Dörd icra başçısı səksəkədə - Xaləddin İsgəndərov, Ramiz Yediyarov, Alimpaşa Məmmədov və Rəcəb Babaşov...
Tarix: 7-12-2017, 09:00 | Çap et
Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən çıxarılması onun kurasiyasında olan rayonların icra başçılarının yuxusuna haram qatıb.
İlk növbədə F.Məmmədovun bacısının həyat yoldaşı olan Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov çıxılmaz duruma düşüb. 2015-ci ildə Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanmasından sonra bilinmişdi ki, binaya tezalışan üzlük onun icazəsi və tələbi ilə vurulub. Lakin həmin dövrdə X.İsgəndərov yanğın olayında yaxasını kənar saxlaya bilmişdi. Halbuki ilk sorğu-suala tutulmalı olan şəxs məhz Xaləddin İsgəndərov idi. Məlum idi ki, Xaləddin İsgəndərovun istintaqdan kənar qalması böyük və əsas nazirliklərdən birinə başçılıq edən qohumunun xahişlərinə söykənir. Həmin vaxt binadakı yanğının külünə binanın üzlənməsi işini həyata keçirmiş “Global Stone” şirkətinin təsisçisi Miryusif Mahmudovu “bulaşdırdılar”. M.Mahmudov məhkəmədə bildirmişdi ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib, ortaya icra başçısının imzası ilə sənəd də çıxarıldı.
Həbsə göndərilənlərdən biri də X.İsgəndərovun 1-ci müavini işləmiş Qəzənfər Novruzov oldu. Onun həbsinin X.İsgədərovun ikinci plana keçirilməsi üçün atılan addım olduğu da bilinirdi. Həmin dövrdə F.Məmmədovun qohumu X.İsgəndərov yanğın olayından başqalarını qurban verməklə çıxarıldı. İndi isə Fazil Məmmədov vəzifəsini itirib, onun özü ilə bağlı qeyri-müəyyənlik hökm sürür.
Uzun illər F.Məmmədov onun “qubernatorluğuna” daxil olan rayonların icra başçılarını qohumu Xaləddin İsgəndərovun üzərindən idarə edirdi. Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Yardımlının icra başçısı Rəcəb Babaşov vaxtilə vergilər sistemində yüksək postlar tutmuşdular. Hazırda gecəsi-gündüzünə qarışan başçılardan biri də Gədəbəyin icra başçısı, sahibkarların qəniminə çevrilən Ramiz Yediyarovdur.
Fazil Məmmədovun vəzifəsindən qəfil çıxarılmasından sonra R.Yediyarovu kabinetində çox pəjmürdə görüblər. Yada salaq ki, Ramiz Yediyarov icra başçısı təyin olunan qədər Şəmkir rayon Vergilər Şöbəsinin rəisi postunu tuturdu. Sabiq vergilər nazirinin daha bir kadrı Qazaxdan Yardımlıya icra başçısı göndərilən Rəcəb Babaşovdur. R.Babaşov icra başçısı postuna Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu ilə qudadır.
R.Babaşovun Sabirabadda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə böyük mal-mülk sahibidir. R.Babaşovun MTN generalları ilə münasibətlərini tənzimləyən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi olmuş, hazırda “MTN işi” ilə bağlı həbsdə olan Vidadi Məmmədov idi. Xəzər rayonu ərazisində MTN rəhbəri Eldar Mahmudova məxsus villanın xərcinin bir hissəsini R.Babaşov tərəfindən ödənildiyi haqda iddialar da vardı. Fazil Məmmədovun bu kadrının da adı sahibkarlara qarşı qanunsuzluqlarda keçir. Bakı Vergilər Departamentində rəis müavini işləmiş R.Babaşovun avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var və s. ticarət obyektləri var.
Sabiq vergi nazirinin daha bir kadrı Şəmkirin icra başçısı Alimpaşa Məmmədovdur. Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmış A.Məmmədov 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və F.Məmmədovun “vuran əli” sayılıb. Hələ 2014-cü ildə musavat.com yazmışdı ki, Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Hazırda Fazil Məmmədovun kadrları olan icra başçıları təşviş içindədirlər. Yaxın günlərdə F.Məmmədovun taleyinin necə olunacağı bilinəcək və icra başçılarının da fərmanı verilmiş olacaq. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
|