Qax Kukla Teatrında qalmaqal: "Yoldaşımı işə götürdüm ki..." – Direktor əvəzi cavab verdi
Tarix: 2-06-2023, 09:40 | Çap et
Qax Dövlət Kukla Teatrı kollektivinin bir qrup üzvü mətbuatda şikayət məktubu ilə çıxış edib.
Teleqraf.com-un xəbərinə görə, şikayətdə bildirilir ki, orta ixtisas təhsilli, 17 ildir baş rejissor, şiddətli töhmət almasına baxmayaraq hazırda direktor vəzifəsini icra edən Yusif Abdurahmanov nə qanunları, nə də kollektivi sayır: "Baş rejissor-direktor əvəzinin həm keçmişdə, həm də son aylarda törətdiyi qanunsuz əməllər, səriştəsiz, saymazyana rəhbərliyi nəticəsində işçilər arasında ikitirəlik mövcuddur. O, öz tərəfdarlarına açıq-aşkar himayədarlıq, bəzilərinəsə az qala düşmən münasibəti sərgiləyir.
Həmçinin bilet satışından əldə edilən gəlirin bank hesabına yerləşdirməməsi, saxta biletləri dövriyyəyə buraxması, eyni zamanda onları yandırması, faktiki işləməyən şəxsə əmək haqqı, qastrol tamaşaları zamanı iştirakçıların adına artıq pul hesablaması və onları mənimsəməsi, teatra məxsus xidməti maşın üçün nəzərdə tutulan yanacaq kartıyla oğlunun şəxsi maşınına benzin doldurması, kadr üzrə bəzi əmrləri icra etməməsi, teatrın sifarişi əsasında iş görmüş təşkilatlara maliyyə ödənişlərini yerinə yetirməməsi, rüşvətlə işə adam götürməsi kimi məsələlər də yer alır".
“Yusif Abdurahmanov keçmiş direktorun siyasətini davam etdirir”
Qax Dövlət Kukla Teatrının rejissor-aktyoru Rahib Məmmədov saytımıza açıqlamasında bildirib ki, 1979-cu ildən - teatr dərnək olandan bəri sənət ocağında çalışır.
“Teatrın ilk direktoru olmuşam, bədii rəhbər vəzifəsində çalışmışam. Həmçinin teatrda ən çox stajı olan, bu sahə üzrə yeganə ali təhsilli də mənəm. Ali təhsillilər var, amma bu sahə üzrə deyillər”.
Rahib Məmmədov bildirib ki, teatrda vəziyyət hələ keçmiş direktor Nazim Mahmudovun dövründən çox pisdir:
“24 il bu teatrı pis günə qoyan Nazim Mahmudovun vaxtında teatrdakı haqsızlıq və ədalətsizliklə bağlı şikayətlər edirdim. O zaman mənə heç kim inanmadı və məni işdən azad etdilər. Prokurorluq orqanlarına müraciət etdim, nə qədər məhkəmələr oldu, min bir əziyyət çəkdim, axırda başa düşdülər ki, mən düz deyirmişəm.
Nazim Mahmudov barəsində Prokurorluq orqanlarında cinayət işi açıldı. Cinayəti sübuta yetirildi. Amma prezidentimizin humanist fərmanına əsasən işə xitam verildi. Bununla belə cənab nazir onu vəzifədən azad etdi. Çox təəssüf ki, onunla birgə hərəkət edən insanlara heç nə olmadı. Teatrın baş rejissoru 24 il teatrı talayanı görmürdü? Niyə o hələ də işdədir? Üstəlik direktor əvəzi kimi də çalışır. Niyə baş mühasib hələ də teatrda işləyir? Baş mühasibin imzası olmadan hansı direktor idarə və müəssisənin yüz minlərlə vəsaitini talaya bilər?
Mən həqiqəti o vaxt deyəndə inanmırdılar, amma zaman onu göstərdi ki, mən düz demişəm. İndi də eynisi baş verir.
Mənim əsas narazılığım kadr məsələsindəndir. Əvvəllər teatrda dəfələrlə quruluşçu-rejissor vəzifəsində işləmişəm, bu gün isə işimə aktyor-rejissor olaraq davam edirəm. Orta təhsilli bir adam isə teatrda quruluşçu rejissor və direktor əvəzi vəzifəsində çalışır. Mən ali təhsilli olsam da, ondan aşağı vəzifədəyəm. Çox gülməli mənzərə deyilmi? Görün, nə gündəyəm ki, orta təhsilli biri mənə əmr verir. Özü də vaxtilə mənim tamaşalarımda aktyor kimi çalışıb.
Mən teatrda direktor və bədii rəhbər olanda baş rejissor postunu Mədəniyyət Nazirliyi ləğv etmişdi. 2006-cı ildə bu post bərpa olunanda keçmiş cinayətkar direktor teatrın adi bir aktyorunu, rejissor assistenti, rejissor, quruluşçu rejissor olmayan orta təhsilli bir adamı - Yusif Abdurahmanovu baş rejissor təyin etdi. Buna da Mədəniyyət Nazirliyi indiyə kimi fikir verməyib.
Adını da qoyurlar ki, guya rayonlarda ixtisaslı kadrlar azdır. Yalan söhbətdir. Qax ali təhsilli kadrları olan beş-altı rayondan biridir. Amma teatrda orta təhsillilər cəm olub. Keçmiş direktorun siyasətini bu gün də Yusif Abdurahmanov davam etdirir. Teatr içində teatr yaradıblar, ayrıseçkilik baş alıb gedir. Bu gün onların heç birinə söz demək mümkün deyil. Etiraz edənlərə də qarşı çıxırlar, guya ki, biz teatrı pozuruq. Mən hüququ baxımdan teatrın nizamnaməsinə uyğun rəhbərliyin olmasını tələb edirəm.
Narazılıqlarımla bağlı dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm, hətta cənab nazirlə də görüşmüşəm. Nazir məni yüksək səviyyədə qarşıladı, diqqətlə dinlədi, dedi, sizin teatrda əməyiniz çoxdur, biz sizi nəzərə alacağıq. Amma hələ ki, nəticəsi yoxdur.
Belə vəziyyətin hökm sürdüyü yerdə peşəkar tamaşalardan söhbət gedə bilməz. Bura nazirlikdən nümayəndə gəlməli və araşdırma aparılmalıdır. Dediklərim həqiqətdir və heç kəsdən də çəkinmirəm. Öz haqqımı, hüququmu bilirəm. Mənim istəyim, arzum Qax Dövlət Kukla Teatrının əvvəlki dönəminə qayıtması, respublikada parlayan dörd-beş teatrdan biri olmasıdır”.
“O insan sözdə bir, əməldə başqa cürdür”
Qax Dövlət Kukla Teatrının təsərrüfat müdiri Şahin Tağıyev teatrda ikitirəlikdən şikayətlənib:
“Hazırda teatrda nə böyük, nə kiçik bilinir. Hər şey Nazim Mahmudovdan başladı. Onun əli ilə teatr rayon büdcəsindən ayrıldı, nazirliyin balansına verildi. Və beləcə o, işini rahat gördü. Bir gün gəlib qapını döyən olmadı ki, siz burada nə işlə məşğulsunuz. Halbuki teatr rayon büdcəsində olanda hər il yoxlama gələrdi.
Nazimlə bağlı şikayətlərimizi yazdıq, yoxlama gəldi və haqlı olduğumuz üzə çıxdı, onu işdən çıxardılar. İndikilər də onun komandasıdır. Nazim deyilən şəxs kənarda olmasına baxmayaraq idarənin işinə müdaxilə edir. Mən teatrda hüzur istəyirəm.
Bütün həyatını incəsənətə həsr edən ali təhsilli Rahib Məmmədovu uzaqlaşdırmaq üçün planlar qurdular, orta təhsilli birini baş rejissor qoydular və Rahibi teatrdan çıxardılar. O, uzun illər mübarizə apardı və işinə bərpa olundu.
Rahiblə Nazim qohumdular. Nazim kürsü əlindən getməsin deyə bu cür haqsızlıqlara əl atdı. Bu gün teatrın içində teatr yaradıblar. Direktor əvəzi sözdə bir cür, əməldə bir cürdür. Mehriban olaq deyir, amma kabinetində öz qrupunu toplayıb təlimatlar verir. Biletlər ağ-qara olmalıdır, amma rəngli şriftlər olan biletlər də satışdadır. Bir dəfə dövriyyəyə çıxan bileti yenidən dövriyyəyə buraxırlar.
Bilet satışından gələn gəlir bank hesabına köçürülməlidir. Əməyin təhlükəsizliyi üzrə vəzifəyə sənədi olmayan bir şəxsi təyin ediblər. O adamı müdafiə etməkdə marağı nədir? 16 ildir o adam əməkhaqqı alır. Bu qanun pozuntusu deyilmi?”
“Rahib Məmmədov direktor olmaq istəyir”
Teatrın baş rejissoru, hazırda həm də direktor vəzifəsini icra edən Yusif Abdurahmanov saytımıza açıqlamasında ittihamları qəbul etmədiyini bildirib:
“Mətbuatda çıxan yazı ilə tanışam. Amma orada şikayət məktubunu kollektivin hansı üzvlərinin yazdığı barədə məlumat yoxdur. İmzası olmayan məktuba inanmaq mümkündürmü? Bütün yazılanları oxudum, bu qədər şər-böhtan olmaz. Hazırda Zaqatalada qastrol səfərindəyik, tamaşa nümayiş etdiririk. Teatrımız yetərincə ad-san qazanan teatrdır. 1992-ci ildə dövlət statusu aldı və o zamandan indiyə kimi teatrın bütün uğurlarında mənim imzam var.
Rahib Məmmədov teatra dövlət statusu veriləndə direktor oldu. Üç, yaxud dörd il işlədi, o qədər içkiyə aludə olmuşdu ki... O zaman onu çox pis vəziyyətdə teatrdan qovdular. Uzun müddət teatrdan aralı qaldı.
Keçmiş direktor Nazim Mahmudov Rahib Məmmədovun dayısı oğludur. Qohumları, yaxud kiminsə vasitəsilə Rahib Məmmədovu yenidən teatra gətirdilər.
Amma Rahib Məmmədovun xasiyyətini bildikləri üçün çoxları Nazim müəllimə dedilər ki, onu teatra götürməklə özünə problem yaradacaqsan. Götürdü və elə problemi də özünə yaratdı. Nazim müəllimdən şikayətlər yazıldı, dövlət qurumları onun işini araşdırdılar, elədiyi bütün səhvləri üzə çıxardılar və o, əməllərinə görə işdən çazad olundu. İndi bu məsələnin mənə nə aidiyyəti var?
Rahib Məmmədovla Şahin Tağıyev dostdurlar, işə gəlib əllərini ağdan qaraya vurmurlar, bir-iki saat oturub sonra çıxıb gedirlər. Bütün bu söz-söhbətlərin səbəbi Rahib Məmmədovun vəzifə istəyidir. O teatrda direktor olmaq üçün belə çirkin işlər görür. Mədəniyyət Nazirliyindən dəfələrlə xahiş etmişəm ki, üzərimdən bu vəzifəni götürün, teatrda rəhbər olmaq istəmirəm. İdarəetmə təhsilim yoxdur, maliyyə işləri ilə bağlı səriştəm çox azdır, mən yaradıcı adamam və teatrda da bu işdə çalışmaq istəyirəm.
Teatrın baş rejissoruyam və uzun illərdir bu vəzifəni üzüağ icra edirəm, teatr olaraq yüksək nəticələr əldə etmişik. Nazirlikdən mənə deyirlər ki, səbrli ol, yaxın günlərdə ora direktor göndərəcəyik.
Rahibi çağırıb özünə də demişəm ki, get nazirin qəbuluna, direktor olmaq istədiyini onlara bildir və təsdiq etsinlər. Axı, teatrda aləmi bir-birinə qatmaq, ora-bura şikayət etmək nəyə lazımdır? Prokurorluğa şikayət etmişdilər, bir aydır ki, bu məsələ ilə məşğuluq, amma nəticədə heç nə çıxmadı”.
“Nazirlikdən dedilər, yeganə insansan ki...”
Yusif Abdurahmanov orta təhsilli olduğunu təsdiqləyib və baş rejissor vəzifəsinə gəlişini belə izah edib:
“Mən orta ixtisas təhsilliyəm, 1989-cu ildə Krupskaya adına Bakı Mədəni Maarif Texnikumunu bitirmişəm. Baş rejissor vəzifəsi mənə veriləndə Mədəniyyət nazirinin birinci müavini dedi, sən Azərbaycanda yeganə insansan ki, bu təhsillə baş rejissor vəzifəsində oturursan. Şükürlər olsun ki, indiyə kimi bu vəzifədə oturmuşam.
Rusiyada keçirilən beynəlxalq festivalda “Ən yaxşı rejissor” adına layiq görülmüşəm. Əməyimə görə “Qızıl Dərviş” mükafatı almışam. 33 ildir teatrda fəaliyyət göstərirəm, 17 ildir baş rejissor vəzifəsindəyəm. Mənim işim budur. İşimin öhdəsindən layiqincə gəlməyə səy göstərirəm. Amma hazırda belə bir maneələrlə üzləşmişəm. Yaradıcılıqdan əsər-əlamət qalmayıb, bu söz-söhbətlərə görə əsəblərim də xarab olub.
Yenə deyirəm, Məmmədov vəzifə istədiyi üçün teatrda belə qalmaqallar yaradır. Rüşvətxor olsaydım, ən azından rayonda özümə ev tikərdim, halbuki indiyə kimi kənddə - atamın evində yaşayıram. İki ayağımdan əməliyyat olunmuşam, bir təhər pul toplayıb özümə maşın almışam. Belə çətin vəziyyətdə işləyirəm.
Şikayət məktubunda saxta biletlərin dövriyyəyə buraxılması ilə bağlı qeydlər var. Hələ üstəlik biletlərin şəkillərini də təqdim edirlər. Amma onların üzərinə baxmayıblar, 17-18 il bundan öncə çap olunan biletlərdir. Hazırda teatrda o formada biletlər yoxdur. Bir sözlə, o biletlər mənə aid deyil. Mən 6 aydır rəhbərəm.
Nazimin dövründə işləmişəmsə bu o demək deyil ki, Nazimlə mən nədəsə əlbir olmuşuq. Mən onun dövründə öz işimlə məşğul olmuşam. Bayaq da dedim, mən kənddə yaşayıram, hər gün teatra gəlmək üçün uzun yol qət edirəm. Bilirsiniz ki, o vaxtlar teatr işçilərinin maaşı çox az idi, təxminən 120 manat civarında maaş alırdıq. O pul da mənim yol xərcimi ödəyirdi. Cavan olanda bu xərc gözümə görünmürdü. Ailə sahibi olanda isə vəziyyət dəyişdi. Mən işdən çıxmaq istədiyimi yazıb, ərizəmi Nazim müəllimə təqdim etdim.
Nazim yeni direktor təyin olmuşdu, dedi, Bakıya gedib-gəlib ərizənin üstünü yazaram. Bakıya gələndə nazirlikdə söhbət əsnasında mənim işdən çıxmaq istədiyimi deyib. O zamana kimi festivalda olmuşdum deyə nazirlik işimə bələd idi. Deyiblər ki, get Yusifə şərait yarat, işdən çıxmasın. Nazim də mənə dedi ki, bir nəfəri işə gətir, amma işini özün gör, pulu da olsun sənin yol pulun. Beləcə, yoldaşımın adını yazdırdım, amma həmin işi mən artıqlaması ilə görürdüm. Nazim Mahmudov da bütün iclaslarda açıq şəkildə deyirdi, mənə tapşırıblar ki, Yusifə şərait yaradım.
Amma özü əl altından xeyli mənfi işlər görürdü. Bunu heç kim bilmirdi. Məni isə hər iclasda vurğulayırdı. Rahib Məmmədov və komandası da deyirlər ki, sən də Nazimin dövründə işləmisən, əməllərindən xəbərdar olmusan, indi də onun yolunu davam etdirirsən.
Mən Nazimin dövründə evimə ancaq maaş aparmışam. Əlavə aldığım pul yola gedib. Bunu da özləri bilirlər, bilə-bilə yenə də adama iftiralar atırlar.
Mən Mədəniyyət Nazirliyinə məlumat vermişəm, gözləyirəm ki, hansısa qurumdan yoxlama gəlsin, 2022-ci ilin iyun ayından indiki dövrə qədər araşdırma aparılsın, hər şey yoxlanılsın, həqiqətlər üzə çıxsın”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|