Ağsuda sahibkara belə DİVAN TUTURLAR - Hara şikayət etsə də...
Tarix: 19-02-2022, 09:39 | Çap et
"Ağsu rayonunun keçmiş icra başçısı Vahid Tağıyevin və müavini Mirqubad Orucovun göstərişiylə, Yaşıllaşdırma İdarəsinin və Mənzil-İstismar sahəsinin DOST Proqramı vasitəsiylə işlə təmin olunmuş işçilərinin iştirakıyla Ağsu dolaylarında 20-yə yaxın obyekt söküldü. Hamısı da kasıb insanların obyektləriydi. İnsanların dişiylə-dırnağıyla qurduqları işi bir anın içində məhv elədilər, əmlakların içərisindəki avadanlıqları da tar-mar etdilər. Söküntü üçün heç bir məhkəmə qərarı, rəsmi xəbərdarlıq olmayıb. İnsanlar nə qədər çalışsalar da, qanunsuz əməllərinin qarşısını ala bilmədilər. O sahibkarlardan biri də mən idim”. DİA.AZ-ın məlumatına görə, Nüşabə Cəfərova Meydan TV-yə danışır ki, 2020-ci ilin 29 aprelində və 1 mayında Ağsu Rayon İcra Hakimiyyəti məhkəmə qərarı, rəsmi xəbərdarlıq olmadan Ağsu dolayları ərazisində yerləşən və onun mülkiyyətində olan istirahət obyektini söküb.
Nəticədə sahibkar xanımın həm mülkiyyətçi hüquqları pozulub, həm də ona maddi zərər dəyib.
"Hamı məsuliyyəti üzərindən atır”
Nüşabə xanımın sözlərinə görə, Ağsu dolaylarının 150-ci km-də yerləşən, 1998-ci ildən mövcud olan istirahət obyektinin 2002-ci ildən qanuni mülkiyyətçisi olub.
Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyat və Şəhərsalma Kadastr İdarəsində "Qeydiyyat Vəsiqəsi № 38” altında qeydiyyatda olan əmlak onun tərəfindən 2002-ci ildə notarial qaydada alqı-satqı müqaviləsiylə alınıb:
"Bütün rəsmi qurumlara müraciət ünvanladım, amma nə fayda… Ağsu Rayon İcra Hakimiyyəti söküntünün Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən aparıldığını bildirərək məsuliyyəti öz üzərindən atdı. Bütün bunlardan sonra söküntünü aparan tərəfləri məhkəməyə vermək qərarına gəldim”.
"Alqı-satqı müqaviləsi qüvvədə saxlanıldı”
Nüşabə xanım əvvəlcə Şamaxı Regional Meşə Təsəsrüfatı Mərkəzi, Ağsu RİH-i və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təzminatla bağlı məktub ünvanlayıb. Obyektin əvvəlki vəziyyətə gətirilməsini tələb edib.
3 iyun 2020-ci tarixli 388 saylı məktubunda Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi obyektin onun göstərişi əsasında söküldüyünü bildirib.
Bütün tərəflərin cavablarını və Ombudsmanın apardığı araşdırmanın nəticəsinə görə söküntünü aparan tərəflə qarşı Şəki İnzibati Məhkəməsində mülki iddia qaldırıb.
Bundan sonra Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əfqan Qəribov da Ağsu Rayon Məhkəməsində Qeydiyyat Vəsiqəsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün iddia qaldırıb:
"Məhkəmənin gedişində uduzduğunu anlayan Əfqan Qəribov işi təxirə salmaq üçün başqa yola əl atdı. Şəki İnzibati Məhkəməsində olan təzminatla bağlı işi yubatmaq məqsədilə bu dəfə də Ağsu RİH-ni 24 il əvvəl verilmiş Sərəncama görə məhkəməyə verdi.
Ağsu Rayon Məhkəməsindənsə Sərəncamla bağlı iş həll olunana qədər işin təxirə salınmasını tələb etdi”.
Ağsu Rayon Məhkəməsi işi təxirə salınması haqqında qərar çıxarıb. Nüşabə Cəfərova Şəki Apelyasiya Məhkəməsinə Ağsu Rayon Məhkəməsinin qərarından şikayət verib.
Məlum olub ki, qərar düzgün verilməyib və Şəki İnzibati Məhkəməsində aparılan təzminatla bağlı işin bu işlərlə bağlılığı yoxdur və iş davam etdirilməlidir.
Ağsu Rayon Məhkəməsi isə işə baxaraq qərar verməlidir. Beləcə, qərar verilib və Əfqan Qəribovun iddiası təmin edilməyərək alqı-satqı müqaviləsi qüvvədə saxlanılıb: "Əfqan Qəribovun qanunsuz əməlləri ilə bağlı birbaşa Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırova, Nazirliyin Hüquq Şöbəsinin müdiri Teymur Şəkərəliyevə dəfələrlə müraciət etdim. Hər dəfə Əfqan Qəribovun haqlı olduğunu əsaslandırmağa çalışdılar. Nazir Muxrat Babayevə də müraciət etdim. Nazirin göstərişi əsasında 6 saylı Ekologiya İdarəsindən Nəriman Ciriyev deyilən bir nəfər gəldi. Məndən izahat tələb etdi. Mən də ona qanunla izahat ala bilmək səlahiyyətli qurumun əməkdaşı olmadığını izah etməyə çalışdım. Anlamadı, izahat yazdım. Amma izahatda yazdığım qaldı bir yana, 6 saylı idarənin rəisi Ziya Cəbrayılov Əfqan Qəribovun hərəkətlərini əsaslandıran cavab verdi. Ağsu Rayon Məhkəməsinin yekun qərarından sonra Əfqan Qəribov çıxış yolunu söküntü əmrini üzərindən atmaqda gördü. Amma hələ işlərin başlanğıcında "obyekti mən sökmüşəm” deyə verdiyi rəsmi cavabını unutdu”.
Məhkəmə davam edir
Nüşabə Cəfərova Konstitusiya ilə mülkiyyət hüquqlarının pozulduğunu iddia edir: "Konstitusiya deyir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29.4-cü maddəsində qeyd edilir ki, ”Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”. Düşünürəm ki, Əfqan Qəribovun Konstitusiyadan xəbəri yoxdur. Bilmir ki, özgəsinin əmlakını qəsdən məhv etmək cinayət hesab olunur”.
Yaxın günlərdə Nüşabə xanımın Şəki İnzibati Məhkəməsində hakim Fərid İsmayılzadənin sədrliyi ilə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinə, Ağsu Rayon İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iddiasına dair növbəti məhkəmə iclası keçiriləcək.
Sahibkar həmin qurumlara qarşı 100 min manat mənəvi, 80 min maddi zərərin ödənilməsi iddiası qaldırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|