30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                 

"Savalana 42 nəfərdən ibarət bir heyətlə getmişdik"
Tarix: 7-05-2023, 07:44 | Çap et
"Savalana 42 nəfərdən ibarət bir heyətlə getmişdik"
DİA.AZ Güney Azərbaycanın tanınmış sənətçisi, məşhur “Aylan” rəqs qrupunun bədii rəhbəri Tohid Hacıbabayinin Kult.az-a müsahibəsini təqdim edir:

- Azərbaycan rəqs sənəti barədə düşüncələrinizi bölüşərdiniz...

- Azərbaycan rəqsi dünyanın ən qədim folklor sənət növlərindən biridir. Qobustan qayaüstü rəsmlərində də biz bunun əyani sübutunu görürük. 7 min ilə yaxın tarixi olduğu güman edilir. İndinin özündə belə ritmik plastik hərəkətlər ifadə edən incəsənət növünə çevrilib. Milli rəqsimiz dərin mənası olan dünya rəqslərindəndir.

- Maraqlıdır, rəqs anlayışı necə meydana gəlib?

- Lap qədimdə rəqs etmək zərurətdən meydana çıxmışdı. Ulu babalarımız bədənlərindəki enerjini xaric etmək üçün oynayırdılar. Soyuğa davam gətirmək üçün, yaxud da əkin-biçin mövsümündə insanlar bir yerdə rəsq ritualları həyata keçiriblər. İndi isə incəsənətin bir növünə çevrilib. Getdikcə dəyişib, inkişaf edib. İndi xanım və bəy rəqsləri var. Bu cür rəqsə bəzi ölkələrin mədəniyyətində rast gəlinsə də, bizim rəqslərdəki kimi deyil. Azərbaycan rəqslərində kişi obrazı igid, xanımlar isə işvəli və nazlı təqdim olunur.

- Milli rəqslərimizdə hər hərəkətin öz mənası olduğu deyilir…

- Bəli. Rəqslərimizin dərin və folklor mənası var. Kişi rəqslərində qartal duruşuna bənzəyən hərəkətlər xarakterikdir. Yəni, əli açıb, biləkdən sındırıb, barmaqlar bir-birinə yapışıq şəkildə tutmaq və başı sinədən yuxarı qaldırmaqla rəqs hərəkətləri icra olunur. Beləliklə, məğrur qartal, yaxud cəngavər obrazı yaranır. Xanımların rəqsi isə quş hərəkətlərini xatırladır. Yəni, nazlı-işvəli obraz xarakterikdir. Bizim rəqsimizdə olan potensial dünya rəqslərində yoxdur. Azərbaycanlı olduğum üçün demirəm, bunu peşəkar kimi qeyd edirəm.

Bizdə “Beşdaş” rəqsi, yaxud “Aradan” rəqsi var. Qədim milli oyunlarımızı rəqs şəklində qurmuşuq. Yallı rəqslərini vurğulamaq istərdim. Bizim “Tovlama” rəqs nömrəmiz var. Bu rəqsi Urmuda Qarapapaqların “Tovlama yallı”sından götürmüş, səhnədə dəfələrlə ifa etmişik. Həmçinin, “Azda”, “Şaylan”, “Köçəri”, “Qaytağı”, “Şənlik”, ”Atışma”, “Baylan” kimi rəqs nümunələrimiz var.

- “Aylan” qrupu haqqında məlumat verərdiniz…

- Mən Təbrizdənəm, kiçik yaşlarımdan rəqslə məşğulam. Özüm ixtisasca mühəndisəm. Tehran Universitetində və Əmir Kəbir Universitetində ali təhsil alımışam. Lakin peşəkar rəqslə məşğul olmağı seçmişəm. Elə oldu ki, 2007-ci ildə Tehrana gəldim və rəqs qrupunun da əsası o zamandan qoyuldu. Fəaliyyətimiz hazırda davam edir. Əsas şöbəmiz Tehrandadır. İrandan xaricdə Amerika, Kanada, Almaniya və İngiltərədə şöbələr yaratmışıq. Bakıda da fəaliyyət göstərmək niyyətimiz var.

- Nə üçün “Aylan”?

- Dilimizdə “aylan” sözünün bir neçə məna çaları var. Aylan, əslində, “fırlanan Ay” deməkdir. Bu adı mən ustadım, böyük dilçi alim Nasir Mənzurinin istəyi ilə seçmişəm. Dərin folklor mənasına görə... Ayın folklor sənətimizdə qədim kökləri və rəmzi mənası var. Ay kultu bizim mədəni irsimizdə hər zaman müqəddəs sayılıb. Hətta “Azərbaycan” sözündə “ay” var. “Az” kəlməsi “Xoş tale” anlamı daşıyır. Alatoranlıqda və sübh zamanı az hallarda ay, ulduz və günəş göydə görüşür. Bu məqam həmən “Azərbaycan” kəliməsində olan “az” sözüdür və bu xoş taleni göstərir. Bundan başqa fəzada fırlanan səma cisimlərini qeyd etmək istərdim. Burada da bir aylanmaq vardır. Yuxarıdan aşağı baxsaq, Ayın halətini görmək olur. Obrazlı desək, paltarı açılır və Ay Yerin üzərində görsənir. Bu vəziyyətə “aylanır” da deyirik. Elə bil ki, Yer üzərində Ay bir simvoldur və yuxarıdakı müqəddəsliyi Yer üzərinə gətirib. Bu cür də anlamaq olar. Yaxud da qədim pəhləvanlar güləşən zaman bir-birinin dövrəsində fırlanırdılar. Bu hala da “aylanmaq” deyilirdi. Əmr şəklində də istifadə etdiyimiz “aylan” sözü var, yəni bir az Aya bax və aydın ol.

- Qrupunuz adlı-sanlı festivallara da qatılıb, hər zaman da uğur qazanıb...

- Rəqs qrupları içində “Aylan” qrupu ən çox danışılan qruplardan biridir. Xarici ölkələrdə keçirilən tədbirlərdə, beynəlxalq müsabiqələrdə hər zaman nailiyyətlər qazanıb. Parisdə, Praqada, Vyanada, Rusiyada, Kazan, Sankt-Peterburqda, Bolqarıstan və İtaliyada keçirilən festivallarda birincilik qazanmışıq. İspaniyada ikinci yer, Batumidə isə 3–cü yer əldə etmişik. Bundan başqa Dubayda və Qazaxıstan EXPO-da performansımızı qeyd etmək istərdim.

- Hazırda necə fəaliyyət göstərirsiniz? Rəqs öyrənmək istəyənlər hansı yaşdan etibarən sizə müraciət edirlər?

- Bizim Tehranda bir çox şöbəmiz var. Oğlanlar, qızlar və uşaqlar müxtəlif ayrı qruplarda dərs keçirlər. Xanımlar üçün xanım müəllimlər, kişilər üçün isə kişi müəllimlərimiz onlara rəqs sənətinin sirlərini öyrədir. Uşaqları 5-6 yaşdan qəbul edirik. Rəqs uşaqlar üçün lazımlı bir fəaliyyət növüdür. Hərəkətdə olurlar, mənəvi qida tapırlar, sosial mühitə uyğunlaşırlar, milli-mənəvi dəyərlərimizi yaşadırlar. Yəni rəqsin uşaqlar üçün faydası böyükdür.

- Qızlardan ibarət rəqs qrupları da varmı?

- Bəli var. Lakin İrandakı şərait səbəbindən kliplərini paylaşa bilməmişik. Yutub kanalımıza da yerləşdirmədik. Ay yarım bundan öncə qızlardan ibarət konsertimiz oldu. 6 yaşdan 50 yaşa 60 nəfərlik rəqqasə səhnədə performans nümayiş etdirdi.

- Klip çəkdirdiyiniz yerlər də maraq doğurur…

- Kliplərimiz də çox önəmlidir və rəqsin məzmununa uyğun olan yerlərdə çəkirik. Xoreoqrafların verdiyi quruluşdan asılı olaraq, bəzi görüntülər dağda və təbiətdə çəkilir. Bu kliplər “Aylan”ın özəl işlərindəndir. Zirvələrdə çəkdirdiyimiz rəqs nömrələrini xüsusilə vurğulamaq istərdim. Savalan, Daməvənd zirvəsində çəkilişlərimiz olub. Savalana 42 nəfərdən ibarət bir heyətlə getmişdik. 22 nəfərlə iki il bundan öncə Daməvənddə olmuşduq. Çalışmışıq ki, hər yerdə bir yadigar qoyaq. Başqa rəqs qruplarında belə təbiət rəqsləri yoxdur. Bakıda olan rəqs qruplarında da bu özəllikləri görməmişəm. Yəni təbiət rəqsləri “Aylan”ın özəlliklərindən biridir.

- Dağda rəqs etmək çətin deyil?

- Dağ hərəkətlilik baxımından rəqs üçün önəmlidir. Ayaqların gücləndirməsini bir növ məşq elətdirir. Formada saxlayır. Yüksəklikdə oksigen az olur. Belə bir şəraitdə orada nəinki rəqs etmək, hətta nəfəs almaq bir az çətindir. Lakin buna baxmayaraq, biz rəqsi sevirik və dağlarda, təbiətdə olmağı üstün tuturuq.

- Azərbaycanın qədim xalq rəqslərinə yeni quruluş verdiyiniz deyilir…

- Biz sənətkarlar folklorumuzu saxlamaq şərti ilə yeni, müasir tələblərə uyğun işlər də görməliyik. Sənətimizi bu modern dünyaya gətirməliyik. Hər iş “kopya” ola bilməz. Sənətkar öz quruluşu ilə bu sənətə yeni bir nəfəs gətirməlidir.

- Quzey Azərbaycan sənətçiləri ilə əlaqəniz varmı?

- Bakıdan Xanlar, Elnur, Əfqan və Rüfət müəllimlə uzun illərdir dostluq və peşəkar münasibətimiz var. Onlar da çox gözəl işləyirlər. Başqa Azərbaycan sənətçilərinin işlərini də izləyirəm və zövq alıram. Münasibətlərimiz yaxşıdır. Biz onların, onlar da bizim işlərimizi izləyirlər. Hər iki tərəf eyni folklorun daşıyıcısıdır. Odur ki, birgə çalışmalarımız var. Münasibətlərimiz yaxşıdır və getdikcə daha da inkişaf edir.

- Azərbaycanda çıxışlarınız olubmu?

- Yeddi il bundan öncə Bakıda olmuşuq. Yenə də gəlməyi düşünürük.

- Gənclərin rəqsə həvəsi necədir?

- Tehranda, Təbrizdə, Zəncanda, Ərdəbildə, Urmuda çox yaxşıdır. Hətta Tehranda “Aylan” qrupunda çalışan çox yaxşı sənətçilərimiz var. Qrupumuzda çalışan müəllimlərin bəziləri türk deyil. Amma bu sənəti sevirlər, işləyirlər. Qrupumuzda müəllimlik edirlər, öz tələbələri var. Çıxışlarımızda iştirak edirlər. Bizim rəqsimizi sevirlər. Nəinki İranda, dünyada sevirlər.

- El sənətində, toylarda rəqslərimizə olan münasibətdən razısınızmı?

- Azərbaycan rəqsi bir az çox müasirləşib. Texniki olub. Əslində milli rəqslərimiz çox çətindir. Bu rəqsi gözəl ifa etmək üçün gərək idmançı olasan. O sadəlikdə deyil ki, toylarda da peşəkar şəkildə hamı oynaya bilsin. Asan deyil. Hamılıqla yüksək səviyyədə ifa olunması çətin məsələdir. Bir rəqqas üzərində çox işləməlidir. Həm texniki hərəkətləri öyrənməlidir, həm bədən plastikasının üzərində daim çalışmalıdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru