"Bu günlərdə TƏBİB rəhbərinin açıqlamasını oxumuşdum ki; “Təcili Tibbi Yardımın ünvana gecikməsi ilə bağlı şikayətlər azalıb.” Vüqar müəllimin deyəsən reallıqdan xəbəri yoxdur..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Ələsgər Süleymanov qeyd edib. O daha sonra əlavə edib: "Təcili Yardıma zəng edib düşmək 20 dəqiqəmi aldı. Çağırışı etdim, dedim briqada əlaqə saxlasın ünvanı izah edim.
40 dəqiqə səs-soraq olmadı.
Yenidən yığdım, 30 dəqiqəyə güclə düşdüm. Məlum oldu ki, briqada heç çıxmayıb. Növbə varmış, çağırış çoxmuş.