Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                 

Daha bir deputatın adı DƏLƏDUZLUQDA HALLANIR... - Prezidentə müraciət olundu
Tarix: 19-11-2021, 08:14 | Çap et
Daha bir deputatın adı DƏLƏDUZLUQDA HALLANIR...
DİA.AZ: - Ağsu şəhəri, Nəsimi küçəsi, ev 16-da yaşayan Babayev Həsənağa Sədəhməd oğlu tərəfindən Prezident İlham Əliyevə və digər rəhbər şəxslərə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflıq və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir. Amma çox arzu edərdik ki, bu tədbirlər özlərinə toxunulmazlıq statusları qazandırmış və bu arxayınçılıqdan süi-istifadə edən hörmətli millət vəkillərinə və hakimlərimizə də şamil olunsaydı yaxşı olardı. Yoxsa ki, bu kateqoriyalı məmurlarımızın bəziləri toxunulmazlıq statusundan gen-bol istifadə etməklə ciddi qanunpozuntularına yol verirlər. Məsələn, belələrindən biri də 20 ildir ki, deputat kreslosunu zəbt etmiş, siyasi liderlərdən biri hesab olunan, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevdir".

Daha sonra dia-az.life-a daxil olan müraciətin mətnində deyilir: "Bu deputat 2011-ci ildən mənim başımı elə bir bəlaya salıb ki, bütün var-yox əmlakım əlimdən çıxsa da bu problemdən qurtara bilmirəm. Belə ki, cənab deputat öz yaxın dostu olan Fəxrəddin Əliyev adlı birisilə yanıma gəlib dedid ki, Həsənağa sənin rayonda böyük fermer təsərrüfatın var, gəl bununun vasitəsilə İqtisadiyyat Nazirliyinin xəttilə aşağı faizlə bankdan kredit götürüb böyük bizneslə məşğul olaq, sən də qazan, biz də qazanaq”. Razılaşdım. Dedim, deputat adamdır, əli yerə yerə çatır. Belə kredit təşkil etsə, mən də həm təsərrüfatımı genişləndirər, həm də yeni layihə həyata keçirərəm. O vaxt mənim “ Məhəmməd” Kəndli Fermer Təsərrüfatı olan bir MMC vardı. Hazırda isə bankda girovdur. Bəli, biz fermer təsərrüfatımı da, Ağsu şəhərindəki yaşadığım evi də, Ağsu şəhərində soyuducu ambar olan yarımçıq tikilini də və bir neçə Sabirin tanışarı olan şəxslərinə məxsus mülkləri də “Azəriqazbank” QSC-yə girov qoyaraq tez bir zamanda İqtisadiyyat Nazirliyinin köməkliyilə 2011-ci ildə 5 il müddətinə 389.600 manat kredit götürdük.Krediti götürən zaman Sabir Hacıyev və digər deputat dostu olan Rauf Əliyev də mənə rəsmən zamin durdular. Ağsu şəhərinin kənarında biznes layihəsi üzrə 500 ton tutumu olan soyuducu ambarın tikintisinə başladıq. Və eyni zamanda Sabir Hacıyev Fəxrəddin Əliyevlə məsləhətləşib alınan kreditin 250000 manatını F.Əliyev vasitəsilə Türkiyədən soyuducu qurğuların alınıb Azərbaycana gətirilməsini müzakirə etdik. Və mən də birlikdə Fəxrəddin Əliyevin Səbail rayonu ərazisində olan yaşadığı evin yanında 4 nəfər şahidin yanında 250000 manat nağd pulu birlikdə ona təhvil verdik. Qalan 50000 manatı isə Fəxrəddinin dostu hesab edilən və 4 nəfər girov ev qoyan adamların şahidliyi ilə makler Azərə verdik. Yerdə qalan 80 minmanatla isə Ağsu şəhərinin çıxış hissəsində geniş torpaq sahəsini alaraq soyuducu ambarın tikintisinə başladıq. Aradan 3-4 ay keçsə də nə F.Əliyev, nə də qurğular Azərbaycana gəldi. Sabir müəllim də başa düşüdü ki, bəli, yaxın dostu Fəxərddin Əliyev ona qarşı dələduzluq edib, 250000 manatı alıb aradan çıxıb. Amma sonradan məlum oldu ki bu dələduz Bakıya qayıdıb Amma onu bu günəkimi tapmaq Sabir müəllimə müyəssər olmadı. Mən isə bu illər ərzində daha da ağır vəziyyətə düşdüm. 2011-ci ildən 2016-cı illər ərzində bankın məndən tələb etdiyi hər ay 2000 manat olmaqla faiz borcları qaytarmağa başladım. Bu 5 il ərzində əlimdə olan pulları da, PRADO, MERCEDES və NİVA markalı şəxsi avtomobillərimidəsatıb faiz borcları ödəməklə məşğul oldum. 2016-cı ildə isə Bank bizi tələsdirdi ki, əsas borcu da təcili ödəmək lazımdır. Bu arada evlərini bu kreditə görə girov qoymuş S.Hacıyevin tanışlarıda ondan şikayətlər etməyə başladı. Digər tərəfdən sabiq MTN “ şefi” olan Eldar Mahmudova yaxınlığı ilə tanınan bu bank Sabirə bir zamin kimi xəbərdarlıq etdi ki, təcili pulları ödəsin axırı yaxşı olmayacaq. O da deputat adından qorxuya düşərək əsas borcu bir gündə ödəyərək bağladı. Hazırda isə bank yenə mənə qarşı əlavə olaraq faizlərə görə 47000 manatın ödənilməsini tələb edir. Və məni “ Pul tələbilə” Ağsu Rayon Məhkəməsinə vermişdir.

Az keçməmiş Sabir Hacıyev mənə hədə-qorxu gələrək Bakıda “QızılTac” Şadlıq sarayının yaxınlığında olan 43 saylı notariat kontoruna gətirərək guya mənim ona fiziki şəxs kimi 330000 manat borcum olması barədə saxta “Borc müqaviləsi” imzalatdırdı. Əvvəlcə mənə bunun formal bir müqavilə olmasını bildirdi. Etiraz etdikdə onun bir siyasətçi kimi sifəti 180 dərəcə çevrildi və hədə-qorxuya keçdi. Məndə ailəmin təhlükəsizliyini nəzərə alaraq məcbur olaraq ortalıqda olmayan, almadığım və görmədiyim pulun guya Sabirdən borc alınmasına imza atmaq zorunda qaldım. Halbuki, bu borcun verilməsini təsdiq edən heç bir notarial hərəkətə yol verilməmiş, pul nağd olaraq notariusun depozit hesabına köçürlüməmiş, mən də onu bank qəbzi ilə mədaxil etməmişdim. Yanımızda heç şahidlər də yox idi. Lap elə məntiq də yox idi ki, məni uzaqdan tanıyan deputat S.Hacıyevə nə düşmüşdü ki, devalvasiyadan sonra o mənə 330000 manat pulu heç bir girovsuz, zaminsiz, vermiş olsun. Nə qohumluq əlaqəmiz var, nə də iş birliyimz olmuşdur.

Aradan 6 il keçdikdən sonra isə cənab deputat məni yaşayış yerim üzrə Ağsu rayon Məhkəməsinə “Pul tələbi” ilə bağlı müraciət edərək məni məhkəmədə sıxışdırmağabaşladı. Təbii ki, ədalətsiz Ağsu Məhkəməhakimi də imkanlı deputatın tərəfini saxlayaraq ona vəkillik etməklə iddiasını təmin etmişdir. Doğrudur, mən də yaxşı dostların köməkliyilə “saxta və əsassız borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlıiddia versəm də hakim bunu heç müzakirə belə etmədi. Və təbii ki, yaxşıca qazandı da. Və mən onun 25 iyun 2021-ci il tarixli, 2 (016)-47 \2021 saylı əsassız qətnaməsindən bir cavabdeh olaraq apellyasiya şikayəti verdim. İndi MŞəki Apellyasiya Məhkəməsində hakim Ələddin Məcidovun icraatında olan apellyasiya şikayətimə 24 noyabr 2021-ci il tarixə, saat 11-30-da 16 N-lizalda baxılacağı barədə bildiriş gəlmişdir. Bu ərəfədə, yəni 12 noyabr, saat 13 radələrində Sabir Hacıyev mənə zəng edərək bildiri ki, sən bu gün get Nərimanov rayon Polis İdarəsi rəisinin yanına ki, Fəxərddin Əliyev bizim bankdan götürdüyümüz pulu alıb dələduzluq etmiş və gizlənmişdir. Mən rəisin yanında bu müzakirəni apardım. Rəis bildirdi ki, axı siz bu pulu F.Əliyevin yaşadığı Səbail rayonu ərazisində ona təhvil vermisiniz. Mən bu işi araşdırmaya versəm belə, gərək materialları Səbail Polisinə göndərəm. Yaxşısı budur siz Səbail RPİ-nə müraciət edəsiniz. Yəni, cənab deputat bir tərəfdən məni məhkəməyə verib saxtakarlıqla bağladığı “borc müqaviləsi” əsasında pul tələb edir, o biri tərəfdən isə məni təhrik edir ki, 10 ildən sonra mən ərizə verib dələduz F.Əliyevi cəzalandırıb pulumuzu alaq. Mən bu siyasətçinin oyunundan baş aça bilmirəm. Bəli, bu adam 2001-ci ilədək Mütəllibov tərəfdarı kimi onun dediyilə oturub durub. Sonradan Mütəllibov “Mosbank” vasitəsilə bunlara Moskvadan pul göndərməyi dayandıran kimi, “bayraqlarını” tullayıb keçdilər indiki iqtidar tərəfə. Və indiyədək də əqidələrini dəyişib olublar biznesmen. Noyabrın 15-dən də Azərbaycanı tərk edərək getdi Mərkəzi Amerikaya biznesmen etdiyi milyoner oğlu Kamalın yanına. Biz də qalmışıq qədim ticarət mərkəzi olan Şəkidə fəaaliyyət göstərən Apellyasiya Məhkəməsinin ümidinə ki, bəlkə burda ədalət 1 % -də olsa zəfər çala Amma inanmıram. Ona görə ağır iqtisadi duruma düşmüş bir azərbaycanlı olaraq dövlət rəhbərlərinə, yuxarı instansiya məhkəmə sədrlərinə və vicdanlı KİV orqanırəhbərlərinə müraciət etmək zorunda qalıram.

Çox hörmətli Prezident İlham Əliyev! Hazırda bizneslə məşğul olan deputat Sabir Hacıyev tərəfindən bizi kimi sadə vətəndaşı öz səhvi ucbatından bütün əmlakımızı satdırıb kredit ödəmələri etməyə məcbur edən və sonda zorakılıqla məni əsassız olaraq 330000 manat borc müqaviləsi bağlamağa məcbur edən və sonda bu pulu saxtakarlıqla məhkəmə qaydasında tələb edən Sabir Hacıyev, onun kredit zamanı zamin olmuş dostu deputat Rauf Əliyev və digər dəstəsinin və ona vəkillik edən hakimlərin fəaliyyətinin aidiyyatı üzrə araşdırılmasına göstəriş verməyinizi xahiş edirik.

Eyni zamanda Ədliyyə naziri cənab Fikrət Məmmədovdan və Məhkəmə Hüquq şurası Aparatı rəhbərindən də xahiş edirk ki, Şəki Apellyasiya Məhkəməsində şikayətimizi alver predmetinə çevirməsinlər, işə düzgün qiymət verərək yenidən araşdırma üçün rayon məhkəməsinə göndərilməsini ədalətin tələb etdiyi kimi yanaşaraq həll edilməsi prosesinə nəzarət etməyiniz xahiş edir və əvvəlcədən təşəkkürümü bildiriəm".

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru