5 dəqiqəyə 20 minin xərclənməsi... .....                     Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                     Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir” .....                     Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                     Ramil Usubovun ailəsində xoş gün .....                     Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR .....                     “Mənə pul xərcləyən adamı tapsanız...” .....                     “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” .....                     Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib .....                     “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” .....                     Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb .....                     Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ .....                     Ət kağız üstündə artır, bəs bazarda? .....                     İsrail Pezeşkianın istefasını gözləyir .....                     Ən çox sığorta haqqı toplayan .....                     Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları .....                     Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri .....                     Yeni il şənliyi bizə neçəyə başa gələcək? .....                     Tiktokerlərə hansı cəza verilə bilər? .....                     Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq .....                     Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir .....                     "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq .....                     Professordan tiktokerlərin həbsinə reaksiya: .....                 

Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Tarix: Dünən, 15:55 | Çap et
Cənubi Qafqazda yeni savaş təhlükəsi
“Biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. Ölkə başçısı qeyd edib ki, bu, fəlakətə aparan yoldur: “Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi. Bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”.

Prezident bu mesajları ilə qarşı tərəfə, Ermənistana xəbərdarlıq etmiş oldu. Və bildirdi ki, əgər rəsmi İrəvan sülhü yox, təxribatı, yeni eskalasiyanı seçərsə, bu, Ermənistan üçün növbəti fəlakət deməkdir. Bundan Ermənistan hakimiyyəti dərs çıxaracaqmı?

AYNA-nın mövzu ilə bağlı suallarını hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov cavablandırıb. Ekspert bildirib ki, İrəvandakılar bu mesajlardan yaxşı dərs çıxarmalı və acınacaqlı vəziyyətə düşməmək üçün havadarlarının diktəsi ilə yox, real vəziyyəti nəzərə almaqla addımlar atmalıdırlar:

- Cənab Prezident müsahibəsində Ermənistana da, ona havadarlıq edən qüvvələrə də mesajını çatdırdı, Azərbaycan dövlətinin mövqeyini açıqladı. Bu gün Azərbaycanın xarici siyasət prioritetləri bəllidir. Rəsmi Bakı bölgədə sülhün və əmin-amanlığın tərəfdarıdır. Düşünürəm ki, Prezidentin dedikləri aydın və konkretdir. Təbii ki, bu mesajlar hədəfə çatdı. Artıq bu mesajlardan nəticə çıxarmaq, addımlar atmaq Ermənistana aiddir. Azərbaycanın sülh siyasəti düzgün qiymətləndirilməlidir. Bəllidir ki, Azərbaycan qonşularına, bölgəyə heç bir təhlükə yaratmır. Xüsusilə, Azərbaycanın heç bir ölkəyə ərazi uiddiası yoxdur və bu mövqe açıqdır. Bu gün Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edən Ermənistandır və bu ölkənin Konstitusiyasında ərazi iddialarını rəsmi şəkildə bəyan edir. Azərbaycanın milli maraqları var və bu maraqlar beynəlxalq hüquq çərçivəsindədir. Prezident bildirdi ki, Azərbaycan öz milli maraqlarını təmin edəcək.

- Söhbət hərbi müdafiədən gedir?

- Bizim maraqlarımız sülhlə bağlıdır. Azərbaycan normal münasibətlərin qurulmasında, sülh və sabitlikdə maraqlıdır və dəfələrlə bu, bəyan edilib. Amma sülhə Ermənistanın atdığı addımlar mane olur. Məsələn, Ermənistan Konstitusiyasında niyə dəyişiklik etmir? Ərazi iddialarına niyə son qoymur? Yaxud da, üçüncü qüvvələrin hərbçilərini mülki missiya adı altında Azərbaycanla sərhədə yerləşdirməkdə maraq nədir? Əgər İrəvan sülh istəyirsə, o zaman bu addımları atmamalıdır və qalib tərəf olan Azərbaycanın şərtlərini qəbul etməlidir. Lakin Ermənistan faktiki olaraq, silahlanma ilə məşğuldur. Havadarları da Ermənistanı silahlandırır. Çünki həmin qüvvələr, regionda maraqları toqquşan güclər Cənubi Qafqazda görünür ki, sabitliyi istəmirlər. Ermənistanın silahlanması bölgənin təhlükəsizliyinə təhdid törədən amildir.

Nəzərə almaq lazımdır ki, qarşı tərəf revanşa hazırlaşdığını nümayiş etdirir. Ermənistanın silahlanması yenidən hansısa təxribata əl atacağını istisna etmir. Biz anlayırıq ki, atəşkəs müharibənin olmayacağına zəmanət vermir. Faktiki olaraq, sülh sazişi imzalanmayıb və bunun da günahkarı, səbəbkarı məhz Ermənistandır. Ermənistanın bu gün aldığı silahlar müdafiə yox, hücum xarakterli silahlardır. Ona görə də, Azərbaycan hər an qarşı tərəfin təxribatlarına hazır olmalıdır və layiqli cavabını verməlidir.

- Prezident mesajında “tab gətirməyəcəklər” ifadəsini işlətdi. Bu ifadənin mahiyyəti nədir?

- Ali Baş Komandan mesaj verdi ki, təxribata əl atsalar, ağır şəkildə cavabını alacaqlar. Ölkə başçısı Azərbaycan Ordusunun gücünü bir daha xatırlatdı. Qeyd edim ki, İkinci Qarabağ müharibəsindən əvvəl də Ali Baş Komandan Ermənistana xəbərdarlıqlarını etmişdi. Dəfələrlə bildirmişdi ki, İrəvan sülhə gəlməlidir, əks halda, hərbi yolla Azərbaycan ərazilərini işğaldan azad edəcək. Aprel döyüşləri Ermənistan üçün bir siqnal idi. Amma Ermənistanın əvvəlki də, indiki hakimiyyəti də bu mesajlardan, xəbərdarlıqlardan nəticə çıxarmadılar. Sonda nəticə bəllidir: 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi, topraqlarını işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ermənistan indi yenə silahlanır, havadarlarının diktəsi ilə bölgədə gərginliyin artmasına xidmət edən addımlar atır. Bakıdan isə mesaj verilir ki, bu silahlanma dayanmalıdır, bu revanş meylləri aradan qalxmalıdır. Yoxsa nəticəsi yenə Ermənistan üçün ağır olacaq. Cənab Prezident “tab gətirməyəcəklər” dedikdə onu nəzərdə tutur ki, Ermənistan havadarlarının diktəsi ilə təxribata əl atmasın. Açıq şəkildə bildirildi ki, Ermənistanı silahlandıranlar sonradan bu dövlətə kömək edə bilməyəcəklər.

Bilirsiniz, hər bir ölkə silah ala bilər və bu, təbiidir. Qonşularına ərazi iddiası olmayan ölkə niyə hücum silahı almalıdır? Müdafiə silahları alsaydılar, bu, bəlkə də anlaşılardı. Amma Ermənistan hücum silahları ilə silahlanır. Burada məqsəd aydındır.

Hesab edirəm ki, Ermənistan odla oynamamalıdır, silahlanmanı dayandırmalı, sülh sazişini imzalamaqdan yayınmaq üçün bəhanələrinə son qoymalıdır. Sülh sazişinin imzalanması, onun dayanıqlı olması üçün İrəvan addımlar atmalıdır, silahlanmanı dayandırmalıdır. Yalnız bu, regionun sabitliyinə, bölgədə əmin-amanlığın yaranmasına xidmət edə bilər. Bu, həmçinin Ermənistanın, erməni xalqının xeyirinədir. Bunları nəzərə almalı olan erməni rəhbərliyi iradə nümayiş etdirməlidir. Ermənistan rəhbərliyi öz dövlətlərinin maraqlarını xarici havadarlarının maraqlarına qurban verməməlidir. Məntiqli davranış nümayiş etdirməli olan Ermənistan tərəfidir. Yenə deyirəm, Azərbaycanın şərtləri var və bunlar kifayət qədər ədalətli şərtlərdir. Əgər 4 il bundan qabaq Ermənistan bu şərtlərlə razılaşsaydı, indi regionun çiçəklənməsinin şahidi idik. Təəssüf ki, Ermənistan rəhbərliyi bunu etmədi və indi də etməməkdədir. Əksinə, təxribatçı addımlar atılır ki, bu, Ermənistan üçün növbəti fəlakət olar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Bu gün, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Bu gün, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Bu gün, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Bu gün, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Bu gün, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Bu gün, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Bu gün, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Bu gün, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Bu gün, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Bu gün, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Bu gün, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Bu gün, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Bu gün, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Bu gün, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Bu gün, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Bu gün, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Bu gün, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Bu gün, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Bu gün, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Bu gün, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Bu gün, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Bu gün, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Bu gün, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Bu gün, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Bu gün, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Bu gün, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Bu gün, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Bu gün, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Bu gün, 15:13
Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Bu gün, 15:09
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Bu gün, 15:07
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Bu gün, 15:05
Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Bu gün, 15:02
Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Bu gün, 14:59
Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Bu gün, 14:58
Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
"Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Bu gün, 13:58
Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Bu gün, 13:28
SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:07
Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Bu gün, 13:05
Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Bu gün, 13:02
"Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 13:00
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Bu gün, 12:45
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
İlhamə Elşadqızı saxlanılıb
Bu gün, 12:37
"Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" - RƏY
Bu gün, 12:33
Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 12:29
Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş - Tiktokerlərlə bağlı ŞOK MƏLUMATLAR
Bu gün, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru