Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

“Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
Tarix: 30-05-2023, 18:00 | Çap et
“Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
“Bir dəfə sosial şəbəkədə qarşıma bir status çıxdı, bir nəfər yazıb xahiş etmişdi ki, kimin uşaqlıq fotosu varsa paylaşsın. Tanıdığım, tanımadığım xeyli insan şəkillərini paylaşdı həvəslə. Rəşad adlı bir gənc yazdı ki, uşaqlıq şəkilim yoxdur. Sözün açığı, mənə çox qəribə gəldi, maraqlananda məlum oldu ki, Rəşadgil balaca olanda ermənilər onların rayonunu işğal ediblər, fotoları da qalıb orda. Mövzu məni dərhal tutdu və düşündüm ki, müharibənin amansızlığı haqqında bundan təsirli fakt ola bilməz. İnsanın təkcə evi yox, həm də xatirələri işğala məruz qalır. Fikirlərimi Azərbaycan Televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Əməkdar incəsənət xadimi Elçin Musaoğluna bildirdim, Elçin müəllim bu layihəmi çox bəyəndi və “Uşaqlıq fotosu” sənədli filmim belə ərsəyə gəldi...”

Gənc və istedadlı kinorejissor, bir neçə uğurlu sənədli filmləri ilə adından söz etdirməyi bacaran Pərviz Həsənovla müsahibədə “Uşaqlıq fotosu” filminə qayıdacağıq. Həmçinin milli kinomuzun durumu ətrafında müzakirə aparacaq, problemlərin həlli yolları barədə təklifləri ilə tanış olacağıq. Söhbətə onun ən yeni işi olan “Fəsillər” sənədli filmi körpü saldı.

“Fəsillər”də dərd çəkən adam

- Qocalar evindən çəkdiyin “Fəsillər” sənədli filmi maraqla qarşılandı. Tənha, atılmış insanların yaşadığı belə məkanlardan reportajlar, süjetlər çox olub. Belə bir tanış mövzuya müraciət etməyin səbəbsiz deyil yəqin...

- Əslində belə bir fikir məndə çoxdan var idi, lakin hər dəfə bir problem çıxırdı deyə ideyamı reallaşdıra bilmirdim.

Kinorejissor Elçin Musaoğlu iki il öncə məni “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinə dəvət etdi, yeni layihələrimlə maraqlandı və hər cür dəstək göstəriləcəyini bildirdi. Bir neçə, o cümlədən, qocalar evində məskunlaşan insanlarla bağlı ssenarimi təqdim etdim. Bəyəniləndən sonra “Fəsillər” adlı sənədli filmi çəkməyə başladım.

Qeyd etdiyiniz kimi, bu mövzu kinoda, ədəbiyyatda, jurnalistikada çox işlənib. Amma sən yaradıcı insan olaraq fərqli bir yanaşma ortaya qoymağı bacarmalısan. Hazırlıq prosesi ilə bağlı Qocalar evinə gedəndə həyətdəki köhnə avtobus diqqətimi çəkdi. Təkərləri, şüşələri, mühərriki olmayan bu avtobus Qocalar evindəki insanların həyatını ehtiva edirdi sanki, avtobus var, amma o heç yana getmir... Qərara gəldim ki, oradakıların həyatını, yaşam tərzini ilin bütün fəsillərində çəkim. Elçin bəyə dedim ki, bu, təbii xeyli zaman aparacaq. O da sağ olsun, məni tələsdirmədi və çəkilişləri il ərzində apara bildik.

- Filmin əvvəlində Qocalar evinin sakinlərindən biri ona görə gileylənir ki, çəkib qurtarmadın?

- Həmin qadının sözləri mənə də maraqlı gəldi və epizodu filmdə də saxladım.

- Tanınmış jurnalist Afaq Vasifqızı “525-ci qəzet”də sənin “Fəsillər”in haqqında yazıb ki, Pərviz filim yox, dərd çəkib...

- Afaq xanımın film haqqında məqaləsi mənim özüm üçün də sürpriz oldu. Əsl peşəkar kimi gözəl təhlil edib, filmi duya bilib. Məqalədəki xoş sözlər tək mənə yox, “Fəsillər”in ərsəyə gəlməsində əziyyət çəkən insanlara - filmin operatorları Cavid Əliyev və Elşən Bədəlovun, montaj rejissoru Cabir Əlizadənin, səs rejissoru Rəşad Mustafayevin, səs operatoru Əliabbas Qasımovun və prodüser Fatimə Əzimovanın əziyyətinə verilən qiymətdir.

- Bildiyim qədəri ilə Elçin Musaoğlu “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin çətiri altına xeyli gənc toplayıb. Həmin gənclərdən biri kimi sənin fikrin mənim üçün maraqlıdır, orada yaradılan şəraitdən razısanmı?

- “Azərbaycantelefilm” böyük ənənələri olan studiyadır, 60 ildir ki, ölkədə sənədli film istehsalı ilə bağlı mühüm işlər görür.

Sənədli film kinonun ən çətin janrlarından biridir, nəzərə alaq ki, kino sənətinin özü sənədli filmdən başlayıb. “Azərbaycantelefilm” bu janrın yaşaması, inkişafı üçün həqiqətən də bir məktəb rolunu oynayıb. Bu gün tanınmış kinorejissorlarımızın çoxu məhz bu yaradıcılıq birliyinin yetirməsidir.

Şəxsən mən orada gənclərə yaradılan şəraitdən razıyam, layihələrimizi reallaşdırmaq üçün geniş bir meydan qazanmışıq. Mən bu studiyada Elxan Salahovun ssenarisi əsasında “Başlıbel-Bir kəndin mühasirə gündəliyi” adlı sənədli film çəkmişəm. Film ermənilərin Kəlbəcər rayonunun Başlıbel kəndində törətdiyi vəhşilikdən bəhs edir, biz faciənin şahidlərini tapıb danışdırmışıq, çəkilişləri aparmaq üçün günlərlə dağda alaçıqlarda gecələmişik.

“Uşaqlıq fotosu” sənədli filmimi də “Azərbaycantelefilm”də reallaşdırmışam. Bu filmin yaranmasının maraqlı tarixçəsi var. Bir dəfə sosial şəbəkədə qarşıma maraqlı bir status çıxdı. Kimsə status yazıb xahiş etmişdi ki, kimin uşaqlıq fotosu varsa paylaşsın. Tanıdığım, tanımadığım xeyli insan şəkillərini paylaşdı həvəslə. Rəşad adlı bir gənc yazdı ki, uşaqlıq şəkilim yoxdur. Sözün açığı, mənə çox qəribə gəldi, maraqlananda məlum oldu ki, Rəşadgil balaca olanda ermənilər onların rayonunu işğal ediblər, fotoları da qalıb orda. Mövzu məni dərhal tutdu və düşündüm ki, müharibənin amansızlığı haqqında bundan təsirli fakt ola bilməz. İnsanın təkcə evi yox, həm də xatirələri işğala məruz qalır. Fikirlərimi Elçin Musaoğluna bildirdim, Elçin müəllim bu layihəmi çox bəyəndi və “Uşaqlıq fotosu” sənədli filmim belə ərsəyə gəldi. Film həm İstanbulda, həm də Bakıda keçirilən beynəlxalq kino festivallarında ölkəmizi uğurla təmsil etdi.

Bu gün Murad Quliyev, Elvin Mirzəyev, Elnurə Kazımova kimi istedadlı gənclər Elçin Musaoğlunun rəhbərliyi altında maraqlı layihələr üzərində çalışır, Azərbaycanın, xüsusi ilə Qarabağın tarixi, işğal dövründə bu ərazilərdə erməni vandalizmi haqqında indiyə kimi nisbətən az araşdırılan mövzular barədə sənədli filmlər çəkirlər.

Bayaq qeyd etdiyim kimi, sənədli film kinonun ən vacib janrlarından biridir, çünki onun həm də bir salnamə, arxiv yükü var. Məsələn, Birinci Qarabağ müharibəsinin ekran salnaməsini kimlər yaradıb? Çingiz Mustafayev, Seyidağa Mövsümov, Ədil Arifoğlu, Şakir Eminbəyli...

Bildiyim qədəri ilə 44 günlük Vətən savaşından da müəyyən çəkilişlər var.

Bu gün Qarabağ erməni işğalından azad edilib, yaxın illərdə ümumən Qarabağ problemi tam və bizim xeyrimizə həll olunacaq. 30-40 il ötəndən sonra bu mövzu ilə maraqlananlar üçün dünən, bu gün çəkilən kino kadrlar əvəzsiz bir mənbə olacaq. Sənədli kinonun gücü budur!

“Bütün məsələlərdə müxalifətçilik etmək doğru mövqe deyil”

- Kino Forumunda çıxışında bu sahənin problemlərini dilə gətirdin. Həmin tədbirə münasibətin necədir, gözləntilərin varmı?

- Öncə onu deyim ki, Kino Forumun keçirilməsi müsbət bir işdir. Ümumiyyətlə, “forum” sözünün mənası nədir? Hansısa bir problemin indi və ya gələcəkdə həll etmək üçün qurulan toplantı. Ölkəmiz müstəqillik qazanandan sonra belə bir forumun ilk dəfə keçirildiyini nəzərə alanda təbii ki, mən müsbət addım kimi qarşılayıram və alqışlayıram.

Tanıyanlar bilir ki, kino ilə bağlı məsələlərdə Mədəniyyət Nazirliyini tez-tez kəskin tənqid etmişəm. Amma bütün məsələlərdə müxalifətçilik etmək doğru mövqe deyil, atılan müsbət addımları da demək lazımdır. Kino Forumunu məhz belə işlərdən biri hesab edirəm.Təsəvvür edin ki, toplantıda həm korifey sənətkarlarımıza, həm biz gənclərə çıxış etmək, təklif vermək üçün eyni şərait yaradıldı. Belə bir geniş ortamda kinonun problemlərini dilə gətirmək üçün tribuna yarandı, təkliflərimizi nazir Adil Kərimlinin diqqətinə çatdırdıq və cənab nazir də sona qədər bizi dinlədi, qeydlərini apardı. Siz soruşsanız ki, bütün çıxışlar məni qane etdimi?

- Soruşum da. Forumdakı bütün çıxışlar səni qane etdimi?

- Təbii ki, yox. Çünki bəziləri bu platformanın məqsəd və məramını doğru-düzgün dəyərləndirməyərək, söz demək xətrinə danışırdı sanki. Məni narahat edən əsas məsələ Azərbaycan kinosunun bugünkü durumunu özəl studiyalarda çəkilən bəzi bayağı filmlərlə bağlamaq cəhdi idi. Düşünürəm ki, bu, çox yanlış yanaşmadır. Bəli, razıyam, bayağı filmlər də çəkilir, amma bu məsələni kinonun ümumi dərdlərinə sipər etmək lazım deyil. Kinomuzun indiki dərdlərini sıralasaq mənim düşüncəmə görə, bayağı filmlər problemi 39-cu yerdədir. Təsəvvür edək ki, general əsgərləri yığıb problemləri soruşur, əsgərlər də deyir, çoxlu problemimiz var, məsələn, gülləmiz yoxdur. General da deyir, güllə yoxdursa, digər başqa problemləri sadalamasanız da olar...

Çıxışçıların bəziləri də yeri gəldi-gəlmədi milli-mənəvi dəyərləri əllərində bayraq edirdi. İndi durub onlardan milli-mənəvi dəyərlərin tərifini soruşsan, heç düz-əməlli cavab verə bilməyəcəklər.

Narazı qaldığım digər bir məqam isə ondan ibarət idi ki, bəzi çıxış edənlər tənqidi fikir deyirdilər, lakin çıxış yolunu göstərmirdilər. Tutaq ki, kimsə kinonun dövlətdən tam asılı olmasını, digəri isə ancaq özəl sektora verilməsini istəyir. Tamam, bəs bunun həlli yolunu necə görürsən, hansı mexanizmin tətbiqini təklif edirsən?

Mən hesab edirəm ki, milli kinomuzla bağlı geniş, əsaslandırılmış konsepsiyamız olmalıdır və bu konsepsiya əsasında kino ilə bağlı yeni qanun hazırlanmalı, ayrıca Kino Fondu yaradılmalıdır.

Ən əsas məqamlardan biri kimi kino sənayemizin qurulmasını qeyd etmək istərdim, bu industriya yaranmayıbsa digər məsələlərdən necə danışmaq olar?

Bu gün film nümayiş etdirmək üçün Bakı da daxil olmaqla ölkədə cəmi 6-7 özəl zal var. Sövet dövründəki kinoteatrların çoxu ya satıldı, ya da söküldü. Bu gün “Vətən” kinoteatrının içində blyard oynayırlar. Kinoteatrlar şəbəkəsi yoxdursa və yaxud onların sayı yetərli deyilsə, bazar formalaşmayıbsa sən istehsal olunan filmi harada göstərəcəksən, onun prokatını necə təşkil edəcəksən?

Sovetlər dönəmində hər şey dövlətin nəzarətində idi, dövlətin vəsaiti ilə çəkilən film eyni gündə həm Bakıda, həm də tutaq ki, Vladivostokda nümayiş olunurdu, prokatdan gələn pul yenə dövlətə qayıdırdı. Mən demirəm ki, sovet rejimini bərpa edək, kino ilə bağlı hər şey yenə dövlətin diktəsi altında reallaşsın, yox. Sadəcə, ölkədə kino bazarı formalaşmalı, zalların sayı artmalıdır. Bu gün istər dövlətin, istərsə də özəl sektorun maliyyəsi ilə istehsal edilən film eyni gündə həm Bakıda, həm Astarada, Qusarda, Qazaxda göstərilsin, ərsəyə gələn məhsul prokatdan pul qazana bilsin. Şəxsən mən bir rejissor kimi dövlətdən pul almağın marağında deyiləm, çəkdiyim filmin prokatdan qazanmasının tərəfdarıyam. Əgər biz kino sənayesini qura bilməyəcəyiksə onda hər il Mədəniyyət və İncəsənət Universitetində kino sahəsi ilə bağlı diplomlu gənclərin məzun olmasına nə ehtiyac var? Sabiq mədəniyyət naziri Anar Kərimovun qəbulunda olanda da dedim ki, bu gənclərin həyatını niyə məhv edirik axı? Mən təklif edirəm ki, dövlət kino istehsalına müəyyən güzəştlər etsin, beynəlxalq təcrübəni öyrənməklə bu sahədə hansısa addımlar atmaq olar. Məsələn, Polşada bu gün əyləncə vergisi deyilən bir məfhum var, bu nə deməkdir? Tutaq ki, mən özümə əlavə lüks yaratmaq üçün daha geniş ölçülü televizor və ya musiqi mərkəzi alıram. Hökumət həmin məhsulun üzərinə əlavə 1 faiz vergi tətbiq edir və həmin faizi kinematoqrafiyanın inkişafına yönəldir. Belə nümunələr çoxdur, onlardan faydalana bilərik.

- Kino ilə bağlı çox mühüm bir qurumumuz var - Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Bu gün bəlli səbəblərdən acınacaqlı duruma düşən kinostudiyamız barədə çox danışılır. Sən onun gələcək taleyini necə görürsən?

- Çox vacib və təəssüf ki, həm də ağrılı məqama toxundunuz. Çünki “Azərbaycanfilm” kinostudiyası mənim üçün necə deyərlər, bir az da mistik bir məkandır, tələbəlik illərindən orda çalışmışam, böyük aktyorlarımızla, kino ilə nəfəs alan, bu sahənin texniki tərəflərini zərgər dəqiqliyi ilə bilən çox nadir mütəxəssislərlə ünsiyyətdə olmuşam. Azərbaycanda kino sənayesinin yaşamasında, inkişafında, var olmasında kinostudiyamızın ölçüyəgəlməz xidməti olub. Bunu heç kim dana bilməz. Kinostudiyanın “şinelindən” kimlər çıxmayıb...

Müstəqillikdən sonra müxtəlif səbəblərdən “Azərbaycanfilm” kinostudiyasındakı ritm pozuldu, çox qiymətli mütəxəssislər pulsuzluqdan başqa sahəyə keçdilər, dünyasını dəyişənlərin yerini isə doldurmaq olmadı. Ona görə də bu gün səs rejissorunu, pirotexniki, işıqçını, qrim ustasını İrandan, Gürcüstandan gətirmək məcburiyyətində qalırıq. Çünki illər öncə çalınan həyəcan təbilini ciddiyə alan olmadı. Artıq neçə illərdir ki, kinostudiya dövlətdən dotasiya almır, yalnız nazirliyin sifarişi ilə çəkilən filmlərə göstərdiyi studiya xidmətlərinə görə vəsait əldə edir. Kinostudiyamızın düşdüyü bu durum barədə çox danışılır, yazılır, amma təəssüf ki, səs-küy qaldıranların bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi daha çox maraqlandırır...

Kinostudiyanın gələcək taleyi ilə bağlı fikirlərimə gəlincə, bu məsələdə də dünya praktikasına baxmaq lazımdır, necə deyərlər velosiped icad etməyə ehtiyac yoxdur. Tutaq ki, “Mosfilm” kimi nəhəng kinostudiyanı nə bağlayıblar, nə ərazisini bölüşdürüblər. Film istehsal edən özəl studiyalar, prodakşnlar baza kimi bu gün “Mosfilm”dən yararlanırlar.

- Bütün çətinliklərə baxmayaraq son 30 ildə ölkədə film istehsal olunub, hətta nüfuzlu beynəlxalq festivallara gedən ekran işləri də var. Müstəqillik qazandıqdan sonra çəkilən 10 ən yaxşı filmimiz hansıdır səncə?

- Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru”, Yavər Rzayevin “Sarı gəlin”, Tofiq Tağızadənin “Köpək”, Hüseyn Mehdiyevin “Özgə vaxt”, Elçin Musaoğlunun “40-cı qapı” və “Nabat”, Asif Rüstəmovun “Ev”, Elxan Cəfərovun “Yarımçıq xatirələr”, Mirbala Səlimlinin “Qırmızı bağ” filmlərini milli kinomuzun ən uğurlu ekran əsərləri hesab edirəm. Sənədli filmlərdən isə Yavər Rzayevin “Fövqəldünya” və Əli İsa Cabbarovun “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” və Elçin Musaoğlunun “Qum dənəsi” qeyd olunmalıdır.

- 10-dan çox oldu...

- Eybi yox, təki maraqlı filmlərimiz çox olsun!

Etibar CƏBRAYILOĞLU
Reyting.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru