Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                 

"Elza Seyidcahan gedib faşistlər partiyasının, yaxud təbiəti məhv edənlər cəmiyyətinin üzvü olmayıb ki..." - QALMAQAL
Tarix: 6-07-2023, 09:04 | Çap et
"Elza Seyidcahan gedib faşistlər partiyasının, yaxud təbiəti məhv edənlər cəmiyyətinin üzvü olmayıb ki..."
Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev E.Seyidcahana üzvlük vəsiqəsini təqdim edib. Ara-sıra bayağı şeirlər yazan müğənninin AYB-yə üzv olması həm onu, həm də qurumu hədəfə gətirib. Bəzi qələm adamları Elzanın AYB-yə üzv olmasını Yazıçılar Birliyinə həqarət kimi də qiymətləndirirlər. Hətta buna görə AYB üzvlüyündən istefa verənlər də oldu. Belə ki, tanınmşı şair, publisist, 1994-cü ildən AYB-nin üzvü olan Mürvət Qədimoğlu Həkəri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə istefa ərizəsi ilə müraciət edib.

“Sizdən xahiş edirəm ki, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağımı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, məni AYB-nin üzvlüyündən azad edəsiniz”, - deyə ərizədə qeyd olunub.

Bununla belə, Elza Seyidcahanın üzvlüyünü dəstəkləyən yazıçı və şairlər də oldu.

Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu Pravda.az-a deyib: “Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsi var. Yaradıcılıqla məşğul olan hər bir kəs bu nizamnamənin tələblərini yerinə yetirirsə, AYB-yə üzv ola bilər. Ərizə yazır, anket doldurur, çap olunmuş kitabını, ona verilən üç zəmanəti, hətta üç-dörd ölkədə çəkilmiş fotolarını təqdim edir, AYB-nin Komissiyası baxır, səs çoxluğu ilə layiq bilirlər, onu AYB-nin sıralarına götürürlər. Burada qeyri-adi heç nə yoxdur. Elza Seyidcahan gedib faşistlər partiyasının, yaxud təbiəti məhv edənlər cəmiyyətinin üzvü olmayıb ki, AYB-nin üzvü olub də. Şeir yazır. Elza Seyidcahanın şeirləri kiminsə xoşuna gələ də bilər, gəlməyə də. Bu, normal bir şeydir.

Elza xanımın yazdığı şeirlər kimisə güldürürsə, deməli, yaradıcılıq var. Şeir budur ki, ya güldürməli, ya da ağlatmalıdır. Düşündürməli, kədərləndirməli, sevindirməlidir. Ən böyük dəhşət o olar ki, hamı o şeirə biganə qalar. Bu, faciədir. Onda həmin insan qələmi yerə qoymalı, ayrı işlə məşğul olmaldır. Amma bir insanın yazdığı bədii parçalar, şeirlər kimisə müxtəlif ovqatlara sala bilirsə, deməli, nəsə var. Elza Seyidcahanın şeirlərinə bəziləri qəzəblənir, əksəriyyəti gülür. Olsun də gülüş. Mirzə Ələkbər Sabirin şeirlərini oxuyub necə gülürdük?"

Şair Murada Köhnəqala isə qeyd edib: “Elza Seyidcahan AYB-yə üzv olub, hamı biri-birinə dəyib.

Niyə, a balam, nə olub? Elza xanım gözəl müğənni, talantlı bəstəkar olmaqla yanaşı, həm də yenilikçi şairdir. Şəxsən mən Elza xanımın şeirlərini çox sevirəm. Yazdıqları həmişə orijinal, maraqlı və pozitivdir. Onun avanqard imici isə həmişə mənə inqilabçı sənətkar təsiri bağışlayıb. Bu qədər bozluğun içində və bir belə tənənin qarşısında bir sənət bağçası yaratdığına görə Elza xanıma böyük hörmətim var. Elza xanımı bir novator kimi çox sevirəm".

Bəs Elza Seyidcahan hansı meyarlarla, hansı yaradıcılığına görə AYB-yə üzv olub? Onu qınayanlara cavabı nədir? Əməkdar artist Elza Seyidcahan Musavat.com-un bu və digər suallarını cavablandırıb:

- Elza xanım, hələ bir neçə il əvvəl AYB-yə üzv olmaq istəyirdiniz və nəhayət ki, bu arzunuza çatdınız...

- İstəyirdim deyəndə ki, mən sanki elə bil AYB-nin ağuşunda idim. Mən bəstəkar adamam, kimsə şairliyimə dəyər vermək istəyirsə, bəstələdiyim mahnılara baxsınlar, görsünlər ki, mən hansı şairlərin sözlərinə mahnılar bəstələmişəm. Mən Nəsiminin, Füzulinin, Əliağa Vahidin sözlərinə mahnılar bəstələmişəm. Mahnılarıma baxıb şairliyimə dəyər vermək olar.

İnsanlar mənə zəng edib deyirdilər ki, Elza xanım, siz ki bu cür gözəl şeirlər yazırsınız, niyə AYB-yə üzv olmursunuz? Hətta bu sualı yazıçı Anara da vermişdilər. Sualı o qədər vermişdilər ki, axırda Anar müəllim də demişdi ki, “Elza xanım bizə müraciət etməyib, edərsə, bu məsələyə baxarıq”. Rəhmətlik xalq şairi Fikrət Qoca da demişdi ki, “hələ pandemiyadır, sonra bu məsələyə baxacağıq”.

Beləliklə, kitabımı AYB-yə təqdim etdim, sənədlərimi hazırladım, təqdim etdim. Əlbəttə ki, tənqidlərlə də üzləşdim. Tənqid edənlərin arasında bizim əfsanəvi aktyorumuz Rasim Balayev də var idi. Amma bir çox ziyalılar onun qarşısında məni müdafiə etdilər, o cümlədən deputat, akademik, filologiya elmləri doktoru Nizami Cəfərov, Aqil Abbas və sair. Onlar özləri də poeziya aləminin insanıdır və bilirlər ki, kimi müdafiə etmək lazımdır, kimi yox.

Onu da qeyd edim ki, mən uşaqlıqdan şairliyə başlamışam, yəni bəstəkarlıqdan öncə. Artıq bundan sonra özümə həm də şairə deyəcəm və bu məsuliyyəti layiqincə daşıyacam. Yəni bəzilərindən fərqli olaraq bir ad alıb, arxayınlaşan deyiləm.

İlk zəng edib, təbrik edən Anar müəllim oldu. Daha sonra müşavirləri zəng edib, təbrik etdilər.

İki gün öncə zəlzələ oldu və mənim AYB vəsiqəsi almağım sanki bu zəlzələni insanlara unutdurdu.

- Sosial şəbəkədə yayılan fotolardan da görünür ki, Çingiz Abdullayev sizi çox xoş qarşılayıb.

- Çingiz Abdullayev kimi əfsanənin məni necə qəbul etməsini ömür boyu yadımdan çıxarmayacam. Görüş zamanı Çingiz Abdullayev mənə öz məsləhət və tövsiyələrini verdi. Səməd Vurğun haqqında xatirələrini bölüşdü. O, mənə “Çox xoşbəxt adamsınız ki, Səməd Vurğun kimi şairin iş otağında vəsiqəni qəbul edirsiniz, vaxtilə Heydər Əliyev də bu otaqda olub” dedi. Mən Çingiz müəllimin heyranıyam. O, İkinci Qarabağ müharibəsi zamanı bizi dünyada, Rusiyada dəfələrlə təbliğ etdi, bədnamların cavablarını verdi. Biz belə ziyalılarımızla hər zaman fəxr edirik.

- AYB-yə üzv olmaq üçün 15, yoxsa 150 manat ödədiniz?

- Xeyr, üzvlük haqqı nə qədərdirsə, o qədər ödədim və mənə dedilər ki, bir də gələn il ödəyəcəm.

- Sizi tənqid edənlərə cavabınız nədir?

- Tənqidlərə çox açığam, amma baxır kim tənqid edir. Mən o tənqidlərdən çox gözəl nəticələr çıxardıram. Hər kəsə təşəkkür edirəm ki, ötən gündən mənim telefonum susmur, hamı məni təbrik edir, sosial şəbəkələrdə də müzakirələr, hətta mübahisələr edilir.

Ümumiyyətlə, qeyd edim ki, məni hər zaman AYB-dəkilər çox sevib, hər zaman da deyirdilər ki, “biz Anar müəllimin qərarını gözləyirik, o, rəy verərsə, səni mütləq üzv qəbul edəcəyik”. Mənə rəy verənlər arasında Nizami Cəfərov, Cığatel də var. Həmçinin Seyran Səxavət, Sayman Aruz, Səlim Babullaoğlu, Rəşad Məcid, Qəşəm Nəcəfzadə məni təbrik etdilər. Mənə dedilər ki, “ailəmizə xoş gəldin”. Sağ olsun, Baba Vəziroğlu da mətbuata açıqlamasında barəmdə xoş sözlər deyib.

Hətta Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də məni təbrik etdi. Mən artıq önə baxıram, mənim işlərim var. Məni anlayanlara təşəkkür edirəm, inanıram ki, anlamayanlar da sonra anlayacaqlar.

Xatırlayırsınızsa, zamanında şair Şəhriyar Del Gelani məni studiyada görəndə salam vermədi və məni onun haqqında “Bığ” şeiri yazmağa məcbur etdi. İndi də məni müzakirə edənlər məni məcbur edir ki, onlara şeir yazım. Artıq onlar barəsində “Məni yazın, məndən yazın” adlı şeir yazmaq üçün mənə ilham gəlir. Yəni bu ilhamı mənə onlar verir...
//musavat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Dünən, 08:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru