Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

ABUTALIBOVUN DA “QAPISI DÖYÜLÜR”? – Danışması və xidmətlərini xatırlatması təsadüfidirmi?
Tarix: 1-04-2021, 09:42 | Çap et
ABUTALIBOVUN DA “QAPISI DÖYÜLÜR”?
Xüsusi təqdimata ehtiyacı olmayan Hacıbala Abutalıbovun mətbuata son müsahibəsi bəzi maraqlı məqamlarıyla seçilməklə yanaşı, müəyyən suallar da yaratdı. Bu sualların ən əsasları Abutalıbovun niyə məhz indi “üzə çıxması”, növbəti dəfə Heydər Əliyevə sədaqəti, xidmətləri, ailəsindəki vəziyyət və nəhayət, övladlarının işilə bağlı danışmasıdır.

Abutalıbov müsahibəsində övladlarının biznesinə toxunur və “ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işilə, əməyilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir” deyir.

Əvvala, Azərbaycanda nədənsə məhz iri məmur övladlarının uğurlu iş adamı olması adi hal alıb və bu şəxslərin ilkin kapitalı haradan alması, qısa müddətdə necə milyonçuya çevrilməsi barədə onlara sual verən olmur.

Ancaq indi əsas məsələ bu yox, Abutalıbovun öz övladlarının imkanlarını mümkün qədər kiçik göstərməsi, onların fəaliyyətini, biznesini sadəcə, “çörək qazanmaq” kimi təqdim etməsi, özününsə dəbdəbədən, var-dövlətdən, az qala dünya malından uzaq, ruhani şəxslərə aid həyat yaşaması görüntüsü yaratmasıdır. Lakin hər kəs gözəl başa düşür ki, bu “çörəyin” “mayası” Abutalıbov tərəfindən 5 il Suraxanı rayonunun icra başçısı, 18 ilə yaxın isə Bakının meri olduğu vaxtlarda məlum vasitələrlə yoğrulub.

Hamı bilir ki, məhz onun rəhbərliyi dövründə Suraxanı rayonu, sonradan isə bütün Bakı ərazisində torpaqlar qarış-qarış satılmağa başladı, tikintiyə razılıq sənədləri başda olmaqla, istənilən sənəd və arayışların verilməsi, tenderlər, dövlət satınalmaları və s. əsl pulkəsən maşına çevrildi. Nəticədə, BŞİH, böyük bir torpaq alqı-satqısı kontoru, “makler köşkü”, “korrupsiya yuvası”na döndü.

Və bütün bunlardan sonra hələ Hacıbala Abutalıbov müsahibəsində jurnalistin “niyə gözə görünmürdünüz” mənasını verən sualına cavabında deyir: “İstədim ki, bir az tək qalım. Özüm özümü başa düşüm ki, mən kiməm.”

Doğrusu, Abutalıbov bu sualı özünə yox, hansısa sənədi almaq üçün aylarla, illərlə BŞİH-in və ona tabe olan digər qurumların qapılarında qalan, bu qurumun qanunsuzluqları, özbaşınalıqlarıyla üzləşən, rüşvət verməsə heç bir işi ötüşməyən və digər haqsızlıqlarla qarşılaşan, rüşvət qarşılığında Bakının qarış-qarış satılmasına, şəhərin nizamsız, səliqəsiz, qanunsuz tikililərlə doldurulmasına baxıb içi yanan vətəndaşa, sahibkara versə, daha yaxşı olar. Onlar Abutalıbova onun kim olduğunu başa salar, daha yaxşı izah edərlər...

Müsahibədəki əsas məqsədə gəlincə, adətən, belə müsahibələr təsadüfən verilmir və mütləq nəyəsə hesablanır. Buna qədər Abutalıbov xeyli müddət idi ki, mətbuatdan uzaq dururdu. Onu da qeyd edək ki, son qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da var. Özü də onun adı İdarə Heyətindən çıxarılmaqla yanaşı, heç yeni yaradılan Veteranlar Şurasına da salınmadı. Bu, hakimiyyətdə ona olan münasibətin təzahürü sayıla bilər.

Digər yandan Səlim Müslümovun həbsi, Ramiz Mehdiyev, Ziya Məmmədov və digərləri daxil olmaqla, sabiq iri məmurların “silkələnməsinə” dair yayılan məlumatlar Abutalıbovu da narahat etməmiş deyil. Onun da qapısının döyüləcəyini və ya artıq döyüldüyünü istisna etmək olmaz. Bu baxımdan sabiq merin olduqca ehtiyatlı, sentimental, hakimiyyətə və Heydər Əliyevə sədaqətinin, eləcə də onun Abutalıbov barədə vaxtilə dediklərinin xüsusi qabardıldığı müsahibəni təsadüfi saymaq olmur. Çünki necə deyərlər, arif adam sabiq merin müsahibədə hakimiyyətə hansı mesajlar verdiyini dərhal görür...

Ümumiyyətlə, əgər diqqətlə baxsaq, Ramiz Mehdiyev başda olmaqla, “sabiqlər” hər imkanda hakimiyyətə sədaqətlərindən və xidmətlərindən bəhs edirlər. Ancaq nədənsə xalqdan, dövlətdən oğurladıqlarından və özlərinə, övladlarına qurduqları biznesdən, səltənətdən danışmağı sevmirlər. Çünki bu var-dövlətin qismən də olsa onların əlindən alınması ehtimalı var.

Elə Abutalıbov da bu təhlükəni yaşayanlar sırasındadır. Odur ki, tez-tez kövrələrək verdiyi həmin müsahibəni sadəcə qocalıq, sentimentallıq, həyatın faniliyini dərk etmə və sairdən çox “özünüqoruma instinktinin” təzahürü saymaq daha doğru olar.
“AzPolitika.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru