“Vado Korovinə verilişimin halallığını vermirəm, mənə böyük haqsızlıq etdilər” - QALMAQAL
Tarix: 3-08-2023, 09:33 | Çap et
“İki ildir ki, “Speys” televiziyasında çalışıram. 1 ildir ki, tam ştatdayam. Müşfiq Hətəmovun vaxtından “Speys maqazin” verilişinin aparıcısı olmuşam. Bildiyiniz kimi sonradan telekanala Vado Korovin rəhbərlik etməyə başladı. Bu vaxtı da verilişim davam edirdi. Həm layihə rəhbəri idim, həm də aparıcı. Komandamız o qədər də böyük deyildi, 3 nəfərdən ibarət idik. Amma maqazin verilişini elə səviyyəli və gözəl şəkildə təqdim edirdik ki. Bir mən, bir redaktor, bir də müxbir vasitəsilə... Veriliş həftədə bir dəfə, hər şənbə günü 22:00-da efirə gedirdi. Reytinqi də çox gözəl idi. Yeni komanda gələn kimi bir neçə aparıcını kanaldan uzaqlaşdırsalar da, mənə dəyib toxunan olmadı. Mənə etimad göstərdilər, mən də onlara etimad göstərdim. Buna görə dəfələrlə rəhbərliyə təşəkkürümü də bildirmişəm. Bir gün gördüm ki, verilişimin vaxtını dəyişdiriblər. Artıq yeni rəhbərliyin mənimlə müharibəsi başladı” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Aytən Leylaqızı deyib. O bildirib ki, yeni rəhbərlik verilişin vaxtını hər dəfə dəyişdirib, tamaşaçıları televiziyadan uzaq salırdı. “Verilişim hər şənbə saat 22:00-da efirə gedirdi. Gah atdılar saat 21-00-a, gah atdılar bazar gününə. Elə vaxtlara salırdılar ki.. Verilişin bir vaxtı olmalıdır ki, izləyicilər oturub həmin verilişi, aparıcını gözləsinlər. Öz vaxtımda, yəni saat 22:00-da mən 4-5 reytinq verirdim. Tamaşaçı əgər verilişin vaxtına görə çaş-baş qalıbsa burada hansı reytinqdən danışmaq olar?! Bunu məqsədli şəkildə edirdilər ki, veriliş reytinq verməsin və məni bu səbəblə asanlıqla işdən çıxarsınlar. Yenə də heç nə demədim, sakitcə dayandım. Amma incikliyimi bildirdim və söylədim ki, verilişin vaxtını dəyişmək düzgün deyil. Onlar məni verilişlərə çıxarır, hər şey çox gözəl şəkildə davam edirdi. Vaxt gəlib çatdı mənim məzuniyyətimə. Avqustun 1-dən 14-nə qədər mənim məzuniyyət vaxtım idi. Orada bir baş redaktor var, adı Elnurədir. Ondan soruşdum ki, məzuniyyətə gedib qayıdandan sonra mən nə edəcəyəm?! Nə vaxt başlayırıq? Necə edirik?! Mənə dedi ki, bu haqda sizə bir söz deyə bilmərəm, gedin Vado müəllimin qəbuluna. Vado Korovin mənə dedi ki, Aytən xanım, veriliş reytinq vermir. Ona dedim ki, sonuncu verilişimdə 1.7 reytinq vermişəm. Ona verilişin vaxtının dəyişdirilməsi ilə bağlı haqlı iradlarımı da bildirdim. Bunun özümə qarşı haqsız və hörmətsiz hərəkət olduğunu dedim. İstehza ilə gülərək dedi ki, ola bilər ki, bir dəfə reytinq verəsiz. Son sözü bu oldu ki, veriliş bağlanır və sən də “Speys” tv ilə sağollaşırsan. Mənim üsyanım odur ki, səbəb gətirsinlər ki, mən niyə görə “Speys” dən uzaqlaşdırıldım?! Buna səbəb gətirsinlər! Bu reytinq söhbəti də deyil. Elə də böyük bir məvacib almıram. Ay Vado Korovin, sən ora öz komandanla gəlmisən, qızını, yeznəni, digər qohumlarını ora gətirmisən. Onlara yüksək maaş verirsən və çox az məvacib verən işçini televiziyadan uzaqlaşdırırsan?! Özü də səbəbsiz yerə! “Speys maqazin” davam edir. Əgər veriliş bağlansaydı deyərdim ki, ixtisara düşdüm, normal hal kimi qəbul edərdim. 13 ildir ki, televiziyadayam, bütün bu nömrələri çox gözəl bilirəm. Veriliş aparıcısız davam edir. Ehtimal var ki, özü ilə “Atv”-dən “Speys”-ə gətirdiyi aparıcı Raksana İmiri “Speys səhər” verilişindən çıxarıb, mənim reytinq verən verilişimə aparıcı qoyacaq. Bir sözlə “Speys” kanalında at oynadırlar. Vado Korovinə min bir əziyyətlə ərsəyə gətirdiyim verilişimin halallığını vermirəm! Bəs mənim əziyyətim, yuxusuz gecələrim, həyəcanlarım?! Heçmi vicdanınız sızlamadı?! Heçmi haqsızlıq etdiyiniz üçün narahat olmadınız?! Sizin vasitənizlə “Speys” kanalının sahibi, ulu öndərimiz Heydər Əliyevin qızı, çox hörmətli Sevil xanım Əliyevaya səslənirəm ki, bu haqsızlığı görsün. Məni və bir çox insanları xilas etsin! Mən “Speys maqazin” verilişinə görə 8 nüfuzlu mükafat almışam” deyə aparıcı bildirib. Tanınmış aparıcı “Speys” kanalının həyətinə çəkdiyi xərclərdən də danışıb. “Bir gün rəhbərlik məndən xahiş etdi ki, Aytən xanım, sizin dostunuz var, olarmı ki, “Speys”-in həyətini düzətdirəsiz?! “Speys” tv-nin həyətinə 6 min manat civarında vəsait qoydurdum. 300 dənə gül göndərtdirdim. İşıqlandırma işlərini gördülər. Bisetkalar, oturacaqlar gətirdilər. “Speys”-in həyətində bir işıq yox idi, oranı mən işıqlandırdım. Vado müəllim də mənə buna görə təşəkkürünü bildirmişdi. Mən heç vaxt etdiyimi deyən biri deyiləm. Bütün bunları deməyə məni məcbur etdilər” deyə o bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|