Respublika Stadionunun saxlanılmasına xərclənən pullar haradan gəlir, hara gedir? - İLGİNC FAKTLAR
Tarix: 18-10-2021, 10:39 | Çap et
Azərbaycanda idmanın bir çox sahələri ilə müqayisədə futbolda yaşanan problemlərı bu gün kimsə inkar edə bilməz. Bunun da müxtəlif səbəbləri var ki, zaman-zaman gündəmə gətirilir, demək olar ki aktuallığını itirmir. Futbolda olan uğursuzluqların səbəbini təbii ki, mütəxəsislər yaxşı bilər. Bu, hər nə olsa da, maliyyə problemi ilə bağlı deyil. Çünki, son illər bu sahəyə olan dövlət dəstəyi danılmazdır. Hər il gənc futbolçuların yetişdirilməsinə, yeni meydançaların tikintisinə, saxlanılmasına milyonlarla manat dövlət vəsaiti xərclənir. Bunun müqabilində gözlənilən inkişaf isə göz qabağındadır.
İdman meydançalarının baxımsızlıqdan bərbad hala düşməsi də günümüzün reallıqlarındandır. Hansı ki, avqust ayında, “Qarabağ” klubunun UEFA Konfrans Liqası çərçivəsində ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündə özünü bir daha göstərdi. Şotlandiyanın “Aberdin” klubunun rəsmilərinin Bakıdakı səfər oyununda Respublika Stadionunun ot örtüyünün bərbad vəziyyətdə olması ilə bağlı iradlarından sonra problem bir daha gündəmə gəldi.
Xaricilərin tutduğu irada direktor Şamil Quliyev isə dərhal dövrü mətbuata açıqlama verərək stadionun rəhbəri olaraq ot örtüyü ilə bağlı hər hansısa qərar verməklə bağlı bir səlahiyyətinin olmadığı bildirmiş, 2015-ci ilin yanvar ayından müqavilə əsasında Tofiq Bəhramov Stadionununda ot örtüyünün saxlanılmasına “Qarabağ” klubunun məsuliyyət daşıdığını qeyd etmişdi. Şamil Quliyev həmin vaxt dövrü mətbuata dövlət büdcəsindən hər il stadiona yüksək məbləğdə pul ayrılması ilə bağlı xəbərlərə də aydınlıq gətirmiş və “Yazırlar ki, burada yeyinti var, pullar kiminsə cibini doldurur. Dövlət tərəfindən burada görülən işlərlə bağlı bir qəpik də pul ayrılmır. Dövlətin verdiyi vəsait yalnız əməkdaşların məvacibinin müəyyən hissəsinin ödənilməsinə” getdiyini bildirmişdi.
Aktualinfo.org-un mövzu ətrafında apardığ araşdırmalr isə stadionun direktoru Şamil Quliyevin “dövlət tərəfindən bir qəpik də pul ayrılmır” açıqlamasının tam əksini deyir. Belə ki, dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilmiş məlumatlara görə Tofiq Bəhramov adına Respublika Stadionunun Tender Komissiyası 2019- 2021-ci illərdə 13 tender və kotirovka sorğusu prosedurunun keçirilməsi barədə elanlar vermişdir. Sözügedən rəsmi internet portalında onlardan yalnız ikisinin nəticələri barədə məlumatlar ictimaiyyətə açıqlamışdır. Digər keçirilmiş kotirovka sorğularının nəticələri barədə bildiriş verməklə kifayətlənilmiş, lakin “AZ.FƏZA KONSTRUKSİYA” , “ZEN CORP GROUP” , “TOGRUL 124” MMC-ləri və “Həsənoğlu” Firması ilə bağlanmış satınalma müqavilələrində ayrılmış dövlət vəsaitlərinin məbləğləri açıqlanmamaışdır. Bu isə bağlanmış satınalma müqavilələrinin saxtalaşdırılması ilə yanaşı, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə ciddi şübhələr yaradır.
Stadionun Tender Komissiyasının son iki ildə keçirdiyi və nəticələrini açıqladığı tenderlər isə aşağıdakılardır.
T.Bəhramov adına Respublika Stadionu üçün TESKOM 400 Kva markalı UPS sisteminin akkumulyatorlarının və kondensatorlarının satın alınması və UPS sisteminin təmir işlərinin satın alınması üzrə 64 748.96 manat məbləğində satınalma müqaviləsi 23.01.2020-ci il tarixdə “İSTİNAD ELECTRONİCS FİRMASI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İSTİNAD ELECTRONİCS FİRMASI” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.02.2012-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat göstərilmiş MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, XƏQANİ, ev 20, m. 11, qanuni təmsilçisi kimi Həsənov Avtandil Zaman oğlu qeyd olunub.
Digər istismar xərcləri (o cümlədən nəzərdə tutulmayan təmir xərcləri) – stadion ərazisində yerləşən və balansda olan əmlakların sıradan çıxmış, təcili bərpa edilməli olan hissələrinin təmir edilməsi, bərpası işləri və s. üzrə 48 952 manat məbləğində satınalma müqaviləsi 10.05.2019-cu il tarixdə “AİLƏ MEVA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AİLƏ MEVA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.04.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının UCAR RAYONU, UCAR ŞƏHƏRİ, 20 YANVAR, ev 11/2, qanuni təmsilçisi kimi isə Süleymanov İlham Həmzə oğlu qeyd olunub.
Qeyd edək ki, açıq mənbələrdə bu MMC-lərin barəsində heç bir məlumat yoxdur. Cəmi 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmış MMC-lərin ixtisas göstəricilərinin müəyyən edilməsi və analoji işlərdə təcrübəsinin, maddi-texniki bazasının olub, olmaması da sual altındadır.
Tofiq Bəhramov adına Respublika Stadionunun Tender Komissiyası tərəfindən 2021-ci ildə keçirilmiş, lakin nəticələri ictimaiyyətdən gizlədilən kotirovka sorğuları isə aşağıdakılardır:
Stadionun membran örtüyünün təmiri və servis xidməti üzrə 10.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Stadionda fəza konstruksiyasına ümumi baxış və ümumi xidmət işləri üzrə 01.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Stadionun istismarda olan 5 (beş) ədəd “Genpower” markalı 1250 KVA dizel generatorları üçün vacib nəzərdə tutulan işlərin görülməsinin və ehtiyat hissələrinin kotirovka sorğusu üsulu ilə satın alınması üzrə 23.04.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Qeyd edək ki, Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Tofiq Bəhramov adına Respublika Stadionunun Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə məlumatları da gizlətmiş, müqavilələrin bağlanması barədə heç bir məlumat verməmiş, sözügedən işlərə ayrılan vəsaitlər barədə məlumatları qanunda nəzərdə tutulduğu kimi açıqlamamışdır. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Respublika Stadionu tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
Göründüyü kimi Respublika Stadionunun Tender Komissiyası hər il satınalmalar yolu ilə müəyyən malların və xidmətlərin alınmasına az da olsa vəsaitlər ayırıb. Amma stadionun direktoru Şamil Quliyev açıqlama verir ki, dövlət tərəfindən burada görülən işlərlə bağlı bir qəpik də pul ayrılmır. Maraqlıdır, keçirilən tender və kotirovka sorğularına ayrılan vəsaitləri dövlət vermirsə, onda bu pullar haradan gəlir? Digər maraqlı bir sual isə elan olunan kotirovka sorğularına ayrılan vəsaitlərin hara getməsi ilə bağlı yaranır. Çünki, 2019-cu ildən sonra Tofiq Bəhramov adına Respublika Stadionun Tender Komissiyasınin keçirdiyi kotirovka sorğuları barədə dövlət satınalmalarının rəsmi internet portalına heç bir məlumat yerləşdirilməyib. Bu isə satınalmaların qanunsuz keçirilməsindən başqa bir şey deyil və arxasında dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasından başqa heç nə durmur.
Onu da xüsusilə xatırlatmaq istərdik ki, Şamil Quliyev Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsinə 2015-ci ilin oktyabrında gətirilib. Mərhum nazir Azad Rəhimovun dövründə. Həmin dövrdə Gənclər və İdman Nazirliyinin rəsmisi mətbuata verdiyi açıqlamada Şamil Quliyevin müvəqqəti olaraq Respublika stadionunun direktoru vəzifəsinə təyinat aldığını bildirmişdi. Lakin göründüyü kimi üstündən 6 il keçməsinə baxmayaraq Şamil Quliyev hələ də Respublika Stadionunun direktoru vəzifəsində çalışır. Hələ 2015-ci ildə dövrü mətbuatın yazdığına görə Şamil Quliyev idman sahəsində yeni bir sima olub. Onun əvvəllər hüquq-mühafizə orqanları sistemində çalışdığı bildirilirdi.
Zənnimizcə Azərbaycan futbolunun ən böyük probleminin biri də məhz mütəxəsislərin yerində olmamasıdır. Texniki qurğulara və digər xidmət sahələrinə olsa da belə. Ümid edirik ki, yeni Gənclər və İdman naziri Fərid Qayıbov gələcək fəaliyyətində bu kimi ciddi nöqsanları aradan qaldıracaq.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
|