“DEPUTAT YERLƏRİNİN 80 FAİZİ RÜŞVƏTLƏ MÜƏYYƏNLƏŞİR”
Tarix: 30-09-2012, 14:05 | Çap et
“QALANLARI QOHUM ƏQRABALARDIR”
Gülər Əhmədovanın rüşvət skandalıyla bağlı məsləyə mövcud rejimin daxili iyrəncliklərini bilən və uzun müddət ona qarşı mübarizə aparan ACP lideri Rəsul Quliyevin münasibətini öyrənməyə çalışdıq. Elə ilk sualımız da ona “bu hadisəni necə qiymətləndirirsiniz” oldu. Eks-spiker bizimlə söhbətə belə başladı:
- Gülər Əhmədova haqqında videoyazıda göstərilən proseslər və Elşad Abdullayevin rüşvət verməklə deputat olmaq istəməyi tamaşası ildə Azərbaycanda minlərlə dəfə təkrarlanan, baş verən ssenarilərdən biridir. Çəkilməyən videolarda prezidentdən tutmuş yol polisinə qədər minlərlə Gülər xanım kimi rüşvət yığanlar və minlərlə Elşad müəllim kimi rüşvət verənlər eyni məzmunlu, ancaq müxtəlif variantlarla , ya daha aqresiv və ya daha mülayim şəkildə sövdələşirlər. Bu videoya baxıb “ah, uf” edənləri başa düşmək çətindir. Nə qeyri adi bir iş baş verib ki, xanımlar və cənablar? Məgər, bu hadisə hər bir vətəndaşın gündəlik həyatında gördüklərindən və elədiklərindən nə iləsə fərqlənir? Bəyəm, polis serjantı olmaq üçün verilən rüşvətlə, deputat kreslosunu almaq üçün verilən rüşvətin arasında nə fərq görürsünüz? Kimisə qınamamışdan əvvəl hər biriniz öz həyatınızdan rüşvət verdiyiniz anları xatırlayın.
Videoda göstərilən kadrların təhlilinə gəlincə, onu seyr etdikcə məlum olur ki, bu səhnələr Abdullayevin 3-cü cəhdidir. Yəni, onun pul verib deputat seçilməməsi birinci dəfə deyildir . Bəlkə də həmin digər iki dəfənin qəzəbi onu sonuncu söhbəti yazmağa vadar edib. Heç şübhə yoxdur ki, Abdullayev əvvəlki iki dəfə rüşvət verib deputat seçilməyəndən sonra verdiyi pulu geri ala bilməyib. 3-cü dəfə pulu geri almaq üçün bu videonu çəkib və düşünürəm ki videonu youtuba qoymamışdan öncə bir neçə dəfə Əhmədovaya sifarişlər və videodan parçalar göndərib. Çox ehtimal ki, ondan geri almaq istədiyi pulun miqdarı verdiyindən çox olub.Əvvəllər verdiyi rüşvətləri də onun üstünə gəlib.
Mənim heç şübhəm yoxdur ki, xanım Əhmədova aldığı pulun azı 80 faizini onun işini düzəldəcək adama verib. Özünün aradüzəltmə haqqını da əlbəttə ki, götürüb. Şantajdan təşvişə düşən Gülarə xanım birinci sözsüz ki, pulu verdiyi şəxsin yanına gedib. Bəlkə də xahiş edib ki, pulu Abdullayevə qaytarmaq lazımdır, yoxsa o bizi biabır edəcək. Ancaq o bilməliydi ki, verilən rüşvəti işi düzəldib düzəltməsindən asılı olmayaraq bu rejimin liderləri heç vaxt geri qaytarmırlar. Belə bir ənənə hələ yaxın keçmişimiz 1995-ci ildən qoyulmuşdu. Hələ o vaxtı mənim belə şarlatanlıqlarla əlaqədər prezidentlə çox xoşagəlməz söhbətlərim də olmuşdu.
İndiki prezidentimizdə də o vaxtdan belə bir xarakter formalaşmışdı. Çoxları yəqin, unudub, ancaq 1997-ci ildən onun neft kompaniyasındakı kabinetinin qarşısında rüşvət vermək üçün növbə düzülərdi.
Əliyevlərin və onların ətrafındakıların çox maraqlı arqumentləri var idi. Bu qədər pulu rüşvət verən haradan yığıb? Deməli oğurlayıb. Leninin məşhur kəlamı üzərində işlərini qururdular. �?’Oğurlanmışları oğurla!’’ Və yaxud bizim öz milli “mentalitetimizlə” desək, “oğrudan oğruya halaldır”. Pulunu geri istəyənlərin üzərinə prokurorluğu qısqırdırdırlar, yazıq bir o qədər də yenidən rüşvət verməli olurdu. Bu sistem nəinki dəyişməyib, əksinə daha artıq əxlaqsızlaşıb. Milyon dollarla rüşvət verib nazir olmaq istəyənlərin siyahısını vermək olar. Hansı ki, nə nazir postunu ala bilib, nə də verdiyi rüşvəti.
-Sizcə, Gülər xanım bu korrupsiya ierarxiyasında hansı mərtəbədə dayanırdı?
-Korrupsiya sistemində konkret olaraq rüşvətlə deputat yeri müəyyənləşdirən bir adam deyil. Başda sözsüz ki, bir adam dayanır. Ancaq rüşvəti alan vasitəçilərin sayı onlarladır. Həmin şəxslərin də onlarla öz vasitəçiləri var, yəni bu alqı-satqı, daha doğrusu deputat kreslosu satan �?’bazarda’’ 100-lərlə adam çalışır, onlardan biri də məlum oldu ki, xanım Əhmədova imiş. O qədər. Gülər Əhmədova o sistemin ən aşağı mərtəbəsində yer alan adamdır. Amma indi hər kəs onun üstünə düşür. Sanki Azərbaycana rüşvəti gətirən odur. Adını da “qaynana” qoyaraq statusunu bir az da böyük göstərməyə çalışırlar. Millət də hakimiyyətin əsas canı bir kənarda qalır, Gülər Əhmədovanın üstünə düşür. Korrupsiyaya qarşı mübarizə aparmaq istəyən toplum bunu yuxarıdan başlamalıdır. Necə ki, balıq da başdan qoxar.
-Gülər Əhmədova skandalı parlamentin legitimliyini şübhə altına almırmı?
-Təbii ki, alır və bizim indiyə qədər dediklərimizi təsdiqləyir. Bilirsinizmi, Azərbaycanın ən böyük problem nədir? Ən böyük problemimiz bizdə azad rəqabət şəraitində seçki keçirilməsi mühitinin olmamasıdır. Seçkilərin bu cür iyrənc üsullarla “keçirilməsi” buna xidmət edir. Biz həmişə deyirdik ki, seşki rəqabət prinsipinə əməl edilmədən keçirilməsə əsl seçki sayıla bilməz. Rəqabət və fürsət bərabərliyi olmayan cəmiyyətlərdə ancaq meşə və cəngəllik qanunları hökm sürər. Gülər Əhmədovanın məlum videosu da bunun isbatıdır. Video bir faktı bariz şəkildə sübut edir ki, Azərbaycanda seçki hərracı deyilən bir system var. Bu sistem auksionlarda olduğu kimi kimin nə qədər verəcəyi prinsipinə əsaslanır. Məsələn, Əhmədovanın şefi elan edir: -Abdullayev 400 min manat, bir başqa şef isə deyir :- Məmmədov 500 min. Yuxarıda oturan çəkicin vurur 500 min, bir, iki… Bu vaxt başqa birisi ortaya tullanır:- flankəs 600 min . Yuxarıda oturan “600 min… Bir, iki, üç, satıldı.”-deyir. Obrazlı desək , proses prinsip etibarilə bu şəkildə həyata keçirilir.
-Doğrudanmı, deputat mandatlarının hamısı bu cür satılır?
- Deputat yerlərinin azı 80 faizi ancaq rüşvətlə müəyyənləşdirilir, yerdə qalanlar isə qohum əqrabalardır. Orta Asiya və Belarusiyadan fərqli olaraq Azərbaycanda əvvəlcədən bir yerə bir adamı müəyyənləşdirirlər, sonradan seçki şousuna başlayırlar. O biri ölkələrdə fərqlidir. Məsələn, Qazaxstanda maksimum 20-30 faiz rüşvətlə deputat ola bilər. Rüşvəti alan da prezident deyil. Ümumiyyətlə Orta Asiya avtoritarizminin seçki ənənəsinə görə, bəzi yerlərdən iqtidara mənsub bir neçə namizəd seçkiyə qatılır. Onlar arasında həqiqətən də rəqabət prinsipinə söykənən seçki yarışı olur. Bu cəhətilə Orta Asiya ölkələri belə Azərbaycandan daha demokratikdirlər. Orada yenə demokratik seçki ənənəsinin rüşeymləri var və bu rüşeymlər getdikçə inkişaf edərək demokratik sistemə çevrilə bilərlər. Azərbaycanda isə bu cür rüşeymlər belə yoxdur. Seçkilər tam hərraca mal qoyulan kimi keçirilir. Siyahılar öncədən hazırlanır. Xalqa isə seçki günü gedib şouda öz mənasız rolunu oynamaq qalır. Biz bu sistemi durdura bilməsək vəziyyətimiz Orta Asiyalılardan, Afrikanın cəngəllik dövlətlərindən daha ağır olacaq. \ Azpolitika.com \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
|