"Mən bu gün (ötən şənbə günü nəzərdə tutulur -red.) Nərimanov filialında olan terminalda "Leobank" kartımın balansınıa 400 manat artırmışam... Amma həmin məbləğ hələ də kartıma oturmayıb". "DİA-AZ" bildirir ki, bunu "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Səlim Abbasov adlı istfiadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra bildirir: "Əlaqə mərkəzinə müraciət etdim, qəbzi göndərdim... heç kim cavab vermədi.
Qəbzdə yazıldığı kimi, problem üçün "Unibank"ın "117" əlaqə mərkəzinə muraciət etdim və bu nömrə guya 24/7 aktivdir...
Məni təzədən yönəltdilər "Leobank"ın əlaqə mərkəzinə.
Hələ də nə məbləğ oturub kartıma, nə də ki kimsə köməklik göstərir. Bu da bunların xidməti..."