Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Tarix: 4-01-2025, 10:09 |
Çap et
"Ümid edirik, Şəkidəki meşə qırğınlarına hüquq mühafizə orqanlarının göstərdiyi ciddiyət Haftonidə məhv edilmiş unikal Hirkan meşəsinə də şamil ediləcək ilk fürsətdə..." "DİA-AZ" xəbər verir ki, bu ifadələr sakinlər adından edilən müraciətdə yer alıb.
Qeyd edək ki, Haftonidəki yaşıllığın məhvi hər zaman aktual olub.
Məhz burada sakinlərin apardığı mübarizə nəticəsində ölkədə meşələrin kürünməsi prosesinə birdəfəlik son qoyuldu. O vaxtı bu əraziyə (100 hektar) birləşik 46 hektar meşəlik ərazidə "Beta" çay şirkəti meşəni kürüyüb çay plantasiyası salmaq istəyirdi, ancaq etirazlar səbəbindən onlara imkan verilmədi və sonda bütün ölkədə bu proses dayandı və minlərlə hektar meşə kürünməkdən qorundu.
İndi də eyni prosesə start verilib deyən sakinlər daha sonra əlavə edir:
"Bu ərazidə də nəinki "meşəbərpa məqsədi ilə" icarəyə verilmiş 100 hektar meşə məhv edilmiş hətta rəsmi təsdiqini tapmış 30 hektar meşə əlavə məhv edilmiş sonradan heç bir ziyan hesablanmadan sadəcə meşəfonduna geri qaytarılmışdır.
Xahiş edirik bu məsələ də ilk fürsətdə ciddi araşdırılsın..."