“İnanıram ki, kinomuz əvvəlki simasına qayıdacaq”
Tarix: 2-08-2023, 09:18 | Çap et
Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-dən başlayır. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti ("Bibiheybətdə neft fontanı yanğını", "Qafqaz rəqsi" və s.) nümayiş etdirib.
1923-cü ildə ölkəmizdə “Azərbaycanfilm” kinostudiyası yaranıb. 1920-ci illərdə səssiz filmlər, 1936-cı ildə ilk səsli, 1950-ci illərdə isə rəngli filmlər çəkilməyə başlayıb.
Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust – ölkəmizdə kino işçilərinin peşə bayramı kimi elan olunub.
Bu il Azərbaycan kinosunun 125, “Azərbaycanfilm”in isə 100 illiyidir.
Tanınmış kino xadimləri kinomuzun bu günü, gələcəyi ilə bağlı fikirlərini, arzu, istəklərini Teleqraf.com-la bölüşüblər.
“İnanıram ki, kinomuz əvvəlki simasına qayıdacaq”
Xalq artisti Rasim Babayev: “Obyektiv və ya subyektiv səbəblərə görə Azərbaycan kinosu çətin günlər yaşayır. Amma bizim uzun illər yaxşı filmlərimiz olub. Artıq əlaqədar təşkilatlar, nazirliklər kino sahəsi ilə ciddi məşğuldurlar. İnanıram ki, Azərbaycan kinosu yaxın gələcəkdə özünün əvvəlki simasına qayıdacaq və ölkəmizdə yenidən yaxşı filmlər çəkiləcək.
Kino ittifaqlarının birləşməsinə gəlincə, mən hər zaman bunun tərəfində olmuşam. Düşünürəm ki, güc birlikdədir. Kino xadimlərimiz bir ittifaqda birləşsə daha səmərəli işlər görüləcək”.
“Film çəkilişlərinə həsrət qalmışıq”
Əməkdar artist Zemfira Sadıqova: “Arzu edirəm ki, tezliklə Azərbaycanda çoxlu bədii filmlər çəkilsin. İnsanları düşündürən, onları tərbiyəli yola çəkən filmlər... İstəyirəm ki, keçmiş retro filmlər kimi yenə də baxımlı filmlər ənənəsi davam etsin, kinematoqrafçılar tezlikle yeni, maraqlı filmlər çəkməyə başlasınlar. Çünki aktyorlar, rejissorlar və eləcə də kinonun müxtəlif sahəsində çalışan insanlar neçə illərdir ki, filmlərin çəkilişinə həsrət qalıblar.
Ümid edirəm ki, yeni nazirimiz bu işə əncam çəkər”.
“Dövlət strukturlarının kinomuza münasibəti ciddiləşib”
Əməkdar incəsənət xadimi Elxan Cəfərov: “Arzum budur ki, Azərbaycanda ciddi kino istehsalatına start verilsin. İnanıram ki, hazırda kinomuzda baş verən adminstrativ dəyişikliklərin bir xeyri olacaq. Biz – kino xadimləri çox ümidliyik ki, Azərbaycan kinosu bu ildən başlayaraq ciddi istehsal rejiminə keçəcək. Çəkdiyimiz filmlər həm xalqımızı sevindirəcək, həm də bizə dünyada şöhrət qazandıracaq.
Kino sahəsinin yeni eraya qədəm qoyması ölkəmiz üçün bilavasitə xeyirli olacaq. Bu o deməkdir ki, dövlət strukturlarının kinomuza, kinematoqrafçılara münasibəti daha da ciddiləşib. Bu, çox müsbət faktordur”.
“Kinoya ayrılan maliyyə daha keyfiyyətli filmlərin çəkilməsinə xərclənsin”
Aktrisa Zemfira Əbdülsəmədova: “İstəyirəm ki, aktyorların, rejissorların - kino adamlarının rifahı daha yaxşı olsun. Yəni, həm yaradıcılıq, həm də maddiyyat baxımından.
Düşünürəm ki, kino ittifaqlarının birləşməsi kinomuzun inkişafına gətirib çıxaracaq, artıq ikitirəlik yaranmayacaq, kinonun inkişafı naminə hamı birləşib eyni yerə çəkici vuracaq.
İndiyə qədər görülən işlər mənə görə qənaətbəxş deyil, amma bundan sonra inanıram ki, atılacaq addımlar kinonun rifahı naminə olacaq.
Hazırda kinoya müəyyən büdcə ayrılır, amma istəyirəm ki, bu büdcə daha keyfiyyətli filmlərin çəkilməsi naminə xərclənsin və bundan həm kino sahəsində çalışan yaradıcı insanlar, həm də tamaşaçılar böyük zövq alsınlar.
Aydın məsələdir ki, yaradıcılıq bir kənara, film yaxşı maliyyə tələb edir. Kinoya yaxşı maliyyə ayrılsa Azərbaycan reallığını, zəfərimizi əks etdirən yaxşı filmlər çəkə bilərik və çəkilməlidir. Həqiqətən də kəmiyyət və keyfiyyət bir-biri ilə uyğunlaşarsa bu çox gözəl nəticə verə bilər. İnanıram ki, bundan sonra bu kimi detallara diqqət yetiriləcək”.
“Bu il yeni kino erasının başlanğıcı olmalıdır”
Əməkdar artist Elnur Kərimov: “2023-cü il “Azərbaycanfilm”in 100, Azərbaycan kinosunun 125, ulu öndər Heydər Əliyevin də ildönümüdür. Düşünürəm ki, bunun özəl bir bağlılığı var. Kinomuzun ən çətin anlarında filmlərin çəkilməsində ulu öndərin böyük xidmətləri olub. “Nəsimi” filmi bunun bariz nümunəsidir. Eyni zamanda mən bunu “Uzaq sahillərdə” filminə şamil edə bilərəm, çünki Mixaylonun - Mehdi Hüseynzadənin böyük qəhrəmana çevrilməsini film vasitəsilə bütün dünyaya çatdıra bildik.
Sevinirəm ki, mən də Azərbaycan milli kinosunun kiçik bir hissəsiyəm. 5 il öncə mən kinomuzun 120 illiyində əməkdar artist adına layiq görüldüm.
Bu ilin aprel ayında ölkəmizdə keçirilən kino forumunda bir çox fikir və problemlər dilə gətirildi və bütün bunlar lazimi ünvanlara çatdırıldı.
Kinomuzun inkişafı, gələcəyi üçün atılan addımlardan biri də kino ittifaqlarının birləşməsi oldu. Bu bizim hər birimizin qəlbinə rahatlıq verdi. İstəyirəm ki, sizin vasitənizlə kinonun inkişafında xidmətləri olan gənclərə də öz minnətdarlığımı bildirim. Çünki bir qrup gənc rejissor, yaradıcı insan öz hesabına və ya dövlət dəstəyi ilə filmlər çəkirlər. Bu filmlərin bir çoxu beynəlxalq festivallarda nümayiş etdirilir və yaxşı nəticələr əldə edir. Geniş ictimaiyyət bundan xəbərdar olmasa da, mən aparıcısı olduğum “Gün başladı” verilişində mütəmadi olaraq bu mövzunu gündəmdə saxlamağa çalışıram. Həmin filmləri çəkən gəncləri, yaradıcı heyəti tez-tez verilişə dəvət edir, onları xalqımıza tanıtdırırıq.
İnanıram ki, kinomuzun tarixi kimi gələcəyi də şərəfli olacaq. Bu il yeni kino erasının başlanğıcı olmalıdır. Azərbaycan kinosu yaşamalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|