DİA.AZ: - "Kəlbəcər Rayon 108 saylı tam orta məktəbin 9,10 və 11-ci siniflərində təhsil alan şagirdlərin 90% şəhər məktəblərindən həmin məktəbə qəbul olunmuş məcburi köçkün olmayan, şagirdlərdir". DİA.AZ bildirir ki, bu barədə "Təhsil Şikayətləri" sosial qrupundakı paylaşımında Rəşxəndə HAcıyeva adlı isifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş yazır: "Həmin şagirdlərin dərslərə davamiyyəti yox səviyyəsindədir.
Buna əsas səbəb, məktəbin direktoru Ülkər Quluyeva tərəfindən, rüşvət müqabilində aylığa buraxılmalarıdır".
DİA.AZ bildirir ki, şikayətçi eyni zamanda dediklərinin sübutu olaraq fotofaktları da təqdim edib:
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...