Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb .....                     "Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" .....                     Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb .....                     "Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" .....                     Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq .....                     "Deməli, yaddan çıxmamışam" .....                     ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? .....                     Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada .....                     "ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                     İrəvan NƏ ETSİN? .....                     Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir .....                     XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib .....                     Bir gecədə 8 maşını və 6 evi yardılar .....                     Qeyri-sabit hava 4 gün davam edəcək .....                     Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur .....                     Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı .....                     Naxçıvanda 8 şirkət birləşir .....                     Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb .....                     Aİ liderləri Ukraynaya səfər edəcək .....                 

Bakıda kəşfiyyatçı eynəklərini kimlər satır?.. - KİMLƏR ALIR?
Tarix: 19-02-2025, 11:34 | Çap et
Bakıda kəşfiyyatçı eynəklərini kimlər satır?..
Ötən həftəsonu Dövlət İmtahan Mərkəzi magistraturalara qəbul imtahanı (1-ci cəhd) keçirib. İlkin məlumatlara əsasən, üç nəfərdə mobil telefon, bir nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric ediliblər.

Ötən gün magistratura imtahanı verən şəxslərdən birində xüsusi kameralı eynək tapılıb. Ölkə.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu məlumat verib. O

Qanunsuz mini kameralı eynəklər ilk baxışdan adi bir aksessuar təsirini bağışlasa da, əslində şəxsi məxfiliyi pozmaq və gizli müşahidə aparmaq məqsədilə dizayn edilib. Belə cihazların istifadəsi qanunla qadağan olunsa da, satışı həyata keçirilir. Sosial şəbəkələrdə açıq şəkildə “çatdırılma” xidməti ilə təklif olunan bu eynəkləri almaq istəyən şəxsin qeyd olunan nömrəyə zəng etməsi kifayətdir.

Belə olan halda, bu məhsulların satışı qanunla necə tənzimlənir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, gizli kameraların Azərbaycanda alışı, satışı və istifadəsi qanunla qadağan olsa da, buna məhəl qoymayanlar var: “Sosial şəbəkələrdə gizli kameralar açıq şəkildə satılır. Onlayn satışda istənilən əşyaya gizli kamera yerləşdirərək satışının həyata keçirildiyini deyirlər. Gizli kameralı eynəklər də bu sıradadır. Belə eynəklərlə hiss etdirmədən görüntüləri çəkib, səsləri yaddaşa yazıb sonradan istifadə etmək mümkündür”. Natiq Ələsgərov deyib ki, texnologiyanın inkişafı kameraların ölçülərinin də kiçilməsinə yol açıb: “Kameraların ölçüsü kiçildikdə onlardan ən müxtəlif məqsədlər üçün istifadə edilməsi halları da genişlənib. Artıq gizli kameraların hansı modeldə düzəldilməsi və ya haraya yerləşdirilməsi fantaziya məhsuludur. Səs və görüntüləri yaddaşda saxlayan bu kameraları ağla gələn hər yerdə quraşdırmaq mümkündür: qol saatlarında, qələmlərdə, düymələrdə, divar şəkillərinin üzərində və s. Mini kameralar da daxil olmaqla, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr Azərbaycan Respublikasının ərazisində mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Bununla bağlı Azərbaycan Respublikasının "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanun mövcuddur. Bu isə həmin vasitələrin, qanunun adından da göründüyü kimi, əməliyyat-axtarış orqanlarının əməkdaşları kimi şəxslərə icazə verilməsi deməkdir. Əks halda, sözügedən əşyalardan qanunsuz olaraq istifadə edilməsi və satışı inzibati və cinayət məsuliyyəti yaradır. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq sənədlərlə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etməlidir".

Hüquqşünas deyib ki, dünyada bir çox hallarda insanların məxfiliyi gizli kameralar vasitəsilə pozulur. Buna görə də əsasən vəzifəli və ya imkanlı şəxslər, elə sadə vətəndaşlar da şantaj obyektlərinə çevrilə bilir: “Belə deyək də, gizli görüntülərin öz "ovçu"ları var. Amma bunun qarşısını almaq üçün vasitələr də var. Olduğunuz yerdə gizli kameraların olub-olmamasını müəyyənləşdirmək üçün ilk olaraq ətrafa diqqət yetirmək lazımdır. Əgər kameranı məqsədyönlü şəkildə gizlədiblərsə, o, diqqəti yayındırmaq üçün digər əşyaların yanında olacaq. Kondisionerdən tutmuş tüstü ötürücülərinə, otaqdakı şəkillərə, yumşaq oyuncaqlara, saatlara, televizora diqqət yetirmək lazımdır. Həmçinin müasir texnologiyalara diqqət etmək lazımdır. Otaqda internetə qoşulmuş bütün cihazları göstərən proqramlar var. Bu proqramlar leqal və azad satışdadır. Adətən gizli kameralar yerli şəbəkəyə qoşulur, buna görə həmin proqramlarla gizli kameranın qoşulub-qoşulmadığını da görmək mümkündür. Elektromaqnit şüalanması olan peşəkar detektorlardan da istifadə etməklə gizli kameraların gözündən özünüzü qoruya bilərsiniz. Bu cihazlar gizli kameraların yaydığı şüaları axtarıb tapmaq özəlliyinə malikdir".

Müsahibimiz vurğulayıb ki, smartfondan istifadə etməklə də hotel otağı, mənzilin təhlükəsiz olduğuna əmin olmaq mümkündür: “Bunun üçün smartfonunuzun kamerasını açıb gizli kameranın olduğunu zənn etdiyiniz cihazların, divardakı saatın, fotoların və s. üzərinə tuşlayın. Bu zaman otaq qaranlıq olmalıdır. Gizli kameralar gecəgörmə qabiliyyətinə malik olduğundan infraqırmızı işıq saçır. Adi gözlə görünməsə də, kamera həmin infraqırmızı işığı dərhal aşkar edir. Nəzərə almaq vacibdir ki, bəzi telefonlarda yalnız ön kamera infraqırmızı işığı görə bilir. Smartfonun infraqırmızı işığı görə bilməsini yoxlamaq üçün otaqdakı işığı söndürmək, televizorun pultunu telefonun kamerasına yaxınlaşdırmaq və sonra pultun istənilən düyməsini sıxmağınız lazımdır. Əgər cihaz infraqırmızı işığı görürsə, pultun ön hissəsində qırmızı və ya bənövşəyi işığın yanıb-söndüyünü görəcəksiniz. Smartfonunuzun infraqırmızı işığı gördüyünə əmin olduqdan sonra etməli olduğunuz tək şey otağı mümkün qədər qaranlıq etmək və sonra onun kamerası vasitəsilə hər yeri skan etməkdir. Əgər evdə aktiv kamera varsa, smartfonunuz onu aşkar edəcək. Evinizdə aktiv kameranın olub-olmaması ilə maraqlanırsınızsa, infraqırmızı işıq isə işləmirsə, onda lokal şəbəkəyə qoşulan cihazları yoxlaya bilərsiniz. Hansı cihazların lokal şəbəkəyə qoşulduğunu müəyyən edə bilən bir sıra proqramlar var. Onlardan biri "Fing" adlanır (həm Android, həm də iOS üçün mövcuddur). Əlbəttə ki, bu üsulların heç biri 100 faiz etibarlı deyil. Əgər təhlükəsizliyinizlə bağlı ciddi narahatlıqlarınız varsa, gizli mikrofon və ya kameradan gələn siqnalları qəbul edən radiotezlik detektoru əldə edə bilərsiniz. “Bond Rees” şirkətinin şəxsi müstəntiqi və təhlükəsizlik üzrə eksperti Aaron Bond hotel otaqlarında gizli kameraların əsasən kondisionerlər, rozetkalar, qapı tutacaqları, yumşaq oyuncaqlar, saatlar, kitablar, rəsmlər və otaq bitkiləri arasında gizlədildiyini açıqlayıb. Detektiv “casus cihazı”nı tapmağın ən sürətli yolunun telefonlardakı kamera olduğunu bildirib. Çünki bəzi smartfonlarda kameralar infraqırmızı şüalanmanı aşkar edə bilir. Bu da gizli işləyən cihazları tapmağa kömək edir. Bond onu da əlavə edib ki, otaqda gizli kameraları axtaran qonaqlar “cinayətkar”lar kimi düşünməlidirlər. Əgər onlar belə qurğular aşkar edərlərsə, dərhal hotel işçilərinə və ya sifariş platformasına məlumat verməlidirlər".

Hüquqşünas deyib ki, Azərbaycanda gizli kameraların satışını, istifadəsini təşkil edən şəxsləri cərimə ilə yanaşı, həbs cəzası da gözləyir: “Gizli kameralar mülki dövriyyəsi qadağan olunmuş və mülki dövriyyədən çıxarılmış əşyalar siyahısına aiddir. Buna görə də gizli kameraların satışı, gəzdirilməsi, digər şəxsə verilməsi, satılması, bağışlanması cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə, 200 manatdan 400 manatadək məbləğdə cərimə nəzərdə tutulub. Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə əsasən isə həmin texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb - "Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki..."
Bu gün, 00:38
"Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 00:30
Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb
Bu gün, 00:25
"Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" - ETİRAZ
Bu gün, 00:23
Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq - GƏLİŞMƏ
Bu gün, 00:15
"Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Dünən, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Dünən, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Dünən, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Dünən, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Dünən, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Dünən, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Dünən, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Dünən, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Dünən, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Dünən, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Dünən, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Dünən, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Dünən, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Dünən, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Dünən, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Dünən, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Dünən, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Dünən, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Dünən, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Dünən, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dünən, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Dünən, 16:15
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Dünən, 16:12
Nübar Ərbil AzTV-dən getdi - FOTO
Dünən, 16:09
Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Dünən, 16:03
Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Dünən, 15:52
Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 15:43
“Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Dünən, 15:36
SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Dünən, 15:35
Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Dünən, 15:21
Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Dünən, 15:12
Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru