Reallıqdan doğan etimad - "Bu bir daha onu göstərir ki..."
Tarix: 9-12-2017, 12:21 | Çap et
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığa başladığı dövrdən indiyədək mütəmadi olaraq, ölkənin siyasi və iqtisadi sferası ilə bağlı hesabatlar hazırlanır, sorğular keçirilir və ictimaiyyətə təqdim edilir. Son illər Azərbaycanın aktiv şəkildə beynəlxalq arenada özünü göstərməsi və uğurlu xarici siyasəti yenidən diqqətləri ölkəmizə yönəldib. Məhz bu günlərdə Hollandiyanın ING maliyyə holdinqinin (Hollandiya) analitiklərinin Azərbaycan barədə hazırladıqları məruzədə ölkəmizin əldə etdiyi uğurlar, əhalinin dövlət başçısına etimadı və mövcud iqtisadi inkişaf təfsilatı ilə öz əksini tapıb. Azərbaycanla bağlı araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında aparıb. Bu məruzəyə görə, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. Araşdırma zamanı həmçinin, Azərbaycanda iqtisadi vəziyyət də təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır. Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Bildirilir ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb. Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mizəzadə bildirdi ki, Niderlandın ING maliyyə holdinqinin analitik məruzəsində qeyd edilən nəticələr Azərbaycan cəmiyyətinin bugünkü xarakteristikasıdır: "Bu bir daha onu göstərir ki, Azərbaycanda milli birlik var, cəmiyyət vahid məqsədlərə xidmət etməklə yanaşı, həm də indiki iqtidara etibar edir. Cəmiyyətin indi aparılan siyasətlə sabahısı gününə və ailəsinin, övladlarının təhlükəsiz şəraitdə yaşayacağına, hüquqlarının qorunacağına tamamilə inamı var. Eyni zamanda, ölkə vətəndaşı Azərbaycanın beynəlxalq nüfuzundan razıdır və parlamentin fəaliyyətinə müsbət qiymət verir. Azərbaycan insanının bugünkü həyatının yaxşıya doğru dəyişəcəyinə böyük bir inamı var. Rəy sorğusu xarici müstəqil təşkilat tərəfindən keçirilib, nəticələrinin də obyektiv olduğuna hər hansı bir şübhə yoxdur. Əksəriyyətin dövlətinə inanması, hakimiyyət strukturlarına etimad etməsi onu göstərir ki, ölkə prezidenti İlham Əliyevin apardığı siyasət bu gün ölkənin milli maraqlarına cavab verir”. A.Mirzəzadə hesabatda yer alan Azərbaycanın iqtisadi inkişafı göstəriciləri ilə bağlı məsələyə toxunaraq vurğuladı ki, uzun illərdir ölkə iqtisadiyyatında neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da böyük diqqət edilib: "Ən əsası isə bu gün inkişaf regionlarda da gedir. Hər bir regionun inkişafı dövlətin və prezident İlham Əliyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, vaxtaşırı dövlət başçısının regionlara səfərində həm aqrar, həm də həmin region üçün yeni sənaye obyektlərinin açılışı artıq bir ənənəyə çevrilib. Bu isə yüz minlərlə insanın işlə təminatı, dövlət büdcəsinin dolması, sosial proqramların həyata keçməsidir. Davos Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti ilə bağlı göstəricilərinin ildən-ilə yaxşılaşması heç də təsadüfi deyil. İki ilə ərzində bu göstərici 37-dən 35-ə keçid etdi. Hansı ki, qonşu Rusiya 38-də, Çin isə 27-ci yerdədir. Hər sahədə aparılan düzgün siyasət, əlbəttə, nəticəni həm iqtisadiyyatda, həm sosial sahədə, həm də əhalinin dövlətinə, hakimiyyətinə münasibətində də özünü göstərir. Millət vəkili Bəxtiyar Əliyev bildirdi ki, Azərbaycan xalqı prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisi prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür: "Ona görə də əhali prezidentə inanır və dövlət başçısının ətrafında sıx birləşib”.
Deputat vurğuladı ki, Azərbaycan vətəndaşları dünyada baş verən hadisələri müşahidə edir və bütün bunlardan düzgün nəticə çıxarır: "Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə bu sabitliyə və təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub. Xalq da bunu görür və doğru seçim edir”. Politoloq Fikrət Sadıxov bildirdi ki, ölkədə stabillik hökm sürməsi bir həqiqətdir. Onun dediyinə görə, ölkədə inkişaf var, xarici və daxili siyasətdə düzgün prioritetlər qurulub və həyata keçirilir: "Azərbaycan regionda irimiqyaslı layihələr reallaşdırır. Xarici siyasətin prioritetləri cəmiyyəti qane edir. Bu da nəticə etibarı ilə qeyd edilən hesabatda öz əksini tapıb”.
Politoloq əlavə etdi ki, Azərbaycan çoxvektorlu xarici siyasət formatında həm Qərb, həm Rusiya, həm də qonşu dövlətlərlə düzgün münasibətlər qurub: "Bu istiqamətdə addımlar atmaqda davam edəcəyik. Cəmiyyət də bunu dəstəkləyir, müdafiə edir. Əgər belə olmasaydı xarici müstəqil şirkətin keçirdiyi sorğunun nəticələrində təbii ki, qeyd edilənlər öz əksini tapmazdı”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
|