İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                 

Nəcməddin Sadıkovdan AYIN TARİXİN SORUŞAN OLACAQ? - Görünəni odur ki...
Tarix: 16-03-2023, 11:31 | Çap et
Nəcməddin Sadıkovdan AYIN TARİXİN SORUŞAN OLACAQ?
“Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi başlayıb. Bakı Hərbi Məhkəməsinin icraatında olan, Sumqayıt Məhkəmə Kompleksində baş tutan məhkəmənin ilk iclasında çox maraqlı məqamlar üzə çıxıb.

Qeyd edək ki, bu iş üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində bir neçə icraatda aparılır. İstintaqlar başa çatdıqca ayrı-ayrı qruplar şəklində məhkəməyə göndərilir. Bakı Hərbi Məhkəməsinə artıq istintaqı başa çatmış üç qrupun işi göndərilib və hakim icraatlarına verilib. Martın 14-də hazırlıq iclası keçirilən proses 4 nəfər müttəhimin üzərində qurulub: N saylı hərbi hissənin hərbi qulluqçuları Rüstəm Ələsgərov, Ramil Qarayev, Vüsal Ələsgərov, Rəşid Niftəliyevin. Onlar Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və 128-ci maddələrinin müxtəlif hissələriylə ittiham olunurlar.

Zərərçəkənlər, dəhşətli işgəncələrə məruz qalanlar isə prosesdə od püskürüblər.

Zərərçəkən Rəfail Emçiyev vəsatətində göstərib ki, təqsirləndirilən şəxslərə verilmiş maddələr ağırlaşdırılmalıdır. Vəsatətdə dəhşətli cinayətlərin təşkilatçılarının kənarda qaldığını vurğulayıb.

Digər zərərçəkən Elmin Orucov isə vəsatət verib ki, dəhşətli işgəncələrin təşkil edildiyi korpusların rəhbərləri də cinayət məsuliyyətinə cəlb olunsun: “Bunlar işgəncə verənlərin çox az hissəsidir. Bu iş üzrə istintaq obyektiv və ətraflı aparılmayıb. Bu işgəncələrin təşkilatçıları azadlıqdadır. Bəkir Orucovu tutublar, ancaq işgəncələrin verildiyi korpusların komandirləri Mais Bərxudarov, Hikmət Həsənov məsuliyyətə cəlb olunmayıb, dindirilməyib, üzləşdirilməyib. Bu cinayət işi tam araşdırılmayıb”.

2 məşhur generalın ilk məhkəmə iclasında adlarının hallanması, özü də məhz işgəncələrə məruz qalmış şəxslər tərəfindən buna dair vəsatətlərin verilməsi onu göstərir ki, prosesin gedişində çox böyük məsələlər, ittihamlar, faktlar səslənə bilər.

Bir vaxtlar hərbi prokuror Xanlar Vəliyev “Tərtər işi”ni təkzib edirdi, hər hansı işgəncənin olmadığını deyirdi. Ancaq Prezidentin tapşırığı ilə bu iş nəzarətə alındıqdan, istintaq yeniləndikdən sonra Xanlar Vəliyev özü etiraf etdi ki, işgəncə faktları olub...

Bir çox hərbçilər isə iddia edir ki, bu işə görə Xanlar Vəliyev özü və onun müavini Şəfaət İmranov da ciddi məsuliyyət daşıyırlar, onlar da istefaya göndərilməli və məsuliyyətə cəlb olunmalıdırlar.

İlk iclasda bu faktlar zərərçəkənlər tərəfindən açıqlanırsa, deməli, məhkəmə istintaqı zamanı işgəncə vermiş şəxslər, həbs olunmuş general Bəkir Orucov işin arxasında nələrin və kimlərin dayandığını açıqlaya da bilərlər. Bu proses bütün hallarda Azərbaycan Ordusunun nüfuzdan salınmasına yönəlmiş və 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra icra edilmiş proses kimi qiymətləndirilir.

Hər bir halda, qarşıda sürpriz faktlar, isimlər açıqlana və izlər gedib birbaşa Nəcməddin Sadıqova çıxa bilər. Eyni zamanda bu proses bəzi iri məmurların da sonunu gətirə bilər. Kimlərin? Ekspertlər ilk məhkəmə iclasından sonra hansı qənaətə gəliblər? Bu işi dərindən araşdırmağa məhkəmələr cəsarət edəcəkmi?

DİA.AZ-ın məlumatına görə, tanınmış hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, “Tərtər işi” Azərbaycan naminə tam, hərtərəfli və obyektiv araşdırılmalıdır:

““Tərtər işi”ni planlayıb həyata keçirənlərin bir məqsədi olub - Azərbaycan Ordusunun döyüş qabiliyyətini aşağı endirmək, mübarizə ruhunu məhv etmək! Hərbçilərimiz ölümü seçiblər, amma təslim olmayıblar. Əgər onlar təslim olsaydılar, onlara işgəncə verənlərin diqtəsi ilə hərəkət etsəydilər, bəlkə də 44 günlük müharibənin nəticəsi başqa cür olardı. Ona görə də “Tərtər işi”nin istintaqını aparan, bu iş üzrə qərar qəbul edən hər kəs tutduğu vəzifədən azad edilərək istintaqa cəlb olunmalıdır. Bu gün bu işin alayarımçıq aparılması, icraçıların həbsi ilə məsələnin ört-basdır edilməsinə yol vermək olmaz. Bu iş Azərbaycanın gələcəyi üçün obyektiv istintaq olunmalıdır. Əks halda, bizi daha böyük bəlalar gözləyir. Bu gün Azərbaycan Ordusuna qarşı edilmiş cinayətə görə 1 nəfərin belə cəzasız qalmasına yol vermək olmaz. Bu işdə adı keçən vəzifəlilər - Nəcməddin Sadıkov başda olmaqla, hər kəs tutulub ən ağır cəzaya çatdırılmalıdır".

Hərbi ekspert deyir ki, “Tərtər işi” ilə bağlı Baş Prokurorluğun həbs etdiyi Müdafiə Nazirliyinin generalı Bəkir Orucov Azərbaycan Ordusuna qarşı düzənlənmiş cinayətin icraçılarından biridir:

“Bu iş üzrə istintaqı aparan müstəntiqlər, ittiham aktını təsdiqləmiş prokuror, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevdən tutmuş bu işlər üzrə hökm çıxarmış hakimlər, Ali Məhkəməyə qədər işə baxmış hər bir hakim, Ramiz Rzayev məsuliyyət daşıyır. Hər biri də istintaqa cəlb edilməklə məhkum olunmalıdır. Çünki onlar qanunları əsas götürmək əvəzinə sifariş yerinə yetiriblər. Nəticədə Azərbaycan üçün canı, qanı ilə döyüşmüş hərbçilərimizin qanunsuz olaraq, ədalətsiz olaraq, heç bir dəlil-sübut olmadan, sırf sifarişlə ən ağır cəzaya çatdırılmasında birbaşa iştirak ediblər. Həmin müstəntiqləri, prokurorları, hakimləri təcili şəkildə vəzifələrindən azad edib istintaqa cəlb etmək vacibdir. Qoy desinlər ki, onlara sifarişləri, qanunsuz göstərişləri kimlər verib. Bu işin başında dayananların hər biri ifşa olunmalıdır. Azərbaycan xalqı ona qənim kəsilən cəlladları tanımalıdır. Bəkir Orucov bu cinayətdə aşağı cərgədə dayanan, icraçı olan biridir. O, hələ Beyləqanda 2-ci korpusun qərargah rəisi olanda orada işgəncə məkanı qurub. İşgəncə verənləri ora gətiriblər. 90-a yaxın hərbçimizə orada işgəncə veriblər. Orada işgəncələrlə hərbçilərimizdən izahatlar alıblar. Ona görə də “Tərtər işi"ndə işgəncəyə məruz qalan hərbçilər Bəkir Orucovun adını çəkirlər. Aydın məsələdir ki, Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib. Ona korpus komandiri və ya o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov göstəriş verə bilərdi. Bu işlərin başında Nəcməddin Sadıkov dayanır, onu həbs etmədən obyektiv araşdırma aparmaq mümkün deyil. Hərbi prokuror, onun müavini də bu məsələlərdən kənarda qala bilməzlər. İlqar Quliyevin 2016-cı ildə Tərtər məhkəməsinə sədr gətirilməsi də araşdırılmalıdır. Baş verənlər onu deməyə əsas verir ki, Tərtərdə baş verən cinayətlərin gerçəkləşməsi üçün əvvəldən hazırlıq görülüb. Çünki İlqar Quliyev vaxtilə Beyləqanda hərbi məhkəmə hakimi idi. Sonradan isə mülki məhkəməyə keçirilmişdi. Tərtər hadisələrindən əvvəl İlqar Quliyev hərbi məhkəmə sisteminə qaytarılıb və Tərtər Hərbi Məhkəməsinin sədri postuna təyin olunub. Bu, təsadüf olub? Bu suala da aydınlıq gətirilməli, araşdırılmalıdır. Bu gün Bəkir Orucovun həbsi ilə kifayətlənmək olmaz. Onun həbsi Tərtər cinayətlərinin başında dayanan əsas fiqurları cəzadan yayındırmaq istəyinə xidmət etməməlidir.

Çünki bu hadisə Tərtər, Bərdə rayonlarında olan hərbi hissələrdə baş verib. Hikmət Həsənovun komandiri olduğu korpusda baş verib. Bundan əvvəl isə Beyləqan korpusunda belə hallar olub. Bəkir Orucovun həbsi də Beyləqan korpusunda baş verən işgəncələrlə bağlıdır. Aprel döyüşlərindən sonra Azərbaycan Ordusundakı böyük ruh yüksəkliyi xarici və daxili düşmənləri qorxuya saldı. Gələcəkdə erməni ordusunun Azərbaycan Ordusu qarşısında duruş gətirməyəcəyini açıq-aydın gördülər, hətta rus ordusunun da Azərbaycan Ordusu qarşısında çətinliklə üzləşəcəyini anladılar və “5-ci kolon” adlanan qüvvə bizim dövlətimizin müdafiə qüdrətinin sarsıdılması üçün hərəkətə keçdi. Azərbaycan Ordusuna qarşı bir təxribat törədildi, Beyləqan korpusunda uğurla tətbiq etdikləri ssenarini Tərtər korpusunda da tətbiq etdilər. Tərtərdə Azərbaycan Ordusuna qarşı baş verən cinayətlərə hazırlıq 2017-ci ildə Bəkir Orucovun icraçılığı ilə Beyləqan korpusunda gerçəkləşdirilib. Əslində Tərtərdə baş verənləri Ağcabədidə, Beyləqanda həyata keçirməyi planlaşdırmışdılar. Orada işgəncələr üçün xüsusi yerlər də hazırlamışdılar. Lakin bu işə Mais Bərxudarov maneçilik törədib. Düzdür, bu işlərin qarşısını da tam olaraq ala bilməyib. Çünki göstəriş Müdafiə Nazirliyindən verilib. O zaman bu işləri Bəkir Orucova həvalə ediblər. Nəcməddin Sadıkov görəndə ki, Beyləqan korpusunda Azərbaycan Ordusuna qarşı genişmiqyaslı cinayət törədə bilməyəcək, daha münasib yer olaraq 1-ci korpusu seçdi. Həmin korpusun komandiri, hazırda Ali Hərbi Məktəbə gətirib orada gözdən uzaq saxladıqları Hikmət Həsənov idi. Leytenant olduğu dövrdən Nəcməddin Sadıkovla çox yaxşı münasibətdədir, onun əmrlərini sözsüz yerinə yetirib. Onun korpus komandiri səviyyəsinə yüksəlməsində Nəcməddin Sadıkovun xüsusi rolu olub. Ona görə də Tərtərdə Nəcməddin Sadıkovun Azərbaycan Ordusuna qarşı genişmiqyaslı cinayəti baş tutdu. Bu gün Bəkir Orucovu tutmaqla istintaq kifayətlənməməlidir. Onun bu işlərdə 3-5 faiz rolu var. Qalan işlərə görə Nəcməddin Sadıkov və digər yüksək çinli vəzifə daşıyıcıları cavab verməlidir".

Hərbi ekspert çox ciddi hesab etdiyi bir məqamın da araşdırılmalı olduğunu deyib: “2016-cı il aprel döyüşlərindən sonra Müdafiə Nazirliyində iki yeni qurum yaradılıb - Hüquq İdarəsinin tərkibində Təhqiqat şöbəsi və nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsi. O zaman Təhqiqat şöbəsinin regionlarda 10-a yaxın yerli şöbəsi açıldı, həmin şöbələrə də 5-6 təhqiqatçı işə götürdülər. Həmin təhqiqatçıların vasitəsilə hərbi hissələrdə yoxlamalara başladılar. Əslində təhqiqat şöbəsinin özü böyük cinayətlərin ört-basdır edilməsi, həmin şöbə üzərindən cinayətlərin törədilməsini gerçəkləşdirmək üçün yaradılmışdı. Həmin şöbənin yaradılması hərbi hissələrdə korrupsiya və rüşvətxorluğun artmasına xidmət edirdi. Hər bir qarnizonda onsuz da 5-6 müstəntiq vardı, indi onlara təhqiqatçıları da calaq edirdilər. Hər xırda məsələni şişirdib böyük bir cinayət kimi rəsmiləşdirməklə təhqiqatçıların dolanışığını təmin etməyə girişdilər. Hərbi Prokurorluğun bu qədər əməkdaşları ola-ola, Müdafiə Nazirliyinin daxilində, Müdafiə Nazirliyinə tabe olan təhqiqat şöbəsinə ehtiyac yox idi. Tərtərdə hərbçilərimizə qarşı cinayətləri ilkin olaraq həmin təhqiqatçıların əli ilə həyata keçirdilər. Ora rəis postuna Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərovun təyin olunması da sıradan bir məsələ deyildi. Dövlətin Təhlükəsizlik Xidməti olan yerdə hər bir qurumun tərkibində təhlükəsizlik xidmətinin yaradılmasına nə ehtiyac vardı?”

Telman Əbilov deyir ki, Azərbaycan dövləti “Tərtər işi” üzrə bəraət verilmiş hərbçilərə qazi, işgəncələrlə dünyasını dəyişən hərbçilərə isə şəhid adı verməlidir:

“Bu gün "Tərtər işi"çərçivəsində məhkəmədə zərərçəkən qismində olan hərbçilərimiz respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını belə fəda etməyə hazır olan oğullardır. Onları buna görə nəcməddinsadıkovlar, onun əlaltıları olanlar işgəncələrə məruz qoyublar. İş üzrə zərər çəkmiş hərbçilərimizin hər birinə dövlət sahib çıxmalıdır. Onların özləri, ailələri ötən illər ərzində ağlasığmaz dərəcədə ağır günlərdən keçiblər. Tərtər şəhidləri olmasaydı, bu millətin başına nələr gətiriləcəyi, nə oyunlar açılacağı bilinmir. İş üzrə zərərçəkən Elçin Mətləb oğlu Quliyevin anası Validə Əhmədova ötən illər ərzində böyük əzab-əziyyətlərlə haqqın bərpa olunması üçün çalışdı. Nəhayətdə Validə ananın haqlı olduğu təsdiqləndi. Tərtərdə baş verənlər Şəmkir korpusunda da olub. Orada 8 nəfər hərbçimiz işgəncə verilməklə qanunsuz olaraq məhkum olunublar. Həmin hərbçilərimiz barəsində də bəraət hökmü çıxarılmalıdır. Vətən uğrunda vuruşanları günahsız yerə vətənə xəyanətdə ittiham edib həbs etdirənlərin özləri vətənə xəyanət ediblər. Vətən uğrunda gerçəkdən döyüşmüş hərbçilərimizi işgəncələrə məruz qoyub öldürüblər. Onlar ona görə öldürülüblər ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşa bilməsinlər. Bir çox hərbçilərimizi də buna görə şikəst ediblər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru