Üç nazirlə bir bankir ölkədən 10 milyardı necə çıxarıb... - İDDİA
Tarix: 19-12-2017, 09:03 | Çap et
Fazil Məmmədovun vergilər naziri postundan qəfil qovulması ətrafında müzakirələr bitmir; naziri niyə işdən çıxardılar? Niyə onu məhz bu şəkildə 17 ildən artıq tutduğu postdan kənarlaşdırdılar? Bu suallar müzakirə olunduğu bir vaxtda dövriyyəyə çoxsaylı versiyalar girmişdi. Az keçmədi ki, Fazil Məmmədovun kreslosunun “yelləncəyə” dönüb onu aşırmasında böyük pul oğurluğunun əsas rol aldığı iddia olundu. Bu iddia bu gün də təkzib olunmayıb. Hər ötən gün reallıq olmasını təsdiqləyən məlumatlar gəlməkdədir. Söhbət ölkədən çıxarılan 4.5 milyard manat “qara pul”dan gedir.
İddialara görə, Fazil Məmmədov yaxın ətrafı üzərindən, o cümlədən Binəqədinin icra başçısı olan Xaləddin İsgəndərovun vasitəsilə büdcəyə daxil edilməli pulları xaricdəki hesablara ötürüb. Fazil Məmmədov Azərbaycan büdcəsindən, iş adamlarından pul oğurlayıb xaricə daşıyan ilk və sonuncu məmur deyil. Fazil Məmmədovun timsalında bir nazirin işdən qəfil çıxarılması da yeni məsələ deyil. 2015-ci ildə xəbər yayıldı ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov qəfil işdən çıxarılıb. 20 MTN əməkdaşı həbs olundu, xeyli vəzifəli şəxs tutduğu vəzifədən kənarlaşdırıldı. Belə xəbərlər yayıldı ki, Eldar Mahmudov böyük maliyyə xəyanətlərinə bulaşıb. Onun vəzifəsindən yumşaq desək, yola salınması qudası Cahangir Hacıyevin vəziyyətini çətinləşdirdi. Üzə çıxdı ki, uzun illər Azərbaycanın ən böyük bankına rəhbərlik edən Cahangir Hacıyev ölkədən 6 milyarda yaxın pul çıxarıb. Cahangir Hacıyev həbsə alındı, hazırda ölkənin ən şəraitsiz cəzaçəkmə müəssisəsində gün keçirir.
“MTN işi” çərçivəsində istintaqa cəlb olunan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da əli “qara pul”lara bulaşıb. Onun ölkədən 1 milyard dollar çıxardığı haqda məlumatlar var. Qeyri-rəsmi məlumatlara görə, Eldar Mahmudovun Azərbaycandan çıxardığı sərvətin dəyəri qat-qat artıqdır.
Bu ilin fevralında Nəqliyyat Nazirliyinin Rabitə Nazirliyinə birləşdirilməsi nəticəsində Ziya Məmmədov işsiz qaldı. Onun 15 il Nəqliyyat Nazirliyinə rəhbərliyi dövründə barəsində korrupsiya cinayətlərinə bulaşması haqda çeşidli yazılar dərc olunmuşdu. Təkcə Bakı Beynəlxalq Avtovağzalının tikintisinə dövlət büdcəsindən ayrılan vəsaitdən 30 milyon dollar oğurlanıb xaricdəki hesablara yatırdığı qeyd olunurdu. Ümumilikdə isə Ziya Məmmədov və ətrafının ölkədən 2 milyard manatdan artıq vəsaitin çıxardığı haqda məlumatlar var. Ötən il Böyük Britaniyanın “Taxe Justice Network” təşkilatı “Offşor zonaların qiyməti” adlı hesabatında Azərbaycanın adı da yer almışdı. Qafqaz regionundan çıxarılan pulun miqdarına görə ölkəmiz ilk yerdə idi. Hesabata görə, 1993-2010-cu illərdə Azərbaycandan offşor zonalara 48 milyard dollar pul ötürülüb.
Ümumiyyətlə, Azərbaycanda dövlət investisiyalarında da iştirak edən şirkətlərin offşor zonalarda qeydiyyatdan keçməsi halları tez-tez müşahidə edilir. Bu isə ictimaiyyətdə haqlı şübhələrə yol açır. Ekspertlər düşünürlər ki, əslində onlar Azərbaycan məmurlarına məxsus “xarici” şirkətlərdir. Dövlət vəsaitləri bu yolla xaricə çıxarılaraq, müəyyən kapitala çevrilir.
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, korrupsiya dövlət üçün xərçəng xəstəliyidir: “Xərçəng insanı necə daxildən yeyib məhvinə səbəb olursa, korrupsiya da istənilən dövləti daxildən yeyib sonradan zəifləməsinə, bütün institutlarının çökməsinə səbəb olur. Azərbaycanda korrupsiya xroniki xəstəlik halındadır. Ölkədə varlanmağın yolu dövlət strukturlarındakı vəzifələrdən keçməkdən ibarətdir. Azərbaycanda bu gün rəsmi şəkildə qeydiyyatda olan, rəsmi vergi verən milyonçu və milyarder yoxdur. Postsovet ölkələrindən Türkmənistanla Tacikistan xaric, Azərbaycan yeganə ölkədir ki, rəsmi milyonçuları yoxdur. Əvəzində gizli milyonçular və milyarderlərimiz var. Adları sadalanan sabiq nazirlər, bankirlər də belələrindəndir. Hətta Ermənistanda 77 nəfər rəsmi milyonçu var. Azərbaycanda isə qeyri-rəsmi pul qazanmaq dövlət və hökumət strukturlarında yüksək vəzifə tutmaqdan keçir. Bu gün korrupsiya ölkə resurslarının xaricə daşınmasına səbəb olan əsas amillərdən biridir. Bu gün bir nazirin 4 milyard, o birinin 1 milyardı ölkədən çıxarması onların həm də bu ölkəyə inanmadıqlarını sübut edir. Çünki bu adamlar öz ölkələrinə inansa yollar, burada əldə etdikləri böyük vəsaitləri ölkə daxilində investisiyaya çevirərdilər”.
Natiq Cəfərli deyir ki, ölkədən çıxarılan böyük pullarla, bir çox həyati vacib sahələrdə islahatları yekunlaşdırıb xalqın rifahını ən yüksək səviyyəyə qaldırmaq olardı: “Təhsil və səhiyyə sahələrində böyük dəyişikliklər etmək olardı. Həmin pullarla 10 minlərlə insanın işləyib para qazanması üçün zavodlar və fabriklər yaratmaq mümkün idi. Azərbaycan iqtisadiyyatı bir neçə dəfə böyüyə bilərdi. Deməli, bu adamlar Azərbaycanda öz gələcəklərini görmürlər və ölkənin gələcəyinə inanmırlar. Ona görə də milyardları xaricdəki hesablarına, daşınar-daşınmaz əmlaka, biznes layihələrinə yatırım şəklində yönəldirlər. Təbii ki, ölkədən bu şəkildə çıxarılan vəsait ölkənin güclənməsinə deyil, zəifləməsinə xidmət edir. Azərbaycanda ümumilikdə çıxarılan 48 milyard ölkə iqtisadiyyatına yatırılsaydı, bu gün ölkə çoxşaxəli iqtisadi modelə də keçmişdi, geniş istehsal sahələri olardı. Bütün bunlar ölkədə sosial gərginliyin azalmasına xidmət edərdi, əhalinin rifah halının yaxşılaşdırılması da mümkün olardı”.
N.Cəfərli deyir ki, korrupsiyanın varlığı maaşların aşağı səviyyədə qalmasına gətirib çıxarır, bu da öz növbəsində tibbi sığorta, yüksək keyfiyyətli təhsil olmasını problemə çevirir: “Rəsmi maaşlar çox aşağı olan ölkələrdə tibbi sığorta sisteminin tətbiqi böyük problemə çevrilir. Tibbi sığortaya keçilsə, idarəetmənin fəlsəfəsi də dəyişdirilməlidir. Korrupsiya mexanizmlərinin olması əhalinin gəlirlərini azaldır, dövlətin həyata keçirməli olduğu sosial layihələrin keçirilməsi əngəllənir. Həmin 48 milyard ölkədə qalsaydı, bu gün Azərbaycan təhsil və səhiyyə üzrə dünyada ilk yerlərdən birini tuta bilərdi”.
Natiq Cəfərli deyir ki, nazirlərin oğurlayıb xaricə çıxardıqları milyardların geri qaytarılması məsələsi çətin, müşkül bir məsələ olsa da, mümkündür: “Azərbaycanda məişət korrupsiyası ”ASAN xidmət"lər yaradılmaqla aradan qalxdı. Məmurların aldıqları kiçik rüşvətlər rüsuma çevrilib dövlət büdcəsinə yönəldi. Bu mexanizmlərin yaradılması onu göstərir ki, sistemli yanaşma olduqda rüşvətin kökünü kəsmək olur. Deməli, “ASAN xidmət” vasitəsilə buna nail olundusa, büdcə korrupsiyasına da sistemli yanaşma ilə son qoymaq, ən azı minimuma endirmək mümkündür. Bu gün nazirlərin oğurlayıb xaricə çıxardığı pullar büdcə korrupsiyası hesabına gerçəkləşib. Bu sahəyə nəzarət ciddi şəkildə zəifdir. Büdcədən ayrılan pulların xərclənməsinə nəzarət şəffaf deyil. Büdcədən ayrılan pulların xərclənməsinə nəzarət yox səviyyəsindədir. Hesablama Palatası fiziki olaraq da büdcədən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət edə bilməz. Güclü, nüfuzlu məmurlar Hesablama Palatasının yoxlama aparmasına belə imkan vermirlər. Nəticədə büdcədən çox böyük pullar oğurlanır və xaricə daşına bilir".
İqtisadçı ekspert deyir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı hesabatlar hazırlayan qeyri-hökumət təşkilatları da sıradan çıxarılıb: “Bu gün müstəqil QHT-lər yoxdur, olanlar isə hökumətin dostuna çevriliblər. Hökumət nəzarət mexanizmlərinin olmasında maraqlıdırsa, QHT-lərin dövlət strukturlarına, büdcədən ayrılan xərclərə nəzarət etmələri üçün şərait yaratmalıdır. Media nəzarəti də əsas mexanizmlərdən biridir. Dünyanın sivil ölkələrində mediaya çıxan korrupsiya skandalları ciddi araşdırma mövzusuna çevrilir. Azərbaycan mediasında tez-tez korrupsiya sxemləri ilə bağlı yazılar dərc olunur. Amma heç bir nəticəsi olmur. Bu nəticəsizlik, cəzasızlıq mühiti iri çaplı məmurların korrupsiyaya bulaşmasına yol açan əsas amillərdən biridir”. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
|