“AKKORD”UN İŞÇİSİ CİNAYƏT BAŞINDA YAXALANDI
Tarix: 28-09-2012, 12:40 |
Çap et
O, ŞİRKƏTİN DİZELİNİ SATMAQ İSTƏYİRDİ
"Akkord"un işçisi şirkətə məxsus dizeli oğurlayıb satmaq istəyərkən saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da "Akkord İnşaat Sənaye" MMC-yə məxsus 3155 litr dizel yanacağını oğurlayıb satmağa cəhd göstərmiş, oranın işçisi Fuad Heydərov saxlanılıb.
Fatla bağlı cinayət işi başlanıb.