"İndiki toylarda oxumağa nə var, elələri var ki, başqasının səsi ilə gedib oxuyur, pul qazanır..."
Tarix: 3-06-2023, 09:41 | Çap et
“Bacım Rübabə Muradovanın hər yubileyində səhnədə oxuyuram. 80 illiyini Beynəlxalq Muğam Mərkəzində qeyd etdilər. 90 illik yubileyini də dövlətimiz Filarmoniyada etdi. Mən də səhnədə onun ən gözəl mahnılarından birini ifa etdim. İstər-istəməz həyəcan keçirirdim, o qədər həyəcanlı idim ki. Daxilən həyəcanlanırdım. Rübabənin bütün mahnılarını mən oxuyuram. İnşallah, 100 illik yubileyini də qeyd edəcəyik. Ən böyük arzumuz onun yubileyini doğma diyarı Ərdəbildə qeyd etməkdir. İnşallah ki, bu arzumuz da reallaşar”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Rübabə Muradovanın müğənni bacısı Tahirə Muradova deyib.
“Bizim evə kimlər gəlməyib?! Şövkət Ələkbərova, Sara Qədimova, Nəcibə Məlikova, Hökümə Qurbanova kimi böyük sənətkarlar gəlib-gediblər. Rübabənin süfrəsi həmişə açıq olub. Mən onları görmüşəm, yad etmişəm. Rübabə hamını sevib, hamını saxlayıb. Məni çox istəyirdi. Danışırdıq, gülürdük. Onun ruhuna qurban olum. O hamıya qarşı yaxşı olub. Rübabə də dünyadan köçdü, qızları da. Allahın hər kəsə bir ömür payı var” deyə sənətçi bildirib. Müğənni bildirib ki, onun səsini bacısının səsinə bənzədənlər də var.
“Rübabənin səsindən bir dənə idi. Bəlkə də araşdırsalar dünya səviyyəsində oxuyan biridir. Bu cür oxuyan bir də dünyaya gəlməz. Onda vergili səs idi. Mənim də səsim onun səsinə bənzəyir. Hətta mənə deyirlər ki, Rübabə kimi oxuyursan. Mən də deyirəm ki, elə deməyin, Rübabənin səsinə bir az oxşayır. Bu gendən gəlir. O vaxt mənim bir gün də olsun boş vaxtım yox idi. Bütün günü toylarda idim, gündüz də, axşam da. Ev nə rəngdədir, heç onu da bilmirdim. Gözəlliyim də, səsim də yerimdədir. İndi çox müğənnilər oxuyur. Baxırsan, heç tanımırsan ki, kimdir? Bacarana can qurban. Bu gün də oxuyuram. Allah bu səsimi məndən almasın. Səsimlə çörək qazanıram. El şənliklərinə gedirəm, sağ olsun dostlar, dəvət edir. Həyatımdan narazı deyiləm, sevilirəm. Məşhurluq siz nəyə deyirsiniz? Məni sevib toylara dəvət edirlərsə, demək ki, məşhuram da. O da xoşbəxtlikdir. Televiziya efirlərinə çıxmaqla deyil ki. Efirlərə elə adamlar çıxır ki. Mənim qədər xeyriyyə konsertlərində iştirak edən bəlkə də yoxdur. Qocalar və uşaq evinə tez-tez gedirəm. Onlar özləri məni istəyirlər. Bu da bir xoşbəxtlikdir ki, onların qəlbinə yol tapmışam. Üzlərindəki təbəssüm nəyə desəniz deyərdi. İnsanın gərək sənətdə bəxti gətirsin. Mənim kimi bəlkə də oxuyan yoxdur. Özümdən razıyam, həm gözəlliyimdən, həm də səsimdən. Niyə də razı olmayım?! Rübabənin səsindən məndə varsa, mən niyə özümdən razı olmayım ki?!” deyə Tahirə Muradova deyib. Tahirə Muradova əvvəlki toylardan da danışıb. “Mən sənətə gələndə Ruhəngiz Musəvi, Kəmalə Rəhimli, Təranə Vəlizadə kimi sənətçilər də fəaliyyət göstərirdilər. Görüşürdük, bir-birimizlə hal-əhval tuturduq. Onlarla birlikdə toylarda olmuşuq. Tək apardığım toylar da olub. Aramızda mehribanlıq var idi, indiki kimi bir-birimizə paxıllıq etməmişik. Bir toy artıq olanda o birinə vermişik ki, gedib o da çörək qazansın. Hamı bir-birinə xeyir verirdi. İndiki toylarda oxumağa nə var ki? Diskin varsa asandır. Elə adam var ki, başqasının səsi ilə gedib oxuyur, pul qazanır. Mən gedən toylara getsinlər, görüm oxuya bilərlər? Canlı oxusunlar, onda deyərəm ki, sənətkardırlar. Sənəti yaman günə qoyublar. Kim nə istəyirsə o mahnıları yazır, oxuyur” deyə Tahirə Muradova bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|