Vüqar Kərimovun MEŞƏ BİZNESİ... - Dövlət malı belə QARƏT OLUNUR
Tarix: 8-01-2022, 08:43 |
Çap et
Redaksiyamıza etibarlı mənbədən verilən məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimova söykənən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində olan meşə quldurları meşə torpaqların satmaqda davam edir. DİA.AZ xəbər verir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş meşəbəyisi Faiq Əmişov və baş mühafizə mühəndisi Abturab Bağırov vətəndaşa tikinti məqsədilə Masallı meşəbəyliyinin 22 saylı dolayında (Abturab Bağırovun kəndinin yanında) dövlət meşə fondu torpaqın satıblar və hazırda həmin yerə (ərazinin koordinatı: x-296436; y-4332255) mişar daşı boşaldılıb. Bu yaxınlarda sözügedən yerdə tikinti işlərinin aparacağı gözlənilir. Abturab Bağırov şəxsən özü etiraf edib ki, ETSN-nin müavini Vüqar Kərimovla onun münasibəti yaxşıdır və onu himayə edir. Hətta dekabr ayında saxta əkin kompaniyasında Yeyənkənd meşəbəyliyində Vüqar müəllim dostu Abturab Bağırova birlikdə ağacəkərkən xatirə şəkildə çəkdirib və həmin şəkil izləyiciliərin marağına səbəb olub.
Bir şeyi də qeyd etmək istəyirik ki, Faiq Əmişovla Abturab Bağırov ETSN-nın audit qrupunun yoxlamasından sonra noyabr 2021-ci ildə şiddətli töhmətdən alıblar.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.