Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                 

“Azərbaycanlılar Xankəndi ermənilərinin evlərini almaq istəyir” İDDİASININ İZİ İLƏ - MÜMKÜNDÜRMÜ?
Tarix: 29-06-2021, 10:53 | Çap et
“Azərbaycanlılar Xankəndi ermənilərinin evlərini almaq istəyir” İDDİASININ İZİ İLƏ
44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfərindən sonra, Rusiya sülhməramlılarının himayəsi altında Xankəndiyə qayıdan ermənilər kütləvi şəkildə bölgəni tərk edirlər. Sosial şəbəkələrin erməni seqmentində bununla bağlı çoxsaylı statuslar paylaşılır. Onların arasında Rusiyaya üz tutmaq istəyənlər daha çoxdur. Bununla yanaşı, Ermənistan ərazilərinə köçmək niyyətində olanlar da az deyil.

Bu arada erməni deputatların azərbaycanlıların Xankəndidəki ermənilərə zəng edərək, onlara evlərini satmalarını təklif etməsi ətrafında başlatdığı kampaniya davam edir. Bu prosesə erməni mediası, siyasi ekspertləri də qoşulub və ciddi-cəhdlə bu “psixoloji təzyiqi” izah etməyə çalışırlar.

İlk baxışda belə, bu kampaniyanın yalan olduğu aşkardır. Əvvəla, azərbaycanlılar ermənilərlə heç bir kontakt saxlaya bilməzlər - nə sözügedən ərazilərə hələ azərbaycanlıların köçü başlayıb, nə də ermənilərlə hər hansı əlaqə var.

AYNA-ya danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, azərbaycanlıların hüquqi baxımdan Xankəndidə evlər alması mümkün olsa da, texniki cəhətdən mümkün deyil: “Hesab edirəm ki, bunun baş verməsi üçün ən azı iki il zaman lazımdır. Çünki indiki halda bunu təşkil etmək üçün müəyyən normativ addımlar atılmalıdır. Bilirsiniz ki, hazırda soydaşlarımızın Xankəndiyə köçü başlamayıb. Mütləqdir ki, müvafiq qurumların, notarial təsisatların, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qarabağın bütün ərazilərində, o cümlədən Xankəndidə yerli şöbələri yaradılsın. Məhz bunlar həyata keçiriləndən sonra azərbaycanlıların Xankəndidə ev alması mümkün olacaq. Buna isə zaman lazımdır. Təbii ki, Xankəndi Azərbaycan torpağıdır və nə zamansa biz ora qayıdacağıq. Orada evlər alacaq, yaşayış üçün bütün imkanlardan istifadə edəcəyik”.

“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, artıq Qarabağ münaqişəsi bitib və ermənilər bu reallıqla barışmalıdırlar. Əslində, bu, ilk növbədə ermənilərin, o cümlədən Qarabağ ermənilərinin özlərinə lazımdır. O səbəbdən ki, indiki halda Qarabağ erməniləri də qeyri-müəyyən vəziyyətdə qalıblar. Hazırda rəsmi İrəvan onlara dəstək vermir və bu səbəbdən kütləvi şəkildə köç edirlər. Ermənistanda keçirilən son seçkilər zamanı erməni ictimaiyyəti öz mövqeyini aydın şəkildə ortaya qoydu. Digər yandan 10 noyabrda imzalanmış üçtərəfli bəyanata görə, hazırda həmin ərazilərdə rus sülhməramlı qüvvələri fəaliyyət göstərir. İlkin olaraq, ən azı beş il rus hərbçiləri o ərazilərdə olacaq. Hesab edirəm ki, bir müddət sonra bu məsələyə baxıla bilər. İndiki halda isə bunun baş verməsi texniki cəhətdən mümkün deyil”, - deyə Osmanlı vurğulayıb.

Politoloq Elxan Şahinoğlu AYNA-ya açıqlamasında qeyd edib ki, ermənilərin Xankəndini tərk etməsi gözlənilən idi: “Çünki ermənilər mövcud şəraitdə Xankəndidə yaşaya bilməzlər. Əvvəla, ona görə ki, Xankəndi Azərbaycanın ərazisidir. Onlar yalnız Azərbaycan pasportlarını daşıyandan sonra burada yaşaya bilərlər. Bu halda Azərbaycan dövləti də onlara təminat verəcək. Ölkəmizin digər vətəndaşları kimi, onların da hüquqları olacaq. Yox əgər bu, baş verməyəcəksə, biz bununla razılaşmayacağıq”.

“Digər yandan, orada yaşayan ermənilərin sosial-iqtisadi şəraitləri ağırdır. Artıq İrəvandan da onlara dəstək yoxdur. Ermənistan cəmiyyəti Qarabağ yükündən xilas olmağa çalışır. Son seçkilər zamanı “Qarabağ klanı”nın məğlubiyyətə uğraması bunun bariz nümunəsidir. Demək olar ki, Qarabağ erməniləri bütün dəstəklərini itiriblər. Onlara görə bu halda yeganə çıxış yolu oranı tərk etməkdir”, - deyə analitik söyləyib.

Şahinoğlu Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması gözlənildiyini xatırladıb: “Lakin bunun baş verməsi üçün müəyyən addımlar atılmalıdır. İlk növədə Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyün tanımalı, işğalçılıq siyasətindən birmənalı əl çəkməlidir. Zəngəzur dəhlizinin inşa olunmasına maneçilik törətməməlidir”.

“Belə olarsa, sülh sazişinin imzalanması baş tuta bilər. Bu, əslində ermənilərin də maraqlarına cavab verən addımdır. Məhz bu yolla Ermənistan regionda sülhün təmin olunmasına töhfə verə, həm də regional iqtisadi layihələrə qayıda bilər. Bu sazişin imzalanması Xankəndidə qalan ermənilərin ordan köçmə prosesini də sürətləndirə bilər”, - deyə politoloq fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru