Fatma Abdullazadə və başqaları Azərbaycanı necə yeyiblər... - İTTİHAM
Tarix: 30-12-2017, 08:52 | Çap et
Prezident Administrasiyasının Humanitar şöbəsinin sabiq müdiri Fatma Abdullazadə barədə yayılan son məlumatlar diqqətləri bir daha tutduğu mövqedən istifadə edərək müxtəlif şəxslərdən, banklardan iri həcmdə pul alaraq qaytarmayan məmurlara yönəltmiş oldu.
Xatırladaq ki, son günlər F.Abdullazadənin şöbə müdiri olan zaman sabiq vergilər naziri Fazil Məmmədovdan 1 milyon dollar alaraq, indiyədək qaytarmadığı barədə məlumatlar yayılıb. Hətta onun külli miqdarda pul mənimsədiyi də yayılan məlumatlar arasındadır.
Onu da qeyd edək ki, ölkə mətbuatında F.Abdullazadə PA-da şöbə müdiri olduğu illərdə müxtəlif insanlarla ciddi problemlərinin yarandığına dair informasiyalar yer alıb. Onun çoxsaylı mədəniyyət-incəsənət xadimlərindən fəxri ad üçün təqdimat verilməsi müqabilində külli miqdarda pul aldığı deyilir. Zaman-zaman mətbu orqanlarda məhz həmin rüşvəti vermədiyinə görə fəxri ad üzünə həsrət qaldığını iddia edən şəxslərin şikayətləri yer alıb.
F.Abdullazadə həmçinin İslam dinindən imtina edərək, xristianlığı qəbul edən qardaşı Eldar - Eduard Abdullayevə görə də dəfələrlə mətbuatın gündəminə gəlib. Belə ki, sabiq məmur xanımın qardaşı Azərbaycanda xristian dini təriqətlərindən birinin yayıcısı olub. Onun qeydiyyata alınmamış dini icması vasitəsilə pul müqabilində yüzlərlə insana İslam dinindən imtina etdirdiyi bildirilir. Hətta bu icmanın qanunsuz fəaliyyəti ilə bağlı vaxtilə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin(indiki Dini İşlər üzrə Dövlət Komitəsi) sədri olan Rafiq Əliyev Respublika Prokurorluğuna xüsusi məktub da göndərib.
Onu da qeyd edək ki, tutduğu postun imkanlarından istifadə edərək özünün, yaxud yaxın çevrəsinin adına müxtəlif yerlərdən borc adı ilə pul alaraq sonra qaytarmayan sabiq və indiki məmurlar, deputatlar çoxdur.
Azərbaycanda “Beynəlxalq Bank işi” adını almış cinayət işinin istintaqı zamanı çoxsaylı belə faktlar üzə çıxdı. Məlum oldu ki, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan 800 milyon dollar kredit götürüb, qaytara bilmir. Onun məşhur “Xəzər adaları” layihəsi isə faktiki olaraq batıb...
O da məlum oldu ki, sabiq deputat, hazırda həbsdə olan Dünyamin Xəlilov da Cahangir Hacıyevlə olan yaxın qohumluq münasibətlərindən istifadə etməklə Beynəlxalq Bankdan rekord sayıla biləcək məbləğdə - 1,7 milyard manat götürərək qaytarmayıb. Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib.
“Beynəlxalq Bank işi”nə görə saxlanılanlardan biri də baş nazirin sabiq birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov olub. Mətbuatda yer alan məlumatlara əsasən, Nadir Abbasov Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün Beynəlxalq Bankdan kredit götürüb. Kreditin 10 milyon manat olduğu və son ödəmə müddətinin 2018-ci il olduğu bildirilir. İddiaya görə, onu DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub. Krediti geri qaytara bilməyən N.Abbasov həbs olunub.
“Beynəlxalq Bank işi” üzrə tutulan şəxslər arasında Orta Asiya ölkələrindən birində Azərbaycanın səfiri olan şəxsin qardaşı da olub. Kamal adlı həmin şəxs Beynəlxalq Bankdan 32 milyon manat kredit götürüb və qaytarmayıb. Xaricdə tutularaq ölkəyə gətirilən həmin iş adamı pulları qaytarmaq iqtidarında olmadığını bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, iş adamı Beynəlxalq Bankdan götürdüyü krediti təyinatı üzrə xərcləməyib. Kredit götürərkən Beynəlxalq Banka təqdim etdiyi biznes-plana uyğun hər hansı bir iş görmədiyi də məlum olub.
İş adamı kredit hesabına Azərbaycanda və ölkədən kənardan daşınmaz əmlaklar alıb. Həmin əmlakları icarəyə verməklə pul qazanıb. Lakin götürdüyü krediti geri qaytarmaq üçün addımlar atmağa tələsməyib.
Borclu məmur qohumlarından biri də Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı - biznesmen Şahin Mövsümovdur. O, bağlanmış olan “Bank Standard”dan 100 milyon manat kredit götürüb, hələ də qaytarmayıb.
Maraqlıdır ki, hazırda vəzifədə olan məmurlardan da banklardan kredit götürənləri var. Belə ki, bir müddət əvvəl mətbuatda gedən məlumatlardan Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da “kredit oliqarxı” hesab edilməsi üçün əsaslar olduğu aydınlaşdı. Həmin məlumatlara görə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu, təxminən 1 milyard dollar təşkil edir.
Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği “Respublikabank”dan, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb(virtualaz.org).
Göründüyü kimi, tutduğu postdan, onun verdiyi imkanlardan, əlaqələrindən hansısa şəxs və ya banklardan borc almaq üçün yararlanan məmurlar çoxdur. Yazdıqlarımız hələ ictimaiyyətə açıqlanan faktlardır. Açıqlanmayan faktlar isə bundan dəfələrlə çoxdur. Bu problemi ölkənin bank sektorunda yaranan böhran üzə çıxardı. İndiyədək Azərbaycanda 12 bankın lisenziyası geri alınıb. Ekspertlər gələn il ərzində daha bir neçə bankın eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar. Bu isə növbəti ildə borclu məmur və ya məmur yaxınları barədə daha yeni məlumatların açıqlanacağı deməkdir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
|