Cənab nazir, BURALARA DA BİR NƏZƏR SAL... - İLGİNC FAKTLAR
Tarix: 19-10-2021, 09:23 | Çap et
1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Süleymanovun yaxın qohumu Cəhanə Həlimovanı Masazır 4 saylı orta məktəbinə direktor təyin etdirmək üçün bütün imkanlarını səfərbər etməsindən bəhs edən məqalə “Deryaz.az” saytında 11.10.2021-ci il tarixdə işıq üzü görəndən sonra məktəbin vicdanlı müəllimləri və uşaqlarının taleyindən nigaran olan valideynlər tərəfindən redaksiyamıza bu mövzu ilə əlaqədar yeni ilginc məlumatlar ötürülüb.
Əvvəlcə bəzi xatırlatmalar etməyi özümüzə borc bilirik. “Abşeron məktəblərində Elxan Süleymanovun direktor təyinatı” sərlövhəli həmin məqalədə etibarlı mənbələrdən verilən səhih məlumatlara istinadən bildirilirdi ki, Cəhanə Həlimova Sumqayıt Gənclər Birliyinin müdirliyindən ərinin qohumunun dəstəyi ilə 4 saylı məktəbə tədris işləri üzrə direktor müavini vəzifəsinə gətirilib və heç bir il olmamış direktor vəzifəsinə keçid alması üçün plan həyata keçirilir. O da qeyd olunurdu ki, Cəhanə Həlimova və məktəbin kitabxanaçısı Zəminə İbrahimova keçmiş direktor Roza Məmmədovanı öz istədikləri şəkildə danışdıraraq səsini yazıb müxtəlif internet saytlarında yaymaqla onun işdən çıxarılmasına nail olublar. Nəticə budur ki, Zəminə İbrahimova hal-hazırda işlədiyi təşkilati işlər üzrə direktor müavini vəzifəsini ələ keçirib. İşini bacarmayan, məktəbşünaslıqdan anlayışı olmayan, ən əsası isə dövlətimizin qanunlarına hörmətlə yanaşmayan və onları pozan şəxslərə havadar olan Cəhanə Həlimovanın hədəflədiyi direktor vəzifəsinə yiyələnməsini isə məktəb kollektivi qəti istəmir, yenicə direktor əvəzi təyin olunan Elşən Qurbanovun daimi direktor olmasını dəstəkləyir.
Məqalədə həmçinin Cəhanə Həlimovanın hələ direktor olmamış məktəbdə xaosun baş alıb getməsinə rəvac verməsinə dəlalət edən faktlar sadalanmışdı: “Adı tabeldə xadimə kimi gedən Xaxıyeva Ofeliya Dilən qızı qeyri-qanuni məktəbin təsərrüfat müdiri kimi fəaliyyət göstərir. Yenicə xadimə kimi əmrləşdirdikləri Dilrüba Məmmədova məktəbdə təmizlik işlərinə baxmaqdansa katibə kimi işlədilir. Katibə Ayselin anası – Mətanətin adı isə hələ də məktəbin ölü canlar siyahısında xadimə kimi getsə də, indiyə kimi nə məktəbə gəlib, nə də üzünü görən yoxdur. Bütün bunlar azmış kimi, hətta şagirdlərin təhsil haqqına belə girməyə çəkinməyən Cəhanə Həlimovanın sayəsində 6-cı siniflərdə “Təsviri incəsənət” dərsi keçirilmir. Belə ki, məktəbə təsviri incəsənət müəllimi təyin olunan Nurlana Əliaslanlının üzünü dərslər başlayandan məktəbdə heç kim görməsə də, ona hər ay qanunsuz maaş hesablanır. Məktəbin tədris işləri üzrə direktor müavini olan Cəhanə Həlimova yuxarıya rəsmi şəkildə məlumat verib demir ki, təsviri incəsənət müəllimi Nurlana Əliaslanlı dərsə heç gəlmir və maaşı kəsilsin… 5-ci siniflərdə 6-7-ci saatlara salınan “Fiziki tərbiyə” dərsi keçirilmir, uşaqlar evə buraxılır…”
Yenicə daxil olan məlumata görə, katibə kimi əmrləşdirilmiş olan Dilruba Məmmədova artıq TN-nin Daxili Nəzarət Şöbəsində işləyən əmisi qızlarının dəstəyi ilə sözügedən məktəbə təsərrüfat müdiri təyin edilib. Bu vəzifənin əvvəlki sahibinin işdən çıxarılması ərəfəsində aparılan yoxlamada az öncə Dilruba Məmmədova büllüten götürüb 3 ay işə çıxmayıb. Vəzifə boşalandan sonra işinə qayıdıb və çox keçmədən regional idarənin razılığı əsasında təsərrüfat müdiri vəzifəsinə irəli çəkilib.Özü də məktəbdə car çəkib ki, “atam danışıb hesabımı çatdırıb, artıq razılığım alındı, Təhsil Şöbəsinin mühasibatlığından təhvil-təslimə gələcəklər. Bu barədə özünün yaxın saydığı, heç də onun bu vəzifəyə gəlnməsini istəməyən rəfiqələri söz gəzdirirlər.
Məlumatda qeyd olunur ki, hal-hazırda məktəbdə kitabsatma kampaniyası gedir. Hansı direktor müavini daha çox kitab sata bilsə, ona mükafat olaraq əlavə gəlir veriləcək. Maraqlı burasıdır ki, qeyri-qanuni olaraq satdırılan bu kitablar “GÜVƏN” nəşriyyatının test kitablarıdır, hansı ki Elşən müəllim direktor əvəzi vəzifəsinə gətirilənədək olduğu kimi, elə indi də günün ikinci yarısında bu nəşriyyatda çalışır.
Kitabların satışını da birbaça Güləbatın xanım idarə edir. Gülabatın müəllimə artıq məktəbin əvəzləyici direktorunu dəstəkləmək üçün valideynlər arasında imza toplayır (bir zamanlar belə bir kampaniyanı köhnə direktorun çıxarılması üçün edirdilər). Bloklarla satışa gələn, direktorun kabinetində qalaqlarla yığılan kitabların şəkillərini Güləbatın sosial şəbəkədə elan xarakterli paylaşımları ilə reklam edir: “Əziz 9-11-lər, sizin üçün əla şansdır, bu kitabı alın, işləyək” və s.
Həmçinin bildirilir ki, vaxtilə birləşib keçmiş direktora qarşı olan müavinlər bu gün bir – birlərinə qarşı müharibəyə keçiblər: “Onların hər biri özünü ayrı — ayrılıqda direktir hesab etdiklərindən, məktəbdə hərc – mərclik baş alib gedir. Məsələn, deyilənə görə Güləbatın müəllimə 500 manat müqabilində Məmmədova Qumrunun 5 yaşlı sinfinin alınıb Arzu müəlliməyə verilməsinə göstəriş vermişdi. Ancaq Təhsil Nazirliyi bu ədalətsiz qanunu ləğv edib, Qumru müəllimənin sinifini özünə qaytarmasına baxmayaraq, məktəbin «balaca darğaları» nazirliyin qanunlarını ayaqlar altına atdılar. ( Bu arada onu da qeyd edək ki, Arzu müəllimənin atası Fiday Vəliyev və həyat yoldaşı redaksiyamıza gələrək bildirdi ki, Arzu müəllimə imtahanlardan 54 bal toplayıb. Arzu müəllimənin Avqust ayında məzuniyyəti qurtardığından ona iyin, iyul aylarında Qumru müəllimin adına sənədləşdirilən sinifini əlindən alıb veriblər.)Hətta bu işdə məktəbin təşkilatçı müavini, özünü şəffaf, büllur adlandıran Zəminə xanım da haqqı-ədaləti yox, güclüləri müdafiə etdi. Digər bir fakt: Fəaliyyət göstərən əvəzedici direktorun xəbəri olmadan Cəhanə Həlimova cədvəl yığmaq üçün hər kəsdən 100 manat pul tələb edir. Pul verənlərin cədvəli çox səliqəli “alınır”, verməyənlər isə bütün günü məktəbdə keçirirlər. Ofelya xanım isə nisbətən insaflıdır, saata uyğun qiymət qoyub”.
Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumatlarda qeyd olunur ki, 2-ci siniflər üçün günün birinci və ikinci yarısında fəaliyyət üzrə növbələşməni bazarlığa çeviriblər: “2-ci sinif rəhbərlərindən Nigar və Sədaqət müəllimələrin sinifləri 500 manat qarşılığında 1-ci növbəyə keçirilib. Digərləri isə 2-ci növbədə və həftədə 6 günlük iş rejimi ilə fəaliyyət göstərirlər. Şənbə günlərinə dərs saldırmayan müəllimlər birmənalı olaraq 500 manat rüşvət verənlərdir”.( Məqalə dərc olunan ərəfədə adları qeyd olunan müəllimələrdən Nigar Quliyeva redaksiyamıza zəng edib bildirdi ki, mən sinifimin növbəsini dəyişmək üçün 500 manat verməmişəm. Sadəcə məktəb darısqal olduğundan, növbələr üst- üstə düşdüyündən növbəmi dəyişmişəm. Digər müəllimə, Qumru müəllimə isə yazdıqlarımızı təsdikləyərək ona qarşı məktəbin direktoru və müavinləri tərəfindən təhqirə və haqsızlıqlarla qarşılaşdığını bildirərək başına gətirilən müsibətlər barədə daha ilginc məlumatlar verdi. Bu barədə gələn sayımızda geniş məlumat verəcəyik)
Xəbər verilir ki, şagirdlər adları olmayan siniflərə rüşvət qarşılığında (Azərbaycandilli sektora 300 manat, rusdilli sektora isə 500 manat müqabilində) götürülür və dinləyici qismində otuzdurulur: “Ülviyyə müəllimənin, Leyla müəllimənin sinifləri yoxlanılsa, bu neqativ halların şahidi olmaq mümkündür. Dinləmə ilə bağlı işlərə nəzarət və pul yığımı qaçqın məktəbindən qəbul edilmiş, köhnə direktorun kadrlarından sayılan, “gec gəldim, güc gəldim” prinsipi ilə hərəkət edib irəli düşən Sahibə xanım tərəfindən həyata keçirilir və Cəhanə Həlimovaya ötürülür”.
Yeni məlumatlarda eyni zamanda Elxan Süleymanovun qohumbazlığına dəlalət edən informasiyalar yer alıb. Bildirilir ki, Süleymanov RTŞ-nin Nazirlik tərəfindən Əmək Məcəlləsinin karyera üçün arzuolunmaz sayılan “70 Ç” maddəsi ilə işdən çıxarılan Aqşin adlı qüsurlu mühasibini hansısa maraqları naminə aparıb öz yanında işlədir. Qardaşının oğlu da məsləhətçi-mühasibdir. Əmisi qızı Xirdalan şəhər 8 saylı orta məktəbdə direktorun təşkilati məsələlər üzrə müavinidir.
“Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməməsini nəzərdə tutur. Həmin maddəni olduğu kimi təqdim edirik: 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olanlar heç bir vəzifə tuta bilməzlər. 7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə, həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
P.S. Əldə etdiyimiz daha ilginc məlumat isə odur ki, Elxan Süleymanovun de-yure qohumlarının qədrini bilməsi ilə bahəm, həm də hər həftə qatıldığı eyş – işrət məclislərində de-fakto “qohumlarının” sayını artırmaq kimi bir şakəri vardır.
Məqalə dərc olunmazdan əvvəl yazıda göstərilən faktlara aydınlıq gətirmək üçün cənab Elxan Süleymanovun votsapına məktub yazıb xahiş etdik ki, deyilən ittihamlara aydınlıq gətirsin. Təssüf ki, Elxan müəllim susmağı üstün tutdu. Ona görə də, məqalədə adları keçən hər bir kəsin mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
Deryaz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|