Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda pullar BELƏ TALANIR - İTTİHAM
Tarix: 24-07-2021, 09:25 | Çap et
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTBETİ) bəzi nöqsanlardan, kadr çatışmazlığından və aşkar maxinasiyalardan əziyyət çəkir. İnstitut bir neçə şəxsin süni diqtəsilə, xüsusilə ayrılan büdcə pullarının israfçılıqla xərclənib dağıdılması məqsədlərilə idarə olunur.
"Demokratik.Az"-ın əldə etdiyi özəl məlumatlara görə, institut son illər heç bir yararlı elmi tədqiqat işlərinə, aqrar sahənin inkişafına faydası olacaq geniş elmi-praktiki-nəzəri nailiyyətlərə imza atmayıb, əksinə, institutun ölkənin şəhər və rayonları üzrə özündə birləşdirdiyi təcrübə stansiyaları, çeşidli laboratoriya və şöbələr üzrə fəaliyyət formal hallar üzərində qurulub. İnstitutun idarə olunmasında qeydə alınan bəzi ağlasığmaz hallar isə öz qəribəliyi, qeyri-ənənəvi tənəzzül mütodları ilə xeyli unikal olmaqla maddi maxinasiyaları var edir. İnstitutun narazı kollektivindən saytımıza verilən məlumata görə, hökumətin və Kənd Təsərrüfatı Nazirliyinin adıkeçən elm ocağından umacağı, maddi-texniki imkanları və elmi potensialı direktor Elçin Xəlilov və ətrafı tərəfindən xeyli korruziyaya uğrayıb. Xüsusilə institutun əsas maddi xərclərində təyinatdankənar məntiqə varan addımların atılması, yalançı formal tenderlərin keçirilməsi, şəxsi mənfəətə hesablanan ezamiyyələrin rəsmiləşdirilməsi, uyğun olmayan şəxslərin işə götürülməsi diqqət çəkir.
"Demokratik.Az" bildirir ki, "BM və TB ETİ"-nin direktoru bir çox maddi maxinasiyalarını müəssisənin baş mühasibi Ulduz Məmmədovanın əli ilə həyata keçirir.
Hələlik dəqiqləşdirə bildiyimiz məlumatlardan bir neçəsini diqqətinizə çatdırırıq ki, təkcə 2019-2021-ci illər ərzində "BM və TB ETİ" ilə "RƏBUNƏ"MMC, "Çeşmə" və "Dondar" adlı MMC-lərlə, eləcə də "Uğur 2017" adlı və digər fərdi sahibkarlıq subyektlərilə aralarındakı müqavilələr əsasında ayrı-ayrı vaxtlarda "dəftərxana ləvazimatlarının satın alınması", eləcə də guya "çap işlərinin görülməsi" adları altında küllü miqdarda maddi vəsait xırıd edilib. İddiaya görə, 10 minlərlə manat vəsait sadəcə olaraq tərəflər arasında otkat edilib, bölüşdürülüb, zəruri çap işləri və təminat öhdəlikləri isə icra edilməyib. İllərlə dövlət maliyyələşməsilə sözügedən institutda dəftərxana ləvazimatlarının faktiki paylanışına rast gəlinməməsi, yeni dərci materialların ortada olmaması təsadüfə heç bənzəmir, fakt təkzibedilməzdir və sadə audit yoxlaması maddi mənimsəmələrin parlaq təzahürü ola bilər.
Baş mühasib U.Məmmədovanın iştirakı ilə müəssisədə baş qaldıran ezamiyyə maxinasiyaları da cəlbedicidir. Təsəvvür edin ki, son illərdə durmadan yalnız özünə və istədiklərinə "bahalı" ezamiyyələr yazan Ulduz Məmmədova hər ayın bir neçə gününü regiondakı dayaq məntəqələrində və təcrübə stansiyalarında keçirir. Təbii ki, xanım Məmmədovanın səfərlərinin heç bir elmi qayəsi yoxdur, O, sadəcə rayonlara ezam olunaraq pul qazanır. Məlumata görə, xanım mühasib səfərlər edib "şirinlik" və qonaqlıqlar müqabilində Təcrübə Stansiya direktorlarının maddi hesabatlarındakı əyrintilərini düzəldir, faydalı "pul sirkulyasiyası" həyata keçirir. Baş mühasibin tez-tez Beyləqanda "İmamverdinin kababxanası" deyilən məkanda rayonun TS-in rəhbərilə yeyib-içməsini də institut kollektivi bu sayaq maddi maraqlara yozur.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mexanikləşdirmə şöbəsinin müdiri Anar Məmmədovun fevral ayından bu yana öz ezamiyyə xərcini Ulduz Məmmədovadan ala bilməməsi kimi biabırçılıq da yaşanmaqdadır. Eləcə də son ilin ezamiyyə sənədlərində Anar Məmmədovun əvəzinə yerli həmkarlar təşkilatının sədri Eldar Ələsgərzadənin də adına rast gəlinməsi gülməlidir. Digər alanların isə Ulduz Məmmədovanın birokratik əngəllərinə tuş gəlmələri araşdırılmalıdır. Eləcə də institutun yeni direktor müavini Natiqə İsmayılzadəyə də baş mühasibin istəyilə "ezamiyyə xərci" kimi cəmi 5 ay içərisində 4000 (dörd min) manata yaxın pul yazılışı absurdun ötəsində bir şeydir. Maraqlıdır ki, "BM və TB ETİ"-də "ezamiyyə" məsələləri sanki şəxsi məqsədlidir, göndərişlərin ümumiyyətlə institutun qanunla tənzimlənən fəaliyyətinə aidiyyatı yoxdur. Əksini eşitmək maraqlı olardı, son illərdəki ezamiyyələrin maddi israfçılıqdan savayı Kənd Təsərrüfatı Nazirliyinə və sözügedən elm müəssisəsinə hansısa bir faydası toxunubmu?
Xüsusi imtiyazlı şəxsə çevrilib istədiyi məsələdə direktorun adından qərarlar qəbul edən baş mühasibin yarıtmaz fəaliyyəti maddi maxinasiyalarla da məhdudlaşmır. Aldığımız məlumatlarda o da qeyd olunur ki, Ulduz Məmmədova kadr məsələlərində də aktiv rol alır, kimi istəsə Bitki Mühafizə institutundan qovur, kimi istərir işə "götürür". Misal üçün, o öz yaxın rəfiqəsi Mənsurə Məmmədovanın qeyri-ixtisaslı olsa da mühasibatlıqda - öz yanında işə götürülməsini təmin edə bilib. Ən maraqlısı, institutun direktoru baş mühasibin təkidinə boyun əyərək həmin Mənsurə Məmmədovanın orta təhsili belə olmayan bacısı qızı Nazı Məmmədovanı da institutda laborant ştatı üzrə işə alıb.
Hələlik bu qədər.., amma indidən nəzərə alın ki, Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin xüsusi diqqət mərkəzindədir. Yoxsa, bu Ulduz Məmmədova mühasibatlığa özünə yaxın adamlarını cəmləməklə etdiyi maxinasiyaları maksimum "gizli" saxlamağa çalışması bir yana, KT nazirliyinin aparat rəhbəri Rafayıl Quliyevlə dostluğu üstün tutmazdı. İddialara inansaq, baş mühasibin ən böyük dayağı əslində direktoru deyil, elə KT nazirliyinin aparat rəhbəri Rafayıl Quliyevdir - niyə?, nə üçün? - cavablar bizim üçün də ayrıca bir təfərrüat!
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda nazirliyin aparat rəhbərini baş mühasibin dilindən "Rafoş" deyə çağırırlar. Bunun NİYƏSİ barədə də yazacam, amma hörmətli Kənd Təsərrüfatı nazir cənab İnam Kərimov da yaxşı olardı ki, yuxarıda yazılanların araşdırılmasına bir vaxt ayıra... Yazıda adları çəkilən hər kəsin söz haqqına hörmətlə yanaşırıq! Demokratik.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|