İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                     Həbsdə olan idmançıların şikayəti təmin edilməyib .....                     Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi .....                 

“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Tarix: 7-01-2025, 10:23 | Çap et
“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Müəllimə Aygün Sadıq facebook səhifəsində təhsilimizin problemlərindən həm ürək yanğısı, həm də çox böyük cəsarətlə yazdığı “Bizə dəstək olun, hörmətli insanlar!” adlı yazısını elə mən də ürək ağrısı ilə oxudum. Yazını oxuduqca dəhşətə gəlirsən ki, təhsilimiz belə biabırçı bir vəziyyətlə hara gedir? Təhsilimizi belə rəzil günə salanların, müəllimi isə valideyn qarşısında belə başıaşağı edənlərin, nəticədə şagirdləri təhsildən uzaqlaşdıraraq, savadsız bir nəslin böyüməsində maraqlı olanların məqsədi nədir? Bu sualın cavabını Təhsilimizin başında oturanlar bilər...

Beləliklə, qərara gəldim ki, Aygün xanımın ürık ağrısı ilə qələmə aldığı yazısını və mənim də ona şərhimi olduğu kimi istəkli oxucularımızın diqqətinə çatdırım. Axı bu ağrılı problem Aygün müəllimənin şəxsi problemi deyil. Əgər “Gənclər bizim gələcəyimizdir” deyiriksə, o gənclərin bu günkü taleyinə biganə qalmağa mənəvi haqqımız yoxdur. İnanıram ki, çox hörmərli və vətənpərvər Aygün müəllimənin bu haqlı harayı cavabsız qalmayacaq.

***

Müəllim yazır:

-Çox şey görmüşəm 17 ildə. Nə yaxşı ki, əsəblərim dəmirdəndir və peşə fəaliyyətində məni hirsləndirmək mümkünsüzdür: istənilən hücum zamanı təbəssüm və təmkinimi qorumuşam. Hətta səsimin tonu o qədər asta olub ki, ucadan danışmaq rica edilib. Amma bunu etməmişəm. Bilirəm ki, hazırlıqlı gəlirlər: diktofon, gizli kamera... İndiyə qədər müəllim qala bilmisənsə, bir qism valideynlər səni yıxmayıblarsa, deməli, əsəbini idarə edə bilirsən. Çünki bunun imtahanını vermişik. Yadınızdadırsa, müsahibə öncəsi demişdim: nədən kəssələr də, psixologiyadan kəsə bilməyəcəklər, çünki onu ixtisasımla bərabər şəkildə, bəlkə də, ondan da çox inkişaf etdirir, yürüdürəm.

***

Təhsilə nə olub?-belə deyirlər... Batıb? Hələ bundan da pis olacaq. Nə qədər ki, səlahiyyətləri aldılar əlimizdən və valideynlərə verdilər, nə qədər ki, təhsili valideynlər idarə edir, bundan betər olacaq. Uşağa söz demək olur? Yazıq müəllim qarışır, üstünə hücum çəkirlər, qarışmır, onda da deyirlər "müəllim hara baxır?". Azzara baxır, dərdə baxır! İmkan verirsiniz ki, tərbiyə edək? Uşağınızı evdə eşşək kimi çırpır, qeyri-etik ifadələrlə böyüdür, amma məktəbdə bir az danlasaq, şığıyıb cumursunuz müəllimi döyməyə! Evdə kobudcasına hüquqları pozulan uşağın hüquqları nədənsə məktəbdə yada düşür.

Mənim işlədiyim yerdə həftədə biri gəlir üstümüzə, sanki avtoritetdir, “reket”dir. Uşağın yanında evdə müəllimin əleyhinə danışıqlar gedir. Məktəbdə də döyməyə gələndə uşaqların yanında, göz önündə edirlər təhqiri. Uşağı öyrədib göndərirlər, “onu de, bunu de, qorxma, arxandayam, qızışdır onu, çalış vursun, qalanını özün düz-qoş elə, iz qalsın, videoya çək, tamamdır”.

Elə bil xalq düşmənidir müəllim. Bu insanlarda, uşağına savad öyrədənə qarşı bu qədər kin, bu qədər aqressiya, bu qədər nifrət hardandır?

Sual verirəm: bu hücumun səbəbi nədir? Cahillərə bu cəsarəti verən nədir? Özüm də cavab verirəm: arxasızlıq, yiyəsizlik. Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır. Bizi o qədər qeyri-ciddi görürlər ki, heç klinikamız belə yoxdur: Onun-bunun klinikalarında o bu üstümüzə çımxıra-çımxıra, hamı itələyə-itələyə, məzlumcasına növbə gözləyə-gözləyə qalırıq. Bir çox qurumların ayrıca klinikaları var. Bəs niyə Təhsil Nazirliyinin və bu qədər müəllim ordusunun ayrıca kilinikası, hospitalı olmasın?

***

Çox çətindir müəllim olmaq. Hər hərfini, hər vergülünü gözləyirlər ki, şərləsinlər. Hər an hər şey edə bilərlər və adekvat davranmaqdan adam yorulur. Valideyni çağırırsan ki, uşağın dərsinə gəl, otur; gəlməz. Evdən durub əmr, ultimatum göndərər: "Onu elə etmə, belə et, dərsi bu cür keçmə, mən istəmirəm. “Vapşe” sən dərs keçmə mənim uşağıma! İttəmiləm".

Tapşırıq verirsən, valideyn qorxusundan qalırsan belə. Çox tapşırıq verəndə də cumur, az verəndə də cumur. Eyni adam!

Deyir, uşağın gündəliyinə qiyməti niyə rəqəmlə yazmırsan? İzah edirəm ki, başa düşürəm, hər kəs uşağının gündəliyində konkret rəqəm görmək istəyər və bu, bizə də asandır, qiymətləndirmə vaxt aparmır; amma rəqəmlə yazmağa icazəmiz yoxdur, ən mənfi nəticəni belə, müsbətə yönəlik və konkret cümlə şəklində, inkar şəkilçisi işlətmədən yazmağımız lazımdır, qayda belədir. Yola gəlmir. Qalırıq təlimatlarla valideyn arasında. Onun istədiyini etsək, qanunu pozmuş oluruq, etməsək, vəssalam, hücum.

Dərsi sovet üsulunda tələb edir, buna isə ixtiyarımız yox; onların əmrinə əməl etməyəndə ərli-arvadlı hücum başlayır. Dərsində oturmağa gəlmirlər. Amma əmr verməyə biri bəs etmir, acıq verir kimi ər-arvad bir yerdə gəlirlər üstümüzə. Yəni, "sən tək qadınsan, biz cüt, mutlu, nə edə bilərsən bizə?!". Bunun psixoloji tərəfini kim düşünəcək? Heç kim!...

Bəli, valideyn aşkar şəkildə müdaxilə edir işimizə. Onlar, çağıranda gəlmir, iclasa ən lazımlı valideynlər gəlmir, gələndə uşağının dərsi ilə maraqlanmağa yox, bizdə səhv axtarmağa, bizlə döyüşməyə, vuruşmağa gəlirlər.

***

Cəmiyyət müəlliminə dəyər verilən gün dirçələcək. Bizə fərqi yoxdur, həqarətlərə, hücumlara, böhtana öyrəncəliyik. Biz öz işimizi vicdanla görürük. Məhv olan sizsiniz, sizin gələcəyinizdir, sizin həyatınızdır, sizin cəmiyyətdir.

***

P.S. Özü də ki, gizli baxmaqdansa, bir fayda verməyə çalışın. Biz terrorçu deyilik ki, güdəsiniz. Uşağınızı bilmədən, tanımadan, tərəddüdsüz əmanət etdiyiniz yeganə insanlarıq... Biz müsbətə yönəlik insanlarıq. İşimiz zərər vermək yox, təlim vermək, təhsil verməkdir. Sadə vətəndaşlar bizi dəstəkləsə, inanın, çox şey dəyişər. Bizə dəstək olun, hörmətli insanlar! Biz ayın sonunda maaşı gözləyib pul üçün yaşayan biriləri deyilik, ən aşağı maaşla keçib gəncliyimiz, amma heç dəyişmədik. Uşağınız qəbul olunanda maaşımız artmır, "2" yazanda maaşımız azalmır; uşağınız aşağı qiymət alanda düşməncəsinə sevinmirik, əksinə, onlar qədər üzülürük; uşağınız işə girəndə, o qazanıb biz yeməyəcəyik, onların mənfəətindən bəhrələnən siz olacaqsınız. Bizə dəstək olun, hörmətli insanlar!

***

Hörmətli Aygün xanım, bütün bu yazdıqlarınızı oxuyandan sonra qərara gəldim ki, siz bu dünyada əsl cəhənnəm əzabı yaşayırsınız. 2015-ci ildən mənim məktəbli övladım yoxdur. Yazdıqlarınızı oxuyandan sonra isə, dəhşətə gəldim ki, yəni doğrudanmı müqəddəs saydığımız müəllim peşəsini və müəllimi bu qədər alçaltmaq olar? Bunun səbəbini də çox gözəl göstərmisiniz.Yəni, arxanızda duran yoxdur...

Aygün xanım, İtalyan yazıçısı və rəssamı Covanni Bokkaçonun belə bir kəlamı var: "Dərdli adama acımaq, təsəlli vermək, insana aid xüsusiyyətdir. Lakin biz onu o adamlardan gözləyirik ki, onun özünün də nə vaxtsa təsəlliyə ehtiyacı olmuş olsun".

Hörmətli Aygün xanım, Emin Əmrullayev də daxil olmaqla, son illər təhsilə rəhbərlik edən hansı nazir əlinə jurnal alıb, bircə dəfə də olsun sinfə girərək, heç olmasa 45 dəqiqə dərs deyib? Misir müəllimdən başqa heç biri... Bununla demək istəmirəm ki, Misir Mərdanov yaxşı nazir idi. Hər-halda müəllim işləmişdi. Amma təhsilimizi və şagirdləri kor qoyan, bu günə qədər də mahiyyətini hələ heç kimin dəqiq bilmədiyi kurrikulumu təhsilimizə sırıyan da M.Mərdanov idi... Nə isə...

Bəli, əlinə jurnal alıb sinfə girməyən nazir, müəllimin nə çəkdiyini hardan bilsin? Bir nazir deyirsə ki, (Emin Əmrullayev) "Bizim dövrümüzdə də məktəbdə uşaqlardan pul yığılırdı", onda, əlbəttə, valideyn müəllimin yaxasından tutub silkələyəcək də... Nazir bununla məktəbin təhsil ocağı statusundan çıxıb, bazara dönməsinə şərait yaratmırmı? Bazarda da ki, hər şey sizin yazdığınız kimi olur. Yəni, ara qarışır, məzhəb itir... İndiki arxasız, dayaqsız, amalı, məqsədi millətin balalarına elm, savad öyrətmək olan sizin kimi vicdanlı müəllimlərə lap yazığım gəldi. Keçmişdə valideyn uşağını məktəbə verəndə müəllimə deyirdi ki, "əti sənin, sümüyü mənim". Bununla da demək istəyirdi ki, uşağa nə edirsən, et, təki dərs-savad öyrənsin. İndi isə valideyn uşağına görə az qala müəllimin ətini yeyir... Əcəb epoxaya düşmüşük...

Biz gələcəyimizi bəs kimə etibar edək? Savadsız bir zümrə böyüyür axı. Qocaman müəllimlər, həkimlər, mühəndislər və s. dünyasını dəyişəndən sonra, onları kim əvəz edəcək? Bunu qətiyyən düşünən yoxdur... Nə isə...

Aygün xanım, yazdıqlarınız vətənini, dövlətini sevən, vətənpərvər bir xanımın harayıdır, SOS siqnalıdır. Bu haray qurğuşun tökülmuş qulaqlara çatacaqmı? Çətin! Qalır sizin halınıza acımaq. Təhsilin problemlərini o qədər incəliyinə kimi yazmısanız ki, əlavə sözə ehtiyac yoxdur... Bircə onu deyə bilərəm ki, Allah sizin kimi, müqəddəs müəllim peşəsinin adını qoruyub saxlayan, bunun üçün hər cür səviyyəsizin sözünü götürməyə məcbur olan, amma yolundan, amalından dönməyən bir müəllimi qorusun. Bəlkə kar qulaqlar nə vaxtsa açıldı və məktəb öz əvvəlki səviyyəsinə qayıtdı. Necə deyərlər, yeməkdən ümid yaxşıdır...

Ustad şairimiz Musa Yaqub ümidlə bağlı belə yazıb:

" Ahıllar iş başında,

Tarlasını becərir.

Aşiqlərin bağında,

Tər çiçəklər cücərir...

Mənimsə heç nəyim yox,

Hər şey ötüb keçəri..

Qapını açıq qoydum,

Ümid girsin içəri".

İndi Aygün xanım, ümid qapısını açıq qoyun... Dünyanın işini bilmək olmaz... Məktəblərdəki bu biabırçı vəziyyət həmişə belə davam edə bilməz. Bir gün təhsilin də yiyəsi olacaq... Mütləq olacaq. Onda sizin kimi vicdanını pula satmayan müəllimlərə xüsusi hörmət olacaq, heykəl qoyulacaq.

Elçin MƏMMƏDLİ - tezadlar.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Bu gün, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Bu gün, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru