“Açıq-saçıqlığı heç vaxt sevməmişəm, qadının da məhrəm yeri olmalıdır, bədənini hamı görməməlidir”
Tarix: 14-06-2023, 09:46 | Çap et
“Sizin də bildiyiniz kimi Türkiyədə yaşayırdım. Hal-hazırda Azərbaycanda, öz vətənimdəyəm. Yeni layihələr, film və seriallar olmadığı üçün hələ ki, heç yerdə çəkilmirəm. Çünki təklif olunan dəvətlər həm çox azdır, həm də əksəriyyəti məni qane etmir. Nə ssenari, nə də ki, qonorar ürəyimcə deyil. Maraqlı ssenari olarsa, qəbul etmək olar. Ssenari zəif olduğundan, artıq verilən qonorarların da əhəmiyyəti olmur. Yay tətilidir, istirahət edirəm. Bu mövsümün sonunda yenə də işlərimizlə davam edəcəyik. Təbii ki, xarici ölkələrlə, ələxsus da Türkiyə ilə yeni layihələrə dəvət almışam, onları dəyərləndirəcəm. İstərdim ki, fantastik bir filmdə rol alım. Belə bir obrazda özümü sınamaq istərdim. Demək olar ki, bütün janrlarda-drama, mistika, qorxu, əkşın filmlərində rol almışam”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Gülşən Hüseynli deyib. Aktrisa Türkiyədə təqdimatı olan və məşhurlaşan “Yalnış anlama 2” filmindən də danışıb. “Nəzərə alsaq ilk dəfə idi ki, bir azərbaycanlı aktrisa Türkiyədə baş rolda filmdə oynayırdı. Bu xoşbəxtlik mənə qismət oldu. Məndən öncə heç bir azərbaycanlı aktrisa Türkiyədə çəkilən film və serialda baş rolda oynamayıb. Bu baxımdan ilk idim. Bu mənim üçün böyük bir məsuliyyət və qürur hissi idi. Məni bu rola istedadıma, zahiri görünüşümə görə layiq bildilər. Çünki mənim gözəlliyim, boyum-buxunum, fiziki görünüşüm nə türk, nə də ki, Hollivud aktrisalarından geri qalmır. Düşünürəm ki, hətta Hollivudda da çəkilən filmlərdə baş rolu oynayacaq aktrisayam. Mən çox sadə insanam, bunu mənə çox adam deyir. Bu sadəliyimə görə də həmişə irəli gedirəm. Allah hər kəsin ürəyinə görə verir. Sənətimə görə yaşım az olsa da, sənətim çox böyükdür. Mən hər şeyin ən yaxşısına layiqəm” deyə aktrisa bildirib.
Aktrisa filmlərimizdəki açıq-saçıq səhnələrdən də danışıb. “Bir insanın sənəti yoxdursa, o açıq-saçıqlıq ilə, şəxsi həyatını reklam edib, gündəmə gətirməklə irəli getmək istəyəcək. Çünki göstərəcək bir şeyi yoxdur. Mən əgər bunları etsəydim, bəlkə daha da məşhur olardım. Xəbər saytları haqqımda daha çox yazardı. Nədənsə bizdə sənətdən çox açıq geyinənlər, yüngül hərəkətlər edənlər irəli gedir. Bu hər zaman belədir. Fərqliliyim onda olub ki, açıq-saçıqlığı sevməmişəm. Həm xasiyyətimə uyğun deyil, həm də açıq-saçıq geyimlərdə fotolar paylaşmağı sevmirəm. Düzdür, buna fiziki görünüşüm çox imkan verir, paylaşanların hamısından da gözələm. Amma istəmirəm ki, mənim bədənimi hər kəs görsün. Qadının da özünün bir məhrəmi olmalıdır. Çünki reklama görə hər şeyin şitini çıxaranlar, öz gələcəklərini düşünmürlər. Amma mən öz gələcəyimi də hər zaman düşünürəm və istəyirəm ki, mənə hörmət esinlər. Açıq-saçıqlıqla qabağa getmək istəyənlər elə bilirlər ki, hər kəs onları sevir. Amma əksinədir, hər kəs onları qınayır. Nə qədər çox qınansalar belə, düşünürlər ki, irəli gedirlər. Bu artıq qara piyardır. Reklamın qar növüdür. Sənəti olan o qədər aktyor, aktrisalarımız var ki, onları ümumiyyətlə verilişlərə dəvət etmirlər, onlar haqqında nəsə paylaşım etmirlər. Biri çıxıb tik-tokda nəsə bir şit hərəkət edir, səhəri gün bütün kanallarımızda onu göstərirlər. Televiziya kanallarında da bir boşluq var ki, onlar sənətə yox, ucuz reklama üstünlük verirlər. Bunu tək mən yox, sənəti olan bütün insanlar deyir. Buna görə də çox verilişlərə artıq getmirəm” deyə aktrisa bildirib.
Aktrisa Gülşən Hüseynli bildirib ki, rejissorlar yoldan keçəni filmlərdə çəkir. “Nəzərə alsaq ki, bizim kinoteatrlarımızda açıq-saçıq səhnəli filmlərin nümayişinə icazə vermirlər, yaxşı bəs bu filmlər kimin və hara üçün çəkilir? Bu sahədə senzura var. Mən düşünürəm ki, rejissorlar öz maraqları, fantaziyaları üçün bu səhnələri çəkirlər. Onsuz da bunu heç yerdə göstərməyəcəklər. Həmin filmlərdə çəkilən “aktrisa” lar da reklam olunmaq istəyirlər. Görürlər ki, normal bir rola onları çəkən yoxdur, məcbur olurlar rejissordan gələn təkliflərə “hə” deyirlər ki, ad olsun ki, nəyəsə çəkildilər. Bununla özlərinə rahat şəkildə aktrisa deyirlər. Soyunmaq hələ aktrisa olmaq demək deyil. Kimi istəsən, çöldən keçəni də götürüb çəksən o soyunacaq. Bunun üçün heç bir aktrisalıq fəaliyyəti tələb olunmur. Ona görə də filmlərimiz bu gündədir. Çünki hansısa tanınmış, savadlı aktrisaya pul, qonorar vermək istəmirlər. Ona görə də yoldan keçənləri çəkirlər. Onlara deyirlər ki, səni məşhur edəcəyik. O da qaça-qaça gedib çəkilir. Bununla da boş-boş filmlərimiz ortaya çıxır, onlara da heç kim baxmır. Belə olan halda da yaxşı aktrisalarımız qalırlar kənarda, onların sənətinə dəyər verilmir. 2-3 il bundan öncə daha çox filmlər çəkilirdi. İndi isə heç nə çəkilmir. Düşünürəm ki, belə getsə sənətçilərimizin fəaliyyəti dayanacaq, bizdə belə aktyor-aktrisalıq deyilən bir sənət olmayacaq. Çox acınacaqlı bir haldır. Bəzən oturub fikirləşirəm ki, ya gərək aktrisa olmazdım, olurdumsa da başqa ölkədə olardım. Getdikcə də pisə doğru gedir. Bu dəqiqə özünüz də görə bilərsiniz ki, sənəti olan bütün aktyor-aktrisalar hamısı işsizdir. Yeni bir nəfəs lazımdır incəsənətimizə ki, film sahəsini dirçəltsin” deyə aktrisa Gülşən Hüseynli deyib.
Aktrisa bildirib ki, ölkə teatrlarından bir neçəsi ona iş təklifi edib.
“Teatr gözəl bir məktəbdir. Sözün düzü müraciət etməmişəm, amma təkliflər gəlib. Bəlkə də gələcəkdə işləyə bilərəm” deyə o bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|