“Bələdiyyə sədri atasıyla birlikdə şəhidin adından sui-istifadə edərək torpaq satır” - Cəlilabadda NARAZILIQ
Tarix: 6-04-2021, 08:59 | Çap et
Cəlilabad rayon Muğan kənd sakini, Vətən müharibəsi şəhidi Həsən Dəmirovun ailəsi kəndin bələdiyyə sədri Vasif Həsənov və onun atası Rasif Həsənovdan şikayətçidir. Şəhidin qardaşı Xaqani Dəmirov Moderator.az-a şikayəti zamanı bildirib ki, o Muğan bələdiyyəsi tərəfindən təhqir olunub. X.Dəmirov deyib ki, o, şəhid qardaşının adını əbədiləşdirmək üçün kəndin girişində öz vəsaiti hesabına şəhid bulağı tikdirib:
“Kəndimizin girişində şəhid qardaşımın adını əbədiləşdirmək üçün Şəhid bulağı tikdirdim. Onda Vasif Həsənov bələdiyyə sədri işləmirdi. İndi isə onun bələdiyyədə mühasib işləyən atası Rasif Həsənov məni hədələyərək bildirir ki, sən kimsən ki, bizdən icazəsiz kənddə şəhid bulağı tikdirmisən. Mən bu bulağı tikdirmək üçün ilk öncə Cəlilabad rayon İcra Hakimiyyətindən icazə almışam. Görün nə qədər özbaşınalıqdır ki, kənd bələdiyyəsi rayon İcra Hakimiyyətinin icazəsini belə saymır”. Şəhidin qardaşı deyib ki, bələdiyyə sədri kəndin şəhidlərinin adından sui-istifadə edərək torpaq satışıyla məşğuldur, onun bu çirkin əməli ifşa olunmalı və rayon rəhbərliyi tərəfindən cəzalandırılamıdır: “Şəhid bulağının ətrafına torpaq tökdürmək üçün İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyevlə görüşüb xahiş etdim. Yaşar müəllim dərhal bələdiyyə sədri Vasif Həsənovu çağırıb tapşırıq verdi ki, şəhidin bulağının ətrafına torpaq tökün. V.Həsənov mənə dedi ki, “torpaq gətirməyə traktor var, amma “Kamaz” yoxdur”. Dedim ki, “Kamaz” gətizdirin pulunu mən verəcəm. Mən sonra V.Həsənova zəng vurdum dedi ki, “gözlə, bir azdan torpaq gətirəcəyik”. Gedib Şəhid bulağında gözləsəm də torpaq gətirən olmadı. Əsəbimdən evimə getdim. Bir neçə saat sonra geri qayıdıb gördüm ki, bulağın yanına bir “Kamaz” torpaq töküblər. Yenə zəng vurdum və V.Həsənov dedi ki, “indi ikinci “Kamaz” da gəlir”. Mən də dedim ki, torpağı yayarsınız. İkinci “Kamaz” torpaq gələndən sonra gördüm ki, torpağı yaymadılar. V.Həsənova yenidən zəng vurdum dedi ki, “mən evimdəyəm”, amma yanında traktor səsi gəldiyini eşidirdim. Mən dərhal kəndimizdə “Sarıqaya” deyilən əraziyə gedəndə şoka düşdüm. Gördüm ki, ordan torpağı “Kamaz”lara doldurub satırlar”.
Şəhid qardaşı deyir ki, bələdiyyə sədrindən torpağı hara daşıtdırdığını soruşanda dedi ki, məni aldadaraq dedi ki, digər şəhid ailəsinə göndəririk: “Soruşanda ki, bu torpaqlar hara gedir? V.Həsənov dedi ki, “bu torpağı da şəhid Tural Rəhimovgilə göndəririk”. Şəhidin adını çəkdiyi üçün ona inandım. Bələdiyyə sədrinin atası Rasif Həsənov isə başladı mənimlə mübahisə etməyə. Dedi ki, “sən səbirsizsən”. Mən də dedim ki, o gündən bəri deyirdim baxmırdınız, amma Yaşar müəllim deyəndən sonra torpaq verdiniz. R.Həsənov mənə cavabında dedi ki, “Nə olub e, tək elə sən şəhid ailəsisən? Mən özüm də şəhid ailəsiyəm”. Dedim ki, sən Vətən üçün oğul vermisən? Sənin oğlun burda yanında dayanıb. R.Həsənov dedi ki, “atam Sovet dövründə müharibədə həlak olub”. Biz şəhid T.Rəhimovgilə getdik və atası Arif müəllim dedi ki, “bizə torpaq gətirən olmayıb”. Biz “Kamaz”ları izləyəndən sonra məlum oldu ki, sən demə bələdiyyə sədri və atası şəhid qardaşlarımızın adından istifadə edərək torpağı kənddə müəyyən adamlara satır. Biz o adamların adlarına kimi bilirik”.
X.Dəmirov deyir ki, bundan sonra R.Həsənov onu hədələyib və deyib ki, kimə istəyirsən şikayət et, mənə heç kim, heç nə edə bilməz: “Dedim ki, Rasif müəllim, bir qrup yığılmısınız ancaq özünüzə işləyirsiniz, şəhid yadınızdan çıxıb. Rasif Həsənov cavabında dedi ki, “sən kimsən ki, mənimlə belə danışırsan?, Mənim öz qrupum da, yazanım da, pozanım da var. Özümüz bilərik nə edərik. Əlindən nə gəlir get elə”. Mən də dedim ki, mən şəhid ailəsiyəm, məni nəyəsə məcbur etmə. R.Həsənov mənə deyir ki, “30 ildir işləmişəm, indiyə kimi mənə neyləyiblər? Mən, ya da oğlum, fərqi yoxdur. Mənim heç kimdən qorxum yoxdur”. Mən xahiş edirəm bu özbaşınalığa son qoyulsun. Belə hərc-mərcilik olarmı?”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|