Bir neçə gün bundan öncə xəbər vermişdik ki, Masallı Regional Meşə Təsəbrrüfatı Mərkəzində (MRMTM) oktyabr ayının sonu attestasiya keçirələcək. Və o attestasiyada işçilərin bilik səviyyəsi yoxlanılacaq
O attestasiyada iştirak edənlərdən də biri MRMTM-nin baş mühafizə mühəndisi Abturab Bağırov olacaq.
A.Bağırov öncədən bildirmişdi ki, attestasiya aid ədəbiyyatları oxumuram amma buna baxmayaraq heç ümidimi də itirmirəm. Sağ olsunlar ETSN-nin müavinləri hansı ki, öncədən sualları bizə verəcəklər. Sizi bilmirəm, mən artıq keçmişəm.
İndi keçək əsas məsələyə
-Necə olur ki, 29.10.2021-ci ildə keçirilən attestasiya 2019-cu ildəkindən fərqli olaraq başqa çür olur. O zaman hamının suallarının cavabların birlikdə elan edirdilər, 29.10.2021-ci ildə keçirilən attestasiya də isə tamam başqa çür, yəni işçiləri bir-bir otağa salıb sualların cavablarını onlara təklikdə deyiblər.
-Necə olur ki, Abturab Bağırovun öncədən dedikləri düz çıxdı? O, orta ixtisas təhsilli və qeyri-kadr işçi olmağına baxmayaraq digər işçilərdən ən yüksək bal topladı. 40 sualdan 33 düz cavab.
Abturab Bağırovdan "vurma cədvəl"lni və aktın neçə düzgün yazıldığını soruşsanız belə bilməz. Bu şəxs 2013-cü ildə çalışdığı Masallı Meşə İdarəsinin xidməti ərazisində olan dövlət meşə fondu torpaqların satdlğı üçün, Masallı Məhkəməsinə qolu qandallı gətirib. Və bu şəxsin Məhkəmə qərarları vardır.
Adəm İsmiyevə MRMTM-də olan bütün çirkin işlərin ssenarisini A.Bağırov verir.
Necə olur ki, 2020 dekabr ayı Abturab pul üstündə Qəriblər meşəbəyliyinin sabiq meşəbəyisi 65 yaşlı Sədrəddin Abbasovu ölümünə döyərək yüksəklikdən üzü aşağı itələmişdi. S.Abasov bu barədə hüquq mühafizə orqanlarına da şikayət vermiş, o zaman mətbuatda da bu barədə xəbərlər dərc olunmuşdu.
Bu məsələyə görə, elə həmin vaxt ETSN-nin müavini Firdovsi Əliyevlə Xidmətin rəisi Namik Xıdırov bir başa durub Masallıya gələrək onların arasında barışıq etmişdilər,
S.Abasova şikayətin geri götürməyi məcbur edərək. saxta həmkarlar keçirdib adın da qoydular ki, guya S.Abasovun ayağı sürüşüb özü yıxılıb.
Buna görə Sədrəddinə töhmət verildi, Abturab isə heç nə olmuş kimi sudan duru çıxdı.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq //azinfo.tv//