“Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                 

Brend malları saxtalaşdırıb satan çetenin qara əməlləri - ŞOK FAKTLAR
Tarix: 20-11-2017, 09:06 | Çap et
Brend malları saxtalaşdırıb satan çetenin qara əməlləri
Son 2 ildə əhalinin gəlirlərinin artmaması, bir çox hallarda isə azalması nəticəsində alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Bu şəraitdə istehlak bazarında qiymətlərin bahalaşması insanların vərdiş etdikləri bir çox mal və məhsulları daha ucuzları ilə əvəzləməsinə gətirib çıxarıb. Bu sırada ilk yeri yuyucu və gigiyenik vasitələr tutur desək, qətiyyən yanılmarıq. Ətrafda kimdən soruşsaq, əvvəllər istifadə etdiyi brend və bahalı yuyucu və gigiyenik vasitələrin daha ucuz markalarına keçdiyini deyir.

Naməlum və qaranlıq “zavod”

Maraqlıdır ki, son 2 ildə insanların illərdən bəri istifadə etdikləri keyfiyyətli və bahalı markalara olan inamından külli miqdarda qazanc əldə edən böyük bir qrup, bəlkə də mütəşəkkil dəstə meydana çıxıb. Bu dəstənin üzvləri brend yuyucu və gigiyenik vasitələrin adı altında, yaxud həmin adla demək olar ki, eynilik təşkil edən saxta və keyfiyyətcə on dəfələrlə geri qalan, qiymətcə əsl maldan 2-3 dəfə ucuz məhsul buraxaraq əhalini aldatmaqla məşğuldur. “Calgon”, “Ariel”, “Fairy”, “Pantene”, “Vanish” və digər brend firma məhsulları ilə eyni adda, yaxud onlara çox bənzəyən adlar altında istehsal olunan bu məhsullar məhəllə marketlərlərinə, bazar və yarmarkalara, metro çıxışlarına, həyətlərə daşınaraq çox rahatlıqla satılır. Hətta son zamanlar həmin məhsullardan iri supermarket şəbəkələrinə ayaq açanları da var. Belə ki, “Yeni Müsavat”ın əməkdaşının tanınmış supermarketdən aldığı “Fairy”nin içindən tamam fərqli qatılıqda və qoxuda, çox keyfiyyətsiz məhsul çıxıb. Bu sətirlərin müəllifinin başqa bir supermarketdən aldığı “Pantene” balzam qutusunun içərisindəki illərdən bəri istifadə etdiyi eyni markadan çox fərqli və keyfiyyətsiz, tamam fərqli qoxusu olan məhsul idi.

Bu keyfiyyətsiz və saxta məhsullar Bakıətrafı ərazilərdə qanunsuz olaraq istehsal edilir. Bu günlərdə “Koroğlu” metrostansiyasının çıxışında 2-si 3 manata 400 qramlıq “Calgon” satan kişidən satdığı malın harada istehsal olunduğunu soruşduqda çox hirsli şəkildə “nəyinə lazımdır” deyib malı əlimizdən çəkib aldı. Daha sonra “hamı bilir ki, harda istehsal olunur da” söylənə-söylənə tələsik mallarını yığışdırıb, ərazidən uzaqlaşdı. Eyni sözləri Buzovna qəsəbəsində məhəlləyə həmin maldan gətirən qadın da söylədi. Dediyindən məlum oldu ki, həm “Calqon”u, həm də “Vanish”i onun bacısına işlədiyi zavodda (?!) maaş əvəzinə veriblər. Qadın zavodun adını xatırlaya bilməsə də, orada çox sayda belə keyfiyyətli (?!) məhsullar istehsal olunduğunu dedi.

Düzünü deyək ki, bu maaş əvəzinə verilmə söhbəti ənənəvi bəhanə olduğu üçün onu reallıq hesab etmirik: bir zamanlar xlor satanların hamısı eyni arqumenti səsləndirirdi. Amma reallıq budur ki, ortalıqda çox böyük bir saxtakar çete var və bu çete sahəyə məsul olan bütün qurumların gözləri qarşısında at oynatmaqdadır. Bundan isə əsas zərər əhaliyə dəyir: həm maddi, həm də səhhəti baxımdan. Heç bir nəzarət, yoxlama olmadan, hər hansı standartın tələbi gözlənmədən necə gəldi istehsal edilən yuyucu və gigiyenik vasitələrdən istifadə insan sağlamlığı üçün çox böyük təhlükədir.

Böyük bazarlardakı “istehsalçı” kimdir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, belə hallarla bağlı çoxsaylı müraciətlər alırlar: “Burada ən yaxşı mübarizə o zaman baş tutar ki, o məhsulların buradakı distribüterləri də maraqlı olsunlar. Biz təcrübədə çox rastlaşmışıq ki, yerli distribüterlər də saxta malların satışında maraqlı olurlar - bəzən əsl malla saxta mal yanaşı satılır, distribüter buna göz yumur. Burada da məqsəd daha çox gəlir əldə etməkdir”.

Birlik rəhbərinin sözlərinə görə, bu vəziyyətin yaranmasına ikinci məsul qurum İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətidir: “Bu xidmət yoxlamaların dayandırıldığını bəhanə edərək bu kimi hallarla bağlı heç bir tədbir görmür. Bizdə olan məlumata görə, bəzi iri bazarlarda açıq yuyucu tozlar satılır. Onları alıb içərisinə 50 faiz duz qarışdırılır. Gürcüstandan gətirilən qutulara qablaşdırıb xüsusilə Qərb bölgəsində əhaliyə satılır. Bunun əhalinin sağlamlığına böyük zərəri var, dəridə müxtəlif yaralara səbəb ola bilər. Bu kimi faktlarla bağlı xidmətə müraciət edirik, deyirlər, yoxlamalar dayandırılıb”.

İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətinə göndərdiyimiz sorğuya cavab olaraq bildirilib ki, bazar iqtisadiyyatı şəraitində eyni mal ayrı-ayrı satıcılar tərəfindən müxtəlif qiymətlərə satıla bilər: “Bu qiymətlər satıcının məhsulla bağlı xərclərindən, malın üzərinə qoyduğu ticarət əlavəsinin səviyyəsindən, satışın həyata keçirildiyi ərazidən və s. asılı olaraq dəyişir. Ona görə də hər hansı bir malın bir yerdə digər yerlərə nisbətən ucuz satılması onun saxta olmasını deməyə əsas vermir”.

Sorğumuza cavabdan həmçinin belə aydın olur ki, istehlakçının seçim hüququ var: “O, müxtəlif təsərrüfat subyektlərinin istehsal etdikləri eyni təyinatlı mallardan (işlərdən, xidmətlərdən) tələbatına daha uyğun olanını özünə sərfəli qiymətə, münasib bildiyi yerdən seçib ala bilər.

Mal satarkən satıcı istehlakçıya malla birlikdə qəbz, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçının şikayətinə qəbz, kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Ona görə də istehlakçılar mal alarkən diqqətli olmalı, bu cür sənədləri təqdim etməyən satıcılardan mal almaqdan çəkinməlidirlər".

Distribüterlər niyə susurlar?

Cavaba görə, əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan mal kontrafakt məhsul hesab edilir: “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, digər bazar subyektinin əmtəə nişanından, coğrafi göstəricilərindən, firma adından, əmtəə markasından, həmçinin adından qanunsuz istifadə edilməklə rəqibin təsərrüfat fəaliyyətinin təqlidi haqsız rəqabət hesab olunmaqla antiinhisar qanunvericiliyinin pozulmasına səbəb olur. Mövcud qanunvericiliyə əsasən, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının, habelə publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxılır".

Nazirlikdən bildirildiyinə əsasən, antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri əlavə olunmaqla antiinhisar orqanına təqdim edilir. Antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar və antiinhisar qanunvericiliyinin pozulması faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir: “Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qeydiyyatına alınmış əmtəə nişanları üzrə saxta məhsulların satışı ilə əlaqədar həmin nişanların sahibləri tərəfindən yuxarıda qeyd olunan qaydada İqtisadiyyat Nazirliyinə müraciətləri daxil olduqda həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun baxılaraq zəruri tədbirlər görülür”.

Bəs ölkə qanunvericiliyində müxtəlif məhsulların saxtalaşdırılmasına qarşı hansı tələblər, cəzalar nəzərdə tutulur? Nazirlikdən verilən cavaba görə, bu məsələ “Haqsız rəqabət haqqında” qanunla tənzimlənir: “Qanunda digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edildikdə, haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə iki misli həcmində maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda antiinhisar qanunvericiliyinin pozulmasına yol vermiş şəxs qanun pozuntusunu könüllü surətdə aradan qaldırdıqda işin icraatına onun mahiyyəti üzrə qərar çıxarılmadan xitam verilə bilər”.

Göründüyü kimi, İqtisadiyyat Nazirliyinin verdiyi cavab faktiki olaraq onu göstərir ki, hər hansı tədbir görülməsi üçün onlara məhsulları təqlid olunan, yaxud saxtalaşdırılan firmalardan, onların distribüterlərindən rəsmi müraciət olunmalıdır. Firmalar, distribüterlər belə müraciətlər edirlərmi?

Bir çox saxtalaşdırılan brend məhsulların Azərbaycandakı rəsmi distribüteri olan Engin LTD şirkətindən məsələ ilə bağlı mövqe almağa çalışdıq. Şirkətdə telefonu qaldıran xanım müraciətimizin məqsədini dediyimiz an “Sumqayıtda istehsal olunan malları deyirsiniz?” soruşdu. Bu isə şirkətdəkilərin vəziyyətdən xəbərdar olduqlarını göstərir. Xanım “biz yalnız o məhsulları satan şirkətik” deyərək, istehsalçı Procter&Gamble şirkətindən cavab almaq üçün suallarımızı götürdü. Lakin bir həftədən çox müddət ərzində suallarımız cavablandırılmadı.

Digər məhsulların distribüterlərindən məsələ barədə hər hansı münasibət almaq cəhdlərimiz gözləmədiyimiz halda açıq aqressiya ilə qarşılandı. Bu isə məsələnin təsəvvür etdiyimizdən daha qaranlıq məqamlarının olmasından xəbər verir.

P.S. Mövzunu diqqətdə saxlayacağıq.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru