Sahil Babayevin ANTİMİLLİ TƏLƏSİ... - İNCƏ MƏQAM...
Tarix: 21-04-2022, 08:21 | Çap et
Sovet dövründə eşitdiyim maraqlı bir ifadə yadıma düşdü: Yarısı əlil, yarısı zəlil, şairi də......Xəlil. Əlbəttə, bunu ciddi arqument kimi qəbul etmirik. Amma... Əmması odur ki, illər öncə Gündəlik-Bakıda yazdığımız “Bu yollar bizi hara aparır: Mənzil başına, yoxsa qəbristanlığa..?” başlıqlı yazıda dediklərimizi yada saldıq. Bəli, 2 gün öncə Azərbaycan Statistika Komitəsinin rəsmi məlumatını oxuyanda dəhşətə gəldik. Təsəvvür edirsiniz, Azərbaycan avto-yol qəzalarında ölən və yaralanan, zəlil olanların sayına görə dünyada az qala birincidir. Bu rəsmi statistikadır haa...jurnalist uydurması deyil... Bunun üzərinə başqa bir rəsmi rəqəmi də gələk... Rəsmi açıqlamaya görə, hər il Azərbaycanda 553 əlil uşaq dünyaya gəlir... Bax, ona görə biz illər öncə Gündəlik-Bakıda yazdıq ki, yollarda ölənlər, Qarabağ müharibəsində şəhid olanlardan qat-qat çoxdur. Onda yazdıq ki, şəhid olanın təsəllisi var ki, vətən uğrunda şəhid oldu, bəs yollarda təsadüfi qəzalardan ölənlərin doğmaları nədən təsəlli tapsın... Bu uzun girişin səbəbi odur ki, müxtəlif səbəblərdən, yolda, qəzada, Qarabağ müharibəsində, yaxud iş yerində, tutaq ki, anadan gəlmə əlil olanların problemi bütün dünyada var. Bu məsələ təzə deyil, bütün dövlətlərdə əlillərin problemi ilə ciddi məşğul olunur. Və bu məsələ konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həll edilir. Daha doğrusu, nazirliyin nəzdində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti ( DTSERX ) deyilən qurum var, yəni “Qosslujba”. Balaca qurum deyil ee, nazirliyə bərabər qurumdur. Onun da tabeçiliyində Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) deyilən altqurum var. Bütün problemlər, rüşvət və korrupsiya halları burada baş verir. Loru dildə desək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “əlillərin və imkansız insanların nazirliyidir”. Allah qoymasa bu nazirliyə 6 il rəhbərlik etmiş şəxs, yəni Səlim Müslümov az qala 2 ildir həbsdədir... İndi özünüz əlillərin və sosial təminata ehtiyacı olanların durumunu təssəvvür edin. Yeri gəlmişkən, Səlim Müslümovun, yaxud indiki nazir Sahil Babayevin yerinə bir əlili, yaxud zəlili nazir təyin etsəydilər, bəlkə də bu gün vəziyyət daha effektli olardı. Nə isə sabiq nazir Səlim Müslümovun dövründə saxta əlillik məsələsinə görə, son 2 ildə minlərlə insanın əlillik statusu ləğv edilib. Birincisi, bu saxtakarlığı dövlət qurumları edibsə, vətəndaşın nə günahı..? İkincisi, hətta Qarabağ müharibəsində ayağını itirmiş qazini yenidən komissiyaya çağırıb günlərlə, bəzən aylarla get-gələ salırlarsa, bunun günahı kimdədir..? Bu gün Azərbaycanda az qala anektoda çevrilən bir məsələ var. Qazini çağırıb kəsilən ayağının uzanıb-uzanmadığını yoxlayırlar, dizdən aşağı, yoxsa dizdən yuxarı məsələsini qabardırlar... Görəsən “Əmək nazirliyi”ndə oturanlar başa düşmür ki, kəsilən ayaq necə uzana bilər..? Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazir kreslosuna əyləşdiyi 4 il müddətində ölkə əhalisinin əlil, şikəst, təqaüd, sosial yardım alan və təqaüd almalı olan kəsiminin vəziyyətini daha da ağırlaşdırıb. Bununla da o, əlil insanların ailəsini ac qoyub, özlərini isə intihar həddinə çatdırıb. Bu yolla dövlət büdcəsindən ayrılan vəsaitə "qənaət" edərək, əlillərə zülm etməkdən belə, çəkinmir. Əlil vətəndaşlar yazır ki, nazir kürsüsünə əyləşən gündən Sahil Babayev xalqa divan tutur, millətin sosial müdafiəyə möhtac olan kəsimini daha ağır duruma salmaq üçün əlindən gələni əsirgəmir. Və bütün bu işləri Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Mətanət Məmmədovanın əli ilə edir. Əlil statusu olan şəxslər Ekspertiza Mərkəzinə çağrılır və rüşvətin qarşılığında yenidən ya əlil olurlar, rüşvət verməyənlər isə “sağlam” olurlar, onların əlillik statusu ləğv edilir. Məlumatlı şəxslər yazır ki, Sahil Babayev nazir olan kimi nazirliyin peşəkar əməkdaşlarını və mütəxəssis kadrları işdən uzaqlaşdırdı və yerinə təcrübəsiz qohum - əqrabasını, tələbə yoldaşlarını, pivə və domino həvəskarı olan dostlarını gətirdi. Sahil Babyevin nazir olduğu dönəmdə xeyli sayda Qarabağ əlili vaxtından əvvəl dünyasını dəyişdi. Hələ bu harasıdır..? Sahil Babayevin Dünya Bankından alınan 17 milyon dolları necə silməsi, məşğulluq adı altında dövlətin ayırdığı milyonları kimlərsə xəstə inək verməklə mənimsəməsi və s barəsində növbəti yazıda bəhs edəcəyik. Yazıda müxtəlif saytların materiallarından istiafdə edilib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|