"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

İnam Kərimov kimi nazir olanda FERMERLƏR BU GÜNƏ QALIR... - Ağdamda acınacaqlı mənzərə...
Tarix: 25-04-2022, 08:28 | Çap et
İnam Kərimov kimi nazir olanda FERMERLƏR BU GÜNƏ QALIR...
...Neçə gün əvvəl daxil olmuş şikayətlə bağlı Ağdamın Ergi qəsəbəsi ərazisində oldum. Şikayət Qarqar çayının sahilindən başlayaraq 10 mindən çox keçmiş məcburi köçkünlərin 30 ildir yaşadığı qəsəbəyədək olan 10-12 km-lik yolun bərbad vəziyyətdə olması barədə idi. Təsəvvür edin, indiyədək yəqinki həmin yolu özüm ən azı 130 dəfə getməli olmuşam. Şahidəm ki, ölkənin kənd təsərrüfatı məhsullarının yetişdirildiyi bir ərazidə 30 ildən çoxdur yol bu vəziyyətdədir. Niyə? Yola qum-şınqıl lazımdır, o da Qarqar çayında nə qədər desəniz var. Bir də qır lazımdır, o da Bakıda su qiymətinə. Bəs nə çatmır? Vicdan və vəzifə məsuliyyəti!

Ağdamın indiyədək 4 başçısı dəyişib, dördünə də şəxsən özüm demişəm, burada yaşayan sakinlər isə dəfələrlə hər birinə yazılı-şifahi deyiblər, 25 ilə yaxındır sifətini görmədikləri deputatları olan Bəxtiyar Sadıqova deyilib. Xeyri yoxdur!... Niyə yoxdur, səbəbini yuxarıda dedim. Daşdan səs çıxıb, onlardan isə yalan sözdən ibarət vədlər eşidilib... Axı bu ərazidə yol o deməkdir ki, istehsal olunan meyvə-tərəvəz, digər məhsullar bazarlara rahat və keyfiyyətli şəkildə çatdırılsın.

Ergi qəsəbə sakini Q.Məmmədov deyir: “Yolun belə bərbad olması üzündən qapımızdakı meyvəni mala veririk, bazara apara bilmirik. Çünki bu 10 km-lik yolda xaşıla dönür... Pomidir da elə. Qarqar çayına çatanda baxırıq ki, hamısı əzilib, elə orada da çaya töküb geri qayıdırıq. Xəstəmiz olur, həkim çağıra bilmirik. Taksi lazım olur, heç kim gəlmir. İndi hansı zamandır ki, biz 30 ildir cəbhə xəttində yaşayan on minlərlə insan bu qədər zülm çəkir. Baxan yoxdur...”.

Qarqar çayı soğan tayaları ilə dolub-daşır...

İnam Kərimov kimi nazir olanda FERMERLƏR BU GÜNƏ QALIR...

Ezamiyyə vaxtım imkan verdiyindən ərazidə insanlarla görüşdüm, qarşılaşdığım bütün sahələrin problemli olduğunu gördük. Əhvalımı pozan isə Ergi qəsəbəsinə gedən yolun üstündə-Qarqar çayının sahilində harda gəldi maşın-maşın tökülmüş soğana rast gəldim. Yol kənarında qoyun otaran çoban Rasim Abbasovla salamlaşıb bu vəziyyətin səbəbini soruşdum. Başını bulayıb köks ötürdü:

-İki ildir eyni mənzərədir. Heyvanlarımızı satıb toxum, gübrə və s. alıb soğan əkirik, hər il də ziyana düşürük. Niyə? Çünki yolumuzun belə olmasına görə bura yük maşınları gəlmir, məcbur oluruq alverçilərə su qiymətinə sataq. Bir dəfə qəsdən “Meyvəli bazar”a apardıq, alverçilər elə şəbəkə yaradıblar ki, bizə yaxın gələn olmadı. Axırda iki gün qaldıq, gördük ki, soğan bişir, zay olur, kisəsini 3 manatdan verib gerı qayıtdıq. Yol pulunu, yemək və s. xərcləri çıxandan sonra gördüm ki, mənə bir “Qazel” soğandan cəmi 10 manat qalıb. İl boyu əziyyət çək, sonu da belə. Alverçi də gəlir, elə qiymət deyir, qalırıq məcbur, satırıq. Hətta bu dəfə Bakıda manat yarıma satılırdı, amma bizə 15-20 qəpikdən şərt qoyuldu. Baxdıq ki, gələnlərin hamısı fırıldaqçılardır, acığa düşüb hamı aparıb Qarqara tökdü... Qabaqlar tədarük idarələri olardı, gəlib insafla alardılar, indi gələnin hamısı alverçidir...

***

Bu qanqaraldıcı söhbətdən sonra fermerlerə adamın necə də yazığı gəlməsin?! Baxın, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında “Əsasnamı” təsdiqlənib. Nazirliyin əsasnaməsinə diqqət edin: “1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli Sərəncamına əsasən yenidən təşkil edilmişdir. Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır”.

Nazir İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin“Əsasnaməsi”ni oxuyubmu?

Heç bilirsiniz nazirliyin əsas vəzifəsi nədir? Şəxsən mən inanmıram ki, indiki nazir İnam Kərimov bu “Əsasnamə”ni axıra kimi oxuyub... Çünki oxusaydı, bilərdi ki, rəhbərlik etdiyi nazirlik: “11. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

11.1. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmənin inkişafı ilə əlaqədar, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və emal sahələrinin inkişafına, kənd təsərrüfatı texnikasının və onların ehtiyat hissələrinin istehsalına həsr olunmuş proqramlar hazırlayır və onların icrasını təmin edir;

11.2. aqrar bölmənin inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak edir;

11.3. aqrar bölmədə xidmət mərkəzlərinin təşkili və sahənin maddi-texniki vasitələrlə təmin olunmasına köməklik göstərir;

11.4. kənd təsərrüfatı məhsulları istehsalçılarının mənafeyinin qorunması ilə bağlı təkliflər hazırlayır, aidiyyəti dövlət orqanlarına təqdim edir və səlahiyyətləri daxilində tədbirlər görür” və s.



Bəs nazirliyin tabeliyindəki “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti niyə qanunlara tabe olmur?

Bu isə “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti nin yaradılması haqqında Prezidentin Fərmanıdır. Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə qərara alıram: “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin”.

ASC ləğv edilir və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilir. Prezidentin Fərmanı ilə... Və

Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması “Qaydası” təsdiqlənir. Bəs heç bilirsiniz bu “Qaydalar”da ASC-yə hansı səlahiyyətlər verilib etimad göstərilib???



Yazılır: “Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru: 3.1. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir:

3.1.1. satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir;

3.1.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir” və s.

Yaxşı, dövlət-ölkə başçısı bundan artıq İnam Kərimova hansı hüquqlar verməlidir ki, fermerlər min zəhmətlə becərdikləri məhsulları çölə tökməsin???

Məhsullar isə, böyük yazıçımız Mir Cəlal Paşayevin məşhur əsərində deyildiyi kimi, çölə atılır, amma alverçilərə satılıb-verilmir! Bu, əslində, Kənd Təsərrüfatı Nazirliyi mütəxəssislərinin fəaliyyətinə kütləvi etiraz və etinasızlıqdır!

***

Bizim və fermerlərin söylədikləri bu qədər. Nəticə çıxarılacaqmı, reaksiya verib köməyə gedən olacaqmı? İnanmıram... 10 km-lik yolu 30 ildə təmir etməyənlər bunu etməyə qadir görünmürlər...

Asif MƏRZİLİ

(Bakı-Ağdam-Ergi-Bakı)
//tezadlar.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru