Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? .....                     Paşinyan Vatikana gedib .....                     Abxaziyada gərginlik səngimir .....                     Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... .....                     “Milli Məkan” layihəsi ilə bağlı narazılıq .....                     Bu məktəblərdə dərslər daha tez başlayacaq .....                     Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB .....                     Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini .....                     Ermənistanın militarizasiya siyasətinə cavab olaraq .....                     Yeniyetmə özünü 13-cü mərtəbədən atdı .....                     Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında .....                     Tramp sülh müqaviləsinə vasitəçi olacaq? .....                     Hərbi xidmətdən yayınan gənc həbs edildi .....                     Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı .....                     Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır .....                     "Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                     Bayden gedərayaq TRAMPA QUYU QAZDI... .....                     Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                 

Sahil Babayevin müavini məhkəmə qərarının qanuniliyini yoxlayır?! - ABSURD!!!
Tarix: 4-12-2020, 08:13 | Çap et
Sahil Babayevin müavini məhkəmə qərarının qanuniliyini yoxlayır?!
DİA.AZ: - "Mətbuatda Cəbrayıl rayonunun Hovuslu kəndindən məcburi köçkün, 5-ci ildir məhkəmə qərarı ilə güzəştli şərtlərlə pensiya təyin olunmuş Sadıqov Tofiq Yolçu oğlunun Müdafiə Nazirliyi tərəfindən doğma kəndinin işğaldan azad edilməsi ilə Sosial Müdafiə Nazirliyinin pensiyasını “işğal etməsi”ndən yazılıb. Gözləmək olardı ki, ƏƏSMN məcburi köçkünə qarşı “işğalçılıq siyasəti”nə son qoymaqla, digər məhkəmə qərarları ilə pensiyalarını ödəməyə borclu olduğu pensiyaçıları da QƏLƏBƏ GÜNÜ münasibətilə sevindirər. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı, əksinə, ƏƏSMN rəhbərliyi rəsmi məktubla ÖLKƏDƏ ƏN YÜKSƏK VƏ BİRBAŞA HÜQUQİ QÜVVƏYƏ MALİK OLAN QANUNUN KONSTİTUSİYA DEYİL, ƏƏSMN rəhbərliyinin olduğunu ortaya qoymuş oldu". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bir daha xatırladaq ki, 1959-cu il doğumlu Sadıqov Tofiq Yolçu oğlunun güzəştli şərtlərlə pensiyası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırda Bakı İnzibati Məhkəməsi ) hakimi Hökumə Babayevanın 2-1 (82)-2387/16 saylı 16.06.2016 tarixli qərarı ilə təsbit olunub; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən Mirzə Tağızadə, hakimlər Sərvət Hüseynov və Kəmalə Abıyeva ) 2-1 (103)-2039/16 saylı 12.10.2016 tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır . Cavabdeh ƏƏSMN yanında DSMF-in verdiyi şikayəti geri götürməsi ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası (sədrlik edən Zakir Quliyev, hakimlər Sevda Hüseynova və Xəqani Məmmədov ) 21.12.2016 tarixli 2-1 (102)-2263/16 saylı qərardadla kassasiya şikayətinin icraatına xitam verib. Yəni, 4 ildir vətəndaşa güzəştli şərtlərlə pensiya ödənilməsi öhdəliyi borclu ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulub. Borclu 4 ildən sonra pensiyanın ödənilməsini xəbərdarlıq etmədən dayandırıb və artıq 3-cü aydır ki, borcunu ödəməkdən imtina edir. Ali dövlət hakimiyyəti orqanlarından, Hesablama Palatasından ƏƏSMN -ə ünvanlanan müraciətlərə cavab olaraq ƏƏSMN müavini Anar Kərimov 25.11.2020 tarixli məktubla bildirib ki, “Əmək pensiyaları haqqında” qanunun 37.8.3 maddəsinə əsasən pensiya təyin edən orqanın BU QANUNLA MÜƏYYƏN EDİLƏN ƏMƏK PENSİYASI VƏ ƏMƏK PENSİYASINA ƏLAVƏLƏRiN VERİLMƏSİ ŞƏRTLƏRİNƏ UYĞUN OLMAYAN HALLAR YARANDIQDA TƏYİN EDİLƏN PENSİYANI DAYANDIRMAQ HÜQUQU VARDIR. BU BAXIMDAN , AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ VƏ ONUN TABELİYİNDƏ OLAN DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU TƏRƏFİNDƏN MÜTƏMADİ OLARAQ PENSİYA TƏMİNATI SİSTEMİNDƏ MÜXTƏLİF RİSK QRUPLARI VƏ PARAMETRLƏRİ ÜZRƏ ARAŞDIRMALAR APARILARAQ ANALOJİ HALLAR VƏ YA ŞÜBHƏLƏR YARANDIQDA ƏMƏK PENSİYALARININ ÖDƏNİŞİ DAYANDIRILIR. Özbaşınalığa baxın, məhkəmə qərarını bir yana qoyaq, hansı ANALOJİ HALLAR VƏ YA ŞÜBHƏLƏR İLƏ VƏTƏNDAŞLARIN PENSİYALARI DAYANDIRILA BİLƏR? BELƏ SOSİAL SİYASƏT OLAR? ƏƏSMN VƏ TABELİYİNDƏ OLAN DSMF HANSI HALLAR MÜƏYYƏN EDİB Kİ, ŞÜBHƏLƏR İLƏ PENSİYANI DAYANDIRIB? Şübhə ilə pensiyanın dayandırması qanunda nəzərdə tutulmayıb və ümumiyyətlə, heç bir HAL və ya ŞÜBHƏ pensiyanı dayandırmağa əsas vermir.

Bu hələ harasıdır, görün nazir müavini ƏƏSMN-in Konstitusiyadan üstün olmasını necə “əsaslandırır” : “BU ÇƏRÇİVƏDƏ sizə GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ YAŞA GÖRƏ ƏMƏK PENSİYASI TƏYİNATI APARILARKƏN NƏZƏRƏ ALINMIŞ XÜSUSATLAR da PENSİYA TƏMİNATI SAHƏSİNDƏ MÜVAFİQ QANUNVERİCİLİYİN ŞƏRTLƏRİ DAXİLİNDƏ HÜQUQİ MÜSTƏVİDƏ ARAŞDIRILIR “. “Erməni budaq cümlələri” ilə ƏƏSMN rəsmisinin “ÇƏRÇİVƏ XÜSUSATLARINI ARAŞDIRMALARI ŞƏRTLƏRİNDƏN” nəinki Hesablama Palatasının auditoru , heç qanunverici orqanın özü də bir şey anlaya bilməz. Onda qala, 3-cü aydır acından barmağını soran biçarə məcburi köçkün pensiyaçı ola. ƏƏSMN bu cavabla dövlətin adından çıxarılan məhkəmə qərarının qanuniliyini yoxlamaq səlahiyyətinə malik olduğunu da bildirib : “ ƏGƏR PENSİYA TƏYİNATI ZAMANI HƏR HANSI QANUN POZUNTUSU FAKTI AŞKARLANMAZSA, GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ YAŞA GÖRƏ ƏMƏK PENSİYASININ ÖDƏNİLMƏSİ BƏRPA EDİLƏCƏK “

ƏƏSMN müavini açıq-aşkar məhkəmə qərarının qanuniliyini yoxlamağa girişdiyini ortaya qoyur. Görün, ölkədə məhkəmə-hüquq sistemi nə gündədir ki, məhkəmə qərarı ilə 4 ildir borclu edilən ƏƏSMN -in adi bir məmuru dövlətin adından çıxarılan məhkəmə qərarının qanuniliyini yoxlayır! (?) Və nazir müavini utanıb-qızarmadan rəsmi məktubla borclu icra hakimiyyəti orqanı olaraq məhkəmə hakimiyyətinin qərarını 4 ildən sonra təftiş etmək səlahiyyətlərinin olduğunu bildirir! (?) Buna deyərlər, SİÇANIN ONU CAYNAĞINA KEÇİRƏN PİŞİKDƏN PASPORT TƏLƏB ETMƏSİ!

ƏƏSM naziri Sahil Babayev, görəsən, Konstitusiyaya meydan oxumaqla nəyə nail olmaq istəyir ? Yoxsa, ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun elə özü olduğunu düşünür? Belədirsə , əhalinin sosial müdafiəsinin hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. Borclunun tələbkardan borc tələb edərək 3-cü aydır ac saxlamasına beynəlxalq hüquq doktoru (??) Sahil Babayev necə haqq qazandıran bilər?"

dia-az.life olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23
“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19
Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15
Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10
Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07
Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03
Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00
Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59
Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51
Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru