Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

Səhiyyədəki həbslər TƏBİB rəhbərliyinə qədər UZANA BİLƏR... - “korona” şəbəkəsinin ifşası
Tarix: 23-04-2021, 08:57 | Çap et
Səhiyyədəki həbslər TƏBİB rəhbərliyinə qədər UZANA BİLƏR...
Koronavirus pandemiyasından istifadə edərək külli miqdarda pul qazanmağa çalışan baş həkimlərin həbsi medianın gündəmini zəbt edib.

Baş Prokurorluq rüşvət çetesini belə ifşa edib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri ilə TƏBİB-in nəzdində olan “Yeni klinika”nın direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə görə məsuliyyətə cəlb olunub.

Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, onun adları çəkilən köməkçiləri isə həmin məcəllənin 32.5,311.3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilib. Yalnız Samir Mirzəyev eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

Günün ikinci əsas xəbəri isə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin həbsi oldu. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri ilə FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanan sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub. Hazırda da bu istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov da bənzər qanunsuz əməllərinə görə həbs edilib.

Pərviz Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olub. Orta təhsilini 1987-1997-ci illərdə fərqlənmə attestatı ilə bitirib.

1997-ci il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub və 2003-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib. Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, Cərrahi Xəstəliklər Kafedrasında aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində “Fellow doctor” kimi davam etdirib. Bu dövr ərzində Pərviz Abbasov Qaraciyər və böyrək transplantasiyası, piylənmə və metabolik cərrahiyyə sahəsində fəaliyyət göstərib.

2017-2018-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi olub. 2019-cu ildən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasının üzvüdür. 2020-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Xidmətin Təkmilləşdirilməsi və Ölüm Hallarının təhlili komissiyasının sədridir. 2020-ci ildə “Yeni klinika”nin baş direktoru təyin edilib.

İmran Ağayev isə 1998-2003-cü illərdə Tibb Universitetini bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib. 2002-2009-cu illərdə Dövlət Təcili Tibbi Yardım Xidmətində, 2004-2006-cı illərdə Beynəlxalq Qızıl Xaç Komitəsində stomatoloq kimi işləyib.

2009-cu ildən Mərkəzi Gömrük Hospitalında, 2012-ci ildən “MediStyle Dental” klinikasında stomatoloq vəzifəsində işləyib. 2014-cü ildən “MediStyle Hospital”ın baş həkimi olub. 2020-ci ildə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi təyin edilib.

Dövlətin 1 ildən artıq müddətdə koronavirusla mübarizə və vətəndaşların sağlamlığının qorunması istiqamətində gördüyü işləri, tibb işçilərimizin fədakarlığı, həyatı bahasına həyata keçirdiyi xidməti ləkələyən bu hallar cəmiyyətdə ciddi rezonans doğurub.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, əslində uzun müddətdir cəmiyyətdə bu cür söz-söhbətlər gəzirdi: “İkinci dalğa yayılanda biz bunları eşidirdik. Görünür, artıq hüquq-mühafizə orqanlarının əlində kifayət qədər faktlar var. Bu həbslər təsadüfi deyil. Çox güman ki, bunlar böyük bir şəbəkədir. Bu şəbəkə də cəzalandırılmalıdır. Bu, dövlətin pandemiya ilə mübarizə siyasətinə bir xəyanətdir. O insanlara etibar olunub. Onlar isə insanlara kömək etmək əvəzinə yaranmış situasiyadan öz maraqları üçün istifadə ediblər və cəzalarını almalıdırlar”.

A.Qeybulla hesab edir ki, bu məsələ həbslərlə sona çatmayacaq, şəbəkə tamamilə ifşa olunmalıdır: “Bu kimi hallara gələcəkdə yol verməmək üçün biz hər xəstə sayına düşən ambulator xidmətin işini düzgün qurmalıyıq. Çünki xəstəxana istənilən halda məhduddur. Respublika üzrə xəstəxanalarda koronavirus xəstələrinin müalicəsi üçün ayrılmış yerlərin sayı ümumilikdə 40 minə yaxındır. Xəstə sayı bu rəqəmə yaxınlaşanda və ya artıq olanda artıq neqativ hallar baş alıb gedir. Bunun qarşısını almaq üçün yüngül xəstələrin ambulator müalicə sistemi təmin olunmalıdır ki, problemlər yaşanmasın. Yəni xəstəxanaya daha ağır xəstələri götürmək lazımdır. Bu işin təşkilində də yəqin qüsurlar var ki, bu vəziyyət yaranır”.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı da vurğuladı ki, baş verənlər dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə kölgə salır: “Azərbaycan 30-dan çox ölkəyə koronavirusla mübarizə ilə bağlı dost əlini uzadıb. Hələ dünyada koronavirus yeni yarananda və ölkəmizdə ilk COVİD-19 xəstəsi qeydə alınmamış cənab Prezident və I vitse-prezident tərəfindən ölkədə bu istiqamətdə bütün hazırlıqlar görülmüşdü, tibb elminə məlum olan nə tibbi avadanlıq və dərmanlar varsa onların ölkəyə gətirilməsi təmin edilmişdi. Məlum olduğu kimi, bunlar kifayət qədər bahalı dərman və avadanlıqlar idi. Paralel olaraq ölkəmiz həm də müharibə aparırdı, torpaqlarımızın azad olunması üçün savaşırdı, bunun özü də kifayət qədər böyük maliyyə tələb edirdi. Ancaq buna baxmayaraq, koronavirusla mübarizə dövlət başçımızın xüsusi diqqətində idi. Onlarla xəstəxana bu istiqamətdə ayrıldı, ölkənin hər yerində laboratoriyalar yaradıldı, yüz minlərlə testlər aparıldı, modul tipli xəstəxanalar təşkil olundu. Bizim ölkəmizdə çarpayı məsələsi, xəstəxanada yer tapılmaması çox az müşahidə olundu. Çindən, Rusiyadan, Kubadan, İtaliyadan, qardaş Türkiyədən həkimlər ölkəmizə dəvət olundu. Xalqın sağlığını qorumaq üçün bütün resurslar səfərbər olundu. İndi dövlətin işinə belə bir ləkə vurulması insanı hiddətləndirir. Dövlətin gördüyü bu möhtəşəm işlərə necə xələl gətirmək olar? İnsanların o çarəsiz vəziyyətində necə korrupsiyaya əl atmaq olar? İnsan son nəfəsində bir Allaha, bir də tibb işçisinə yalvarır. Belə bir məqamda, ölümlə mübarizə apardığı zamanda tibb işçilərimizin belə bir çirkli cinayətə əl atmasını təsəvvür etmək olmur”.

Deputatın sözlərinə görə, bu, təkcə korrupsiya əməli və cinayət deyil, həm də həmin tibb işçilərinin öz andına, öz həmkarlarının fədakarlığına xəyanətdir: “Həm koronavirusla mübarizədə, həm də Vətən savaşında canından keçən, şəhid olan həkimlərimiz oldu. Koronavirusla mübarizədə dünyasını dəyişən həkimlərimiz də şəhiddir. Belə bir fədakarlığa da kölgə saldılar. Bu, hökumətimizin gördüyü işlərə, dövlətimizin səhiyyə sahəsində apardığı uğurlara da kölgə salmaq deməkdir. Hüquq-mühafizə orqanlarımız bu işi çox gözəl bilirlər, yəqin ki, əllərində kifayət qədər faktlar da var. Bir müddət öncə koronaviruslu xəstələrin müalicəsi üçün ayrılan xəstəxanalarda ciddi neqativ halların olması ilə bağlı cəmiyyətdə də söz-söhbət gəzirdi. Dövlətimizin, Prezidentimizin korrupsiya ilə mübarizədəki qətiyyətli mövqeyi bir daha özünü göstərdi. Günahkarların cəzalandırılması hüquq-mühafizə orqanlarının işidir. Mən bir millət vəkili kimi bu durumu çox kəskin qınayıram”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru