"Təhsil Nazirliyi mənim kimi insanların imtahanda iştirakını bloklayıb..." - NARAZILIQ!
Tarix: 17-02-2022, 08:43 | Çap et
Qeyri-adi müsahibimiz var; Özal Arifoğlu. Tarix müəllimidir. Lerikin Zenoni kənd məktəbində dərs deyir. Görmə əngəllidir. Redaksiya rəhbərliyinin onunla danışmaq, müsahibə almaq təklifini (“Şərq”də tapşırıqlar, adətən tələb yox, təklif şəklində verilir M.R.) çox da ürəklə qarşılamamışdım. Ona görə yox ki, görmə əngəllidir, onunla nə danışacam, necə danışacam, qeyri-müəyyənliyi vardı. Fiziki məhdudiyyətli insanlar adilərdən fərqlənir, bir düşünülməmiş ifadə qəlblərinə toxuna bilər, incidə bilər onları. Buna görə, insan çox da ürək eləmir. Amma Özalın fərasətinə bələd olandan sonra razılaşdım. Özal sosial şəbəkədə çox aktivdir. “Tik-Tok”da videolar paylaşır.
Şagirdlərlə ünsiyyəti, dərs prosesi, dünya tarixindən səsləndirdiyi faktlar, nümunələrə baxış sayı çoxdur. Feysbuk səhifəsində maraqlı statuslar, fotolar da paylaşır. Əlində “qırmızı diplom” fotosu da diqqətimi çəkdi. “Bu oğlanla danışmaq lazımdır”, qərarını verdimsə də, tərəddüd az-çox yenə qalırdı. Özal, o az-çoxu da aradan qaldırdı. Bildim ki, bu gənc heç nədən çəkinmir. Həyatını, içində olduğu durumu, öz real vəziyyətini dərindən anlayıb və olduğu kimi – necə varsa, o cür qəbul edib. Bu məni ürəkləndirdi. Ona zəng etdim.
- Özal, indi dərsdə deyilsiniz? Mane olmuram?
- Yox, “okno”du. Yarım saat vaxtım var.
- Onda başlayaq.
- Buyurun...
- Arifoğlu soyadı, atanızın adıyla bağlıdır...
- Bəli. Soyadım Muradovdur. Amma sonra Arifoğlu soyadını seçdim, bu soyadla tanınıram. Bir az “havalı” səslənir, xoşuma gəlir.
Oxucunu bezdirməyim deyə, Özalın tərcümeyi-halını konkret bildirim: Özal Muradov – Arifoğlu 1994-cü il sentyabrın 27-də Bakıda anadan olub. Atası Qubadlının Dondarlı kəndindən, anası isə Qərbi Azərbaycandandır. Anası tibb kollecini bitirib, uşaq həkimidir. Atası ticarətlə məşğul olmaq üçün gənc yaşlarında Bakıya gəlib, o vaxtdan da paytaxtda yaşayır. Ailə qurub, övladları olub. Özal 4 yaşında olanda su çiçəyi keçirib. Qardaşı da həmçinin. Sağalıblar, amma tam yox. Gözləri tutulub. Valideynləri bunu təsadüfən bilib.
- Bir gün anam məni bağçaya aparanda, yolda ağaca dəydim. Anam ani soruşdu ki, ağacı görmürsən?! Mən dedim ki, yox, görmürəm. Anam təəccübləndi və yəqin, şübhələndi ki, məni həkimə apardı. Məlum oldu ki, gözlərim tutulub...
- Deməli, su çiçəyi heç də sanılan kimi yüngül uşaq xəstəliyi deyil, kor edə bilir insanı?
- Bəli. Bu, milyonda bir görülən haldır. Rusiyanın ikinci imperatoru II Pyotr da uşaq vaxtı su çiçəyi keçirib və gözləri tutulub.
- Sizin tarix bilgilərinizin əhatəli olduğunu bilirəm. Paylaşdığınız videolara baxmışam... Youtub-da paylaşırsınız... (Səhvimi düzəltdi)
- Əsasən “Tik-Tok”da...
- Tarix sevginizə qayıdacam. Mən... soruşmaq istəyirəm... (doğrusu, fikrimi ifadə etməkdə çətinlik çəkdim. Bilmədim, nə deyim, “qəribəsiniz”, “qeyri-adisiniz”, “necə ürəkli danışırsınız”... çaşıb-qaldım)
Özal özü davam etdi:
- Həyat insana bir dəfə verilir. İnsan həyata məğlub olmamalıdır. Nə olursa-olsun, nə baş verirsə-versin. Hətta uduzmusansa hesab 1:0-dırsa, hesabı 2:0-a çevirməyi bacarmalısan.
- Mən əvəzdən da danışdınız, vallah!.. Siz hesabda irəlidəsiniz, artıq. Görmə əngəlli ola-ola müəllimlik edirsiniz, dərs deyirsiniz. Virtual dərslər keçirsiniz. Vallah, halal olsun, sizə... Ürəkləndim. Gözləriniz heç görmür? Yəni müəyyən faiz də? - Yox.
- Müalicəsi yoxdur?
- Var, müalicəsi (tez də əlavə etdi). Mən telekanallara çıxıb kömək istəməyi qəbul etmirəm. Bunu heç vaxt qəbul etməmişəm, efirə çıx, orda danış, kimlərsə sənin üçün pul toplasın... Heç vaxt bununla razılaşmamışam, razılaşmayacam da!..
- Özal, bizim elə bir məqsədimiz yoxdu. Birdən elə düşünərsən, mediadı, nəsə məqsədimiz var, zəng etməkdə, sorğu-sualda...
- Yox, sizi nəzərdə tutmuram. Bilirəm, ona görə zəng etməmisiniz. Mən Akif müəllimi tanıyıram (baş redaktorumuz Akif Aşırlını nəzərdə tutur), feysbukda dostluğumda var.
- Lap yaxşı. Akif müəllim də tarixçidir. Cümhuriyyət dövrünü araşdırıb...
- Bilirəm, tanışam.
(İndi lap ürəkləndim və Özalı redaksiyaya dəvət etdim)
- "Şərq”ə gəlin. Bizim redaksiyamız muzeydi. Akif müəllim çox zəngin eksponatlar toplayıb. Xoşunuza gələcək. - Gələrəm bir gün. Maraqlı olar...
- Ümumiyyətlə, gözlərinizin müalicəsi mümkündü?
- Müalicəsi var, bəli. Xarici ölkəyə getmək lazımdı. Bunun üçün də vəsait gərəkdi... Mən heç kimdən kömək istəmərəm. Həm də özümü artıq bu cür qəbul etmişəm. Nəyə nail olmuşamsa, dişimlə, dırnağımla qazanmışam. Həyatımdan razıyam.
- Özal, təhsil almağınızla bağlı danışın.
- Mən Bakıda 5 saylı xüsusi məktəbdə təhsil almışam. Bu məktəb sırf gözdən əlillər üçündür. Yatılı məktəb idi. Amma mən yaxınlıqda yaşadığım üçün orada qalmırdım. Biz Brayn əlifbası ilə oxuyurduq.
- Yaxşı oxuyurdunuz?
- Demək olar. Bir “4”üm olub, kimyadan. Tərifnamə ilə bitirmişəm orta məktəbi.
- Tarixə məktəb vaxtında marağınız vardı?
- Əslində, yox. Məktəbdə ən çox sevdiyim fənn fizika idi. 9-cu sinfə qədər fizika aşiqi idim. Bakının rayonları arasında keçirilən Olimpiadada Nərimanov rayonu üzrə 3-cü yeri tutmuşdum. Sonra müəllimimiz dəyişdi, yeni gələn müəllim əvvəlki müəllimimiz kimi olmadı, dərs keçmirdi. Get-gedə mən də zəiflədim.
- Üzr istəyirəm, fizikanı necə öyrənirdiniz? O fənnin də xüsusi dərs vəsaiti vardı?
- Yox. Mən internet klubda “Fizika” kitabının səhifələrini kserokopiya elətdirirdim, əlavə materialların da üzünü çıxartdırırdım, evdə mənə oxuyurdular, yadda saxlayırdım, elə öyrənirdim. Eynşteyni, Nyuton fizikasını belə öyrənmişəm. Məktəbdə bunları bizə keçmirdilər. Qısaca deyirdilər ki, Eynşteyn var, Nyuton var... Özüm materiallar əldə edirdim, araşdırırdım.
- Bəs tarixə meyl necə yarandı?
- Açığını deyim? Verəcəksiniz qəzetinizdə?
(Təəccüb etdim. Niyə verməməliyik ki?)
- Mən tarix fənnini Müsavat Partiyasının başqanı İsa Qəmbərə görə sevmişəm. Fikirləşdim, bəlkə onun adını yazmazsınız...
- Niyə yazmayaq ki, Özal?! Burda təhlükəli, qorxulu bir şey yoxdu. Mən də düşünürəm, hansısa qədim dövrlərin tarixi şəxsiyyətlərinin adını çəkəcəksən.
- Mən İsa Qəmbəri özümə kumir seçmişdim. Sonralar Əhməd bəy Ağaoğlunun “Sərbəst insanlar ölkəsi” əsərini oxudum. Əhməd bəy Ağaoğlu da kumirim oldu.
- Və ali məktəbə daxil oldunuz.
- Bəli. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil oldum. 2013-cü ildə.
- Dərslərinizi orda necə oxuyurdunuz, çətin olurdu?
- Yox, telefonlar vardı artıq, dərsləri yükləyirdim telefonun yaddaşına, dərsliklərin PDF variantını da yükləyirdim, səsli proqramların köməyi ilə öyrənirdim. Bakalavr pilləsini “qırmızı diplomla” bitirdim. Magistraturaya daxil oldum. Sumqayıt Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və ən yeni dövr tarixi üzrə. Müəllimlərin işə qəbulu üzrə imtahan verdim. 60 sualdan 51-nə cavab vermişdim. Bir az tələsik oldu, yaxşı hazırlaşa bilməmişdim. Əvvəldən hazırlaşsaydım, bütün suallara cavab verərdim.
- İmtahanda necə iştirak etdiniz?
- Çox sadə. İmtahan nəzarətçisi sualları oxuyurdu, mənim cavablarımı kompüterə daxil edirdi.
- Lerikə necə gedib çıxmısınız bəs?
- İmtahan nəticələrinə uyğun vakansiyalar təklif edilir. Lerikdə vakansiya vardı. Yaxın qonşumuz var, o da məsləhət gördü ki, Lerikə gedim. 3 ildir artıq burda çalışıram.
- Şagirdlər yəqin sizi çox istəyir?
- Nə bilim... Yəqin...
- Fotolardan, videolardan görünür.
- Mən də onları çox istəyirəm. Dərsdən əlavə repetitorluqla da məşğulam.
- Halal olsun sizə. Siz ki, bu qədər mübariz, qətiyyətlisiniz, şagirdlərə ən gözəl örnəksiniz. Şagirdlərə dərsi necə keçirsiniz?
- Yenə də PDF variantı ilə. Mən şagirdlərə motivasiya verirəm. Onlara tariximizi, dilimizi sevdirməyə çalışıram. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Səməd bəy Mehmandarov parlamentə dəvət edilib, ordudakı vəziyyətlə bağlı məruzə üçün. Səməd bəy, Azərbaycan dilində danışa bilməyib, gözləri dolub, kürsüdən enərək, salonu tərk edib. Bunun özü bir nümunədir ki, böyük şəxsiyyət necə utanc hissi keçirib.
- Cümhuriyyət dövrünə xüsusi rəğbətiniz var...
- Elədir. İlber Ortaylının, Nəsiman Yaqublunun kitablarını oxuyuram. İlber Ortaylı Bakıya gələndə onunla görüşmüşəm.
- Lerikdə harda qalırsınız?
- Rayonda kirayədə qalıram. Şəkidən gəlmiş coğrafiya müəllimi ilə birlikdə. Burda, Lerikdə tanış olmuşuq, dostlaşmışıq.
- Əmək haqqınız nə qədərdir, sirr deyilsə?
- 700 manata qədər əmək haqqı alıram.
- Mən yaşayışınız, sosial durumunuz barədə müəyyən təsəvvür olsun deyə soruşdum.
- Müəllimə nə qədər əmək haqqı versələr də azdır. Müəllim haqqı ödənməz. Sırf müəllim maaşı ilə dolanmaq, əlbəttə, çətindir.
- Rayon yerində, paytaxta nisbətən yenə bir az yüngül olar.
- Orası düzdür. Amma mən 2-3 həftədən bir Bakıya gəlirəm. Çətin olur.
- Niyə Bakıya gəlirsiniz? Valideynlərinizi görmək üçün?
- Həm valideynlərimi görməyə, həm də darıxıram şəhər üçün.
- Dərsiniz başlayar, son sualı verim. Gələcək planlarınız nədir, hansı məqsədləriniz var?
- Mən yenə MİQ imtahanlarında iştirak etmək istəyirəm. Amma qəribədir ki, Təhsil Nazirliyi mənim kimi insanların imtahanda iştirakını bloklayıb. Görmə əngəllilərə paytaxtda işləmək olmaz. Müraciət etmişik, deyirlər, insan resursları şöbəsinə müraciət edin, ordan da cavab verilmir. Bu, bürokratik əngəldi. Hamıya bərabər imkanlar yaradılmalıdır. Görmə əngəlli olmaq mənim biliyimə təsir etmir. Albaniyanın maliyyə naziri görmə əngəllidir. Bizə niyə ayrı-seçkilik edirlər, anlamıram. Doktorantura təhsili almaq fikrindəyəm. Amma ən böyük hədəfim Almaniyada təhsil almaqdır. Almaniya alınmasa, Baltikyanı ölkələr, ən sonda Rusiya variantı üzərində düşünürəm.
- İnşəllah, hədəflərinizə çatacaqsınız. Vaxtınız varsa, bir məsələni də soruşum. Son zamanlar orta məktəblərdə şagirdlərin nalayiq davranışlarını, müəllim-şagird qarşıdurmalarını əks etdirən videolar yayılır. Sizcə, problem kimdə, nədədir?
- Burda ən sonuncu günahkar uşaqlardır. Məktəblərdə həmişə belə hadisələr baş verib. Mən təhsil aldığım zamanlarda da belə hadisələr olurdu. Uşaqları yun çubuğu ilə döyən müəllimlər də olub. Əsas problem müəllim-valideyn əlaqəsinin qurulmamasıdır. Uşaq 6 yaşa qədər tərbiyəni evdə valideynlərindən alır. Əgər uşaq evdə valideynlərinin dilindən kobud, ağır ifadələr eşidirsə, bunu təkrarlayacaq. Valideyn səhv olaraq düşünür ki, vəzifəsi uşağı yedizdirmək, geyindirmək, böyütməkdir. Valideynin birinci vəzifəsi övladına tərbiyə verməkdir. İndi də sosial media əlçatandı, smartfonlar əllərdə. Kim nə istəyir, çəkir, paylaşır.
- İşğaldan azad olunmuş ərazilərə getməmisiniz?
- Şuşaya getmək istəyirəm. Bəlkə Novruz bayramında getdim.
- Bəs Qubadlıya? Orda dədə-baba yurdunuz salamat qalıb?
- Bəli, ev salamatdı. Qismət olar ora da gedərəm. Amma sizə bir etiraf edim, mən Qubadlıdan daha çox Şuşanın azad olunmasına sevinmişdim.
(Özalı çağırırdılar. Dərs başlayırdı. 1-2 saniyəsini də “oğurlamağa” çalışdım)
- Özal, evlənmək barədə düşünmürsən? (Qısa cavab verdi) - Həyatımın qayəsi deyil bu.
Uğurlu dərslər, qeyri-adi, cəsur müəllim! Biz sənin şagirdlərinin də sənin kimi mübariz olacağına əminik!
Söhbətləşdi: Məlahət Rzayeva //sherg.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|