DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Tarix: 23-11-2024, 11:07 | Çap et
Bölgələrdə şagird sayının azalması, şagirdbaşına düşən xərcin artmasına səbəb olub. Elm və təhsil naziri Emin Əmrullayevin bununla bağlı açıqlaması müzakirəyə səbəb olub. Kənddə bir şagirdə xərclənən vəsait özəl məktəblərin bir illik təhsil haqqı qədərdir Nazir bildirib ki, elə məktəb var ki, orada 1 şagirdə düşən orta xərc 8500 manatdır. "Hazırda məsələn, Daşkəsən rayonunda 1 şagirdə düşən orta xərc Bakı şəhərində olan özəl məktəbin qiyməti qədərdir. Bu da 8500 manatdır. Amma nəticə yoxdur. Əksinə, Bakının 30-32 nəfər şagirdi olan məktəblərində daha yaxşı nəticə görürük. Önəmli olan məsələ müəllim keyfiyyətidir", - deyə Emin Əmrullayev bildirib.
Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, sinifdə bir uşaq olanda da dövlət 25 min manat xərcləyir, 30 uşaq olanda da eyni məbləğ xərclənir: "Bir uşağa 25 min manat xərcləmək olar, o halda ki, orada nəticə var. Amma bu 25 min manat yalnız sosial məsələləri həll etmək üçün həmin kəndə ötürülürsə, uşaq kənarda qalırsa, onda bu təhsil hədəfi deyil. Burada təshildən yox, başqa şeydən danışırıq ki, insanların əməkhaqqını hansı yolla ödəyək. Bizim 7 şagirdi 14 müəllimi olan, 4 sinfə 32 müəllimi olan məktəblərimiz var". Az şagirdli kənd məktəblərində təhsilin keyfiyyəti də aşağıdır Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, regionlarda bir şagirdin təhsilinə çəkilən xərc özəl məktəblərin illik təhsil haqları ilə müqayisə edilsə də, təhsilin keyfiyyəti müqayisəyə gəlinməzdir. "Nazir də qeyd edib ki, təhsilə ayrılan maliyyə vəsaitləri çox vaxt səmərəli istifadə edilmir. Bu problem təhsil sistemində daha dərindən təhlil tələb edir və onun həlli üçün ciddi struktur dəyişiklikləri həyata keçirilməlidir. Şagirdlərə çəkilən xərclərin yüksək olması bir neçə amillə bağlıdır. Birincisi, regionlarda şagird sayı az olduğundan, mövcud təhsil infrastrukturunun və müəllim heyətinin saxlanılması xərcləri şagird başına düşən orta məbləği artırır. Məsələn, hər məktəbin ayrı inzibati heyəti, texniki personalı və kommunal xərcləri var. Şagird sayı az olan məktəblərdə bu xərclər şagird başına daha çox bölüşdürülür. İkincisi, ucqar bölgələrdə müəllimlərin və digər təhsil işçilərinin cəlb olunması üçün əlavə motivasiya vasitələri, o cümlədən əməkhaqqı əlavələri tətbiq olunur ki, bu da ümumi xərcləri artırır. Bununla yanaşı, təhsilin keyfiyyəti ilə maliyyə xərcləri arasında ciddi bir uçurumun olması da diqqət çəkir. Şagirdlərin akademik göstəriciləri, xüsusilə region məktəblərində, çox vaxt ölkə üzrə orta standartlardan aşağı olur. Bu, maliyyə vəsaitlərinin effektiv istifadə edilməməsinin nəticəsidir.
İnfrastrukturun mövcudluğu, müasir avadanlıqların alınması və ya təhsil proqramlarının yenilənməsi üçün ayrılan vəsaitlər çox vaxt qeyri-səmərəli istifadə edilir və bu da nəzərdə tutulan təhsil nəticələrini vermir", - deyə Kamran Əsədov bildirib. Şagird sayı az olan kənd məktəbləri bağlanmaq təhlükəsində Ekspert deyir ki, rayon yerlərində şagird sayının azalması da təhsil sistemində əlavə problemlərə səbəb olur. Onun sözlərinə görə, demoqrafik dəyişikliklər, urbanizasiya və ailələrin daha yaxşı təhsil imkanları üçün şəhərlərə köçməsi nəticəsində kənd məktəblərində şagird sayı ilbəil azalır. Bu azalma isə bir neçə fəsad yaradır: "Şagird sayı az olan məktəblərin saxlanması səmərəli olmadığı üçün, bəzi təhsil müəssisələrinin bağlanması qaçılmaz ola bilər. Bu isə kəndlərdə təhsilə çıxışı məhdudlaşdırır və uşaqların uzaq məsafələr qət edərək təhsil almağa məcbur olmasına gətirib çıxarır. İkincisi, şagird sayının azalması müəllimlərin iş yükünü azaldır və onların əməkhaqqı mənbələrinə mənfi təsir edir. Bu isə müəllimlərin işdən çıxmasına və tədris heyətinin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər".
Həmsöhbətimiz deyir ki, bu problemlərin həlli üçün bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə, təhsil xərclərinin optimallaşdırılması vacibdir. Bu, məktəblərin birləşdirilməsi və ya resursların daha səmərəli bölüşdürülməsi şagird başına düşən xərcləri azalda bilər: "Bu məqsədlə regionlar arasında ehtiyaclara uyğun planlaşdırma aparılmalı və məktəblərin yerləşmə strategiyası yenidən nəzərdən keçirilməlidir. Bundan əlavə, rəqəmsal təhsil imkanlarının artırılması ilə ucqar bölgələrdə təhsilin əlçatanlığını artırmaq mümkündür. Müasir texnologiyaların tətbiqi şagirdlərin keyfiyyətli təhsilə çıxışını təmin etməklə yanaşı, təhsil xərclərini də azalda bilər".
Eyni zamanda, təhsilə ayrılan vəsaitlərin effektivliyini artırmaq üçün nəzarət və hesabatlılıq mexanizmləri gücləndirilməlidir. Bu, təhsil infrastrukturuna və proqramlarına yönəldilən vəsaitlərin məqsədəuyğun istifadə olunmasını təmin edər. Həmçinin, müəllimlərin səmərəli bölgüsü və onların peşəkar inkişafına daha çox diqqət yetirilməlidir. Təcrübəli və motivasiyalı müəllimlərin bölgələrə cəlb olunması şagirdlərin akademik göstəricilərinə birbaşa təsir edəcək. Rayon yerlərində şagird sayının azalmasının qarşısını almaq üçün bölgələrdə sosial və iqtisadi inkişaf tədbirləri həyata keçirilməlidir. Ailələrin kəndlərdə qalmasını təşviq etmək üçün iş imkanları artırılmalı, kənd təsərrüfatı və digər iqtisadi sahələr inkişaf etdirilməlidir. Bundan əlavə, kənd məktəblərində təhsilin keyfiyyəti artırılmalı, valideynlərin övladlarının gələcəyi ilə bağlı narahatlığı aradan qaldırılmalıdır. Bu, ailələrin şəhərlərə köç etməsinin əsas səbəblərindən birini aradan qaldıra bilər. Nəticə olaraq, rayonlarda təhsilə çəkilən xərclərin səmərəli istifadəsi və şagird sayının azalması ilə bağlı problemlərin həlli üçün kompleks yanaşma tələb olunur. Resursların optimallaşdırılması, rəqəmsal təhsilin inkişafı, müəllimlərin peşəkar inkişafı və regionların sosial-iqtisadi inkişafı bu problemlərin aradan qaldırılmasına kömək edə bilər. Təhsilin keyfiyyətini artırmaq və onun səmərəliliyini təmin etmək üçün dövlət səviyyəsində genişmiqyaslı və strateji tədbirlərin görülməsi zəruridir. Bu tədbirlər yalnız təhsil sahəsində deyil, həm də ölkənin ümumi inkişafında mühüm rol oynayacaq. Kəndlər işsizlikdən boşalır Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bölgələrdə şagird sayının azalması, kəndlərin boşalması ilə bağlıdır. Ekspert deyir ki, kəndlər boşaldıqca bu şagird sayına təsir edir. Şagird sayının azalması kənd məktəblərində maliyyə itkilərinə səbəb olur. Bununla belə İ.Orucov deyir ki, hər şagirdin təhsil almaq hüququ var. Dövlət onların bu hüququnu təmin etməyə borcludur. Ekspert deyir ki, problemi aradan qaldırmaq üçün kəndlərin boşalmasına gətirib çıxardan səbəb aradan qaldırılmalıdır.
"İnsanlar kənd yerlərində qurub yaratdıqları evin qapısını bağlayıb Bakıda kiçik evdə kirayə yaşamaqla razılaşırlar. Çünki, kənd yerlərində iş yerləri yoxdur. İnsanların şəhərə axının qarşısı alınmalıdır. Çünki, kənd yerlərində məktəblər boşalsa da, o ailələr Bakı və Abşeronda məskunlaşdıqlarından həmin ərazilərdə məktəblərdə təhsil alırlar. Bu da Bakı və Abşeronda məktəblərdə sıxlığa səbəb olur. Binə qəsəbəsində 25 min şagird var, amma məktəblər 12 min şagird tutumludur. İş orasındadır ki, Bakı ətrafında məktəb tikməyə yer də yoxdur. Regionların sosial iqtisadi inkişaf proqramları icra olunsa da, iş yerləri yoxdur. Həmçinin insanlar rahat pul qazanmağa daha çox üstünlük verirlər. Amma kəndlərdən kütləvi köçün qarşısı alınmalıdır", - deyə ekspert bildirib. Kəndlərdə məktəblər boş, Bakıda çox doludur İ.Orucov deyib ki, problemin sosial-iqtisadi səbəbləri olduğundan, kənd yerlərində məktəblərdə şagird sayının azalması təkcə Elm və Təhsil Nazirliyinin həll edəcəyi məsələdir. Bu həm də ciddi demoqrafik problemdir. Ekspert bildirir ki, kəndlərin boşalması Bakıda da məktəblərdə sıxlıq yaratdığından, kənd yerlərindən gələn uşaqların Bakıda məktəbə yerləşməsi çox vaxt çətin olur. Çünki, Bakı və Bakı ətrafında məktəblərin çoxu iki və üçnövbəli rejimdə çalışsa da, şagird sıxlığı müşahidə olunur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
|