Təkcə uçan məktəblər deyil, təhsil sisteminin ÖZÜDÜR... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 1-04-2022, 09:04 | Çap et
Azərbaycanın idarəetmə sistemində məmur özbaşınalıqları hər zaman ön planda olub. Oturduğu kreslonu xüsusi mülkiyyəti hesab edən, xalqa xidmət etməli olduğu halda xalqdan xidmət uman belə bürokratlar həm də elə vəzifə kreslosunda qocalmaları ilə xatırlanırlar. Son illər vəzifə kürsüsündə bütləşən belələrinə qarşı mübarizə aparılsa da hələ də toxunulmazlıq statuslarını qoruyub saxlayanlar az deyil. Tədricən vəzifə səlahiyyətlərini şəxsi ambisiyalarına çevirən belə “bütlər” qanunlara və hətta məqam düşəndə dövlətə belə meydan oxuyurlar. Hər halda yaxın tariximizdə bunun dəfələrlə şahidi olmuşuq. İllərdir islahatların aparıldığı, amma bir türlü aydınlığa çıxmayan təhsil sistemi də belə “büt”lərdən xali deyil. Sanki rəhbərlik etdiyi təhsil ocağını özəlləşdirərək “kupçasını alan” direktorlar zamanın sərt sınaqlarına sinə gərərək on illərdir ki, öz kreslosunu qoruyur. Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan müəssisəyə rəhbərlik edənlərin özləri gənc nəslin yolunda sədd çəkirlər. Qısa araşdırmamız nəticəsində paytaxt məktəblərini özəlləşdirən belə “kupçalı direktorlardan” bir neçəsini sizlərə də tanıtmaq istəyirik. Başlayaq 32 ildir ki, 160 saylı məktəbin direktoru kürsüsündən əl çəkməyən Faina Ələkbərovadan. Ötən illər ərzində məktəbin daş-divarının da köhnəlib bir neçə dəfə təmir olunmasına, hətta adının da dəyişdirilib klassik gimnaziya qoyulmasına baxmayaraq Faina xanımı dəyişdirmək mümkün olmayıb. Həmkarlarından geridə qalmayan Rəhilə Baxşalıyeva 1995-ci ildən Xəzər rayonu 149 saylı məktəbin, Cavanşir Tarverdiyev isə 1997-ci ildən Bakı şəhəri S.Həsənov adına 63 saylı tam orta məktəbin “kupça”sını alıblar. Onların direktor təyinatından sonra təhsil sistemi, təhsil qanunu dəyişsə də direktorları dəyişmək mümkün olmayıb. 42 saylı məktəbin direktoru bu il dekabrın 25-də vəzifədə oturmağının 22-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Rəna Naibovanın 35-saylı məktəbi “özəlləşdirməsindən” 18, Aytən Baxşiyevanın 8 saylı məktəbin “kupçasını almasından” isə 15 il vaxt keçib. Elə Təranə Qurbanova da düz 15 ildir ki, Xəzər rayonunun 237 saylı məktəbinə öz lövbərini salıb. 324 saylı məktəbin direktoru Gülarə Atayevanın direktorluq müddəti bu il nəhsdən çıxır. Gülarə xanım 13 ildir ki, 324 saylı məktəbin direktor otağına necə isinişibsə heç kim onu ordan uzaqlaşdıra bilmir.
TƏMƏLİNƏ HARAM QATILMIŞ «YÜKSƏL» HAZIRLIQ KURSLARI
Yaxud götürək “jurnalist kimdir ki, mənə zəng etsin” deyərək bütün medİaya meydan oxuyan, rəhbərlik etdiyi bütün məktəblərdə “silinməz izlər” qoyan Bəyaz Novruzovanı. Maraqlıdır ki, Sumqayıt şəhər 34 saylı məktəbdə, həmçinin Binəqədi rayonunda 205 saylı məktəbdə direktor olduğu müddətdə daim sərt tənqidlərə tuş gələn, adı rüşvət qalmaqallarında hallanan Bəyaz Novruzova hansı “xidmətlərinə” görə 179 saylı məktəbə direktor gətirilib. Xatırladaq ki, son iş yerində (205 saylı məktəb) onun adı təmir adıyla şagirdlərdən pul toplaması ilə hallandırılmışdı. Belə çıxır ki, “təmiri” yüksək səviyyədə yekunlaşdırdığı üçün 179 saylı məktəbi “təmir” etmək üçün görəvləndirilib. B.Novruzovanın təhsilə olan sonsuz sevgisi onu hətta hazırlıq mərkəzi açmağa da sövq edib. “Yüksəliş” müsabiqəsinin adını və loqosunu saxtalaşdıraraq “Yüksəl” hazırlıq kurslarını açaraq qızını rəhbər təyin edib. Əsas məsələ odur ki, B.Novruzovanın direktoru olduğu məktəbdə “natamam” təhsil alan yuxarı sinif şagirdləri “tam” təhsillərini məhz “Yüksəl” kurslarında başa vururlar. Bax beləcə Azərbaycan təhsili bazar predmetinə, alver mövzusuna çevrilir. Siyahını kifayət qədər uzatmaq mümkündür. Ancaq bu “kupçalı direktorlar”ın siyahısını uzadıb vaxtınızı çox da almaq fikrində deyilik. Maralıdır ki, medyada qısaca araşdırma aparsaq onların rəhbərlik etdikləri məktəblərdə baş verən nöqsanlar barəsində dastan bağlamaq olar. Elə biz də həmin məktəblərdə kiçik bir jurnalist araşdırması apardıq. Məlum oldu ki, təqvimdə illər, nazirlikdə nazirlər, BŞTİ-də müdirlər, qanunlarda maddələr dəyişsə də bu dəyişməz direktorların məktəblərində də çox şey dəyişməyib. İndi də şagirdlər müxtəlif adlar altında xərcə düşürlər, müəllimlər “töyücü, naloq, dinməver” prinsipi ilə aylıqlarını ödəyirlər. Çünki “bənzərəm bir qocaman dağa ki, dəryada durur” prinsipi ilə işləyən bu direktorlar üçün qanunlar, islahatlar keçərli deyil. Necə olur ki, son illər imtahan yolu ilə direktor seçilən kadrlar hər 5 ildən bir yerdəyişmə olunduğu halda adlarını çəkdiklərimiz 20-30 il müddətində toxunulmaz qalıblar? Onları nazirlik üçün əziz-xələf edən səbəblər hansılardır? Bəlkə bizim bilmədiyimiz hansısa “əlahəzrət səbələr” onları toxunulmaz qılır? Hər halda bütün nazirlərin, icra başçılarının, siyasi sistemlərin əvəzedilməzi olmanın bir səbəbi olmalıdır! Amma heç bir səbəb qanunlardan üstün ola bilməz. Bizdə isə səhv etmiriksə qanunlar şahdır… Nicat Mahmudov Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|