana qarşı bu hərəkətlərə yol verilməməli idi. Azərbaycanın haqlı olduğu məsələlərdə onunla razılaşmaq lazımdır. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmamasının günahkarlarından biri də elə Rusiyadır. Kreml istəmir ki, Azərbaycanla Ermənistan arasında müəyyən münasibətlər qurulsun. Çünki Rusiyanın xarici siyasətində ancaq işğalçılıq xətti mövcuddur. Post-sovet məkanındakı müstəqil dövlətlərə də SSRİ-nin bir hissəsi kimi yanaşılır. Amma Azərbaycan müstəqil dövlətdir. Prezident İlham Əliyev müstəqil siyasət həyata keçirir. Bu gün Azərbaycan dünyada müstəqil və güclü tərəfdaş kimi ciddi mövqeyə malikdir. Ona görə də Azərbaycanla bağlı məsələyə bir az ehtiyatla yanaşılmalıdır.

- Rusiyada bəzi şəxslər Azərbaycanı hədəf alan açıqlamalar verir. Anti-Azərbaycan ritorikasının Rusiyanın ayrı-ayrı strukturlarında güclənməsinə səbəb nədir?

- Sözsüz ki, Rusiyanın absurd iddialarına qarşı Azərbaycandan da adekvat reaksiyalar verilir. Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib. Əslində, bu güzəştləri etməyə ehtiyac yox idi. Vaxtında onların cavabı verilməli idi. Azərbaycan tək deyil və onun Türkiyə, türk dövlətləri, Pakistan, İsrail kimi müttəfiqi, tərəfdaşları var. Ona görə də Moskvanın təxribatlarına göz yumulmamalıdır. Rusiyanın dediyi hər sözü qəbul etməyə ehtiyac yoxdur. Rusiya-Ukrayna müharibəsinə görə çətin durumdadır. Müharibənin necə qurtaracağı hələ bəlli deyil. Proseslər göstərir ki, bu məsələlər Rusiyanın parçalanması ilə nəticələnə bilər. Ona görə də Rusiya çalışmalıdır ki, qırmızı xətti keçməsin. Bu gün Azərbaycanda rusdilli əhalinin sayı az deyil. Eyni zamanda Rusiyada işləyən, təhsil alan azərbaycanlılar var. Hər iki tərəf bir çox amilləri nəzərə almalıdır.

- Faktiki olaraq Azərbaycana qarşı təhdidlər var. Buna cavab olaraq hansı addımlar atılmalıdır?

- Bu bölgədə Azərbaycana yeganə dostu, müttəfiqi qardaş Türkiyədir. Qardaş ölkə ilə bütün istiqamətlərdə əlaqələr genişləndirilməlidir. Həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) ilə hərbi-siyasi müstəvidə münasibətlər möhkəmlənməlidir. Rusiya isə faktiki olaraq təklənib. Belarus, Şimali Koreyadan başqa Rusiyanın yanında heç bir ölkə yoxdur. Çin isə heç də özünü Rusiyanın dostu hesab etmir. Həmçinin Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti araşdırılmalıdır. Azərbaycanda rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşməməlidir. 5 il qabaq mən bu fikri Milli Məclisdə deyəndə çoxları başqa cür yanaşırdı. Əgər Rusiya Azərbaycanda rusdilli məktəblərin olmasını istəyirsə, onun maliyyələşməsini təmin etməlidir. Mən vəzifədə ikən və Milli Məclisin olduğum dönəmlər də daxil olmaqla 32 il idi ki, Rusiyaya getmirdim. Sonuncu dəfə 1992-ci ildə Rusiyada səfərdə olmuşam. 2023-cü ilin dekabrında Azərbaycan əsilli iş adamı Qod Nisanovun atası Semyon Nisanovun yas mərasimində iştirak etmək üçün Moskvada oldum. Rəhmətlik Semyon Nisanov mənim dostum idi. (Semyon Nisanov vaxtilə Qubanın ən böyük konserv zavodunun direktoru olub). Təxmini iki gün Rusiyada qaldım və oradakı vəziyyəti gördüm. Əvvəlki Rusiyadan, Moskvadan əsər-əlamət qalmamışdı. Ona görə də Rusiya rəhbərliyi öz günlərinə ağlamalıdır. Başqa dövlətlərin torpaqlarında, daxili işlərində maraqlı olmalı deyillər.

- Bu günlərdə Rusiyanın Azərbaycanda casus, agentura şəbəkəsinin olduğu açıqlandı. Şəbəkədə keçmiş yüksək çinli məmurların adları var. Sizin, bu məsələlərə münasibətiniz necədir?

- Azərbaycanda Rusiyaya bağlı, ora meyilli adamlar çoxdur. Bu kimi məsələlərin üzə çıxması üçün arxivlər açılmalı, kimin kim olduğu bilinməlidir. Vəzifədə, bəzi dövlət təşkilatlarında, seçkili orqanlarda Rusiyaya meyilli qüvvələr var. İndi mediada Rusiyaya işləyən bir neçə sabiq məmurun adı açıqlanıb. Əslində arxivlər açılsa, oradan elə adamların adları çıxacaq ki, bunlar, onların yanında heç kimdir. Amma bu qüvvələr unutmasın ki, indi onların nəsə etmək imkanları yoxdur. Azərbaycan xalqı öz müstəqilliyini qoruyub saxlamağa qadirdir. Prezident İlham Əliyev həmişə bu amili qeyd edib. Azərbaycan dövləti öz gəncliyinə arxalanır. 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi bunu bir daha sübut etdi.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12
Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01
“Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Dünən, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Dünən, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Dünən, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Dünən, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Dünən, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Dünən, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Dünən, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Dünən, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Dünən, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Dünən, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Dünən, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Dünən, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Dünən, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Dünən, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Dünən, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Dünən, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Dünən, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Dünən, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Dünən, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Dünən, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Dünən, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Dünən, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Dünən, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Dünən, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Dünən, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Dünən, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Dünən, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Dünən, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Dünən, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Dünən, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Dünən, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Dünən, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Dünən, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Dünən, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Dünən, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Dünən, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Dünən, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru