ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                 

460 MİLYON MANATI KİM YEYİB?
Tarix: 8-10-2012, 12:36 | Çap et
460 MİLYON MANATI KİM YEYİB?
OQTAY GÜLALIYEV SUALLARI CAVABLANDIRIR

“Media forum” saytı oxucularının suallarını “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev cavablandırır.

Azər Əliyev, İmişli: Təbii fəlakət nəticəsində evim qəzalı vəziyyətə düşüb. Siz və daha 2 nəfər rayonumuzdakı qəzalı evlərə baxış keçirəndən sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri İmişliyə ezam olundu. Onlar açıqca bildirdilər ki, “Kür”ün Vətəndaş Cəmiyyəti Qərargahının Fövqəladə Hallar Nazirliyinə təqdim etdiyi siyahıdakı evlərə baxırıq. Bu baxış nəticəsində kəndimizdəki 3 evin sökülüb yenidən tikilməsi, 5-dən artıq evin isə təmiri barədə rəy verildi.

Həmin 3 evin tikintisi çoxdan başa çatıb, amma təmir pulu ödənilməyib. Əlimizdə sənəd olmadığından biz əmin də deyilik ki, bu evlər nə vaxtsa təmir olunacaq, yaxud təmir pulu ödəniləcək. Oqtay müəllimdən soruşmaq istərdim ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bununla bağlı Fövqəladə Hallar Nazirliyi ilə danışıq aparıbmı, onlara konkret söz deyilibmi?

İkinci sualım. Dövlət yardımından qanunsuz olaraq məhrum edilən, ayrı-seçkiliyə məruz qalan fəlakət qurbanları bu ilin martında aclıq aksiyası keçiriblər. Deputat Çingiz Qənizadənin onların ünvanına sərt ifadələr işlətməsi bu rayonda böyük narazılıq doğurmuşdu. Barəsində mətbuatda yazılanların bir təşkilatın işi olduğunu bildirən deputat bununla bağlı müvafiq orqanlara müraciət edəcəyini demişdi. Ardınca siz həbs edildiniz. Hesab edirsinizmi ki, buna həm də o müraciət səbəb oldu?

Cavab: 2010-cu ilin yayında baş vermiş Kür-Araz daşqınları ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı olaraq müəyyən bir mərhələdə Fövqəladə Hallar Nazirliyi ilə intensiv əməkdaşlığımız oldu. Məhz bu əməkdaşlıq nəticəsində evi fəlakətin təsirinə məruz qalmış, problemi həll edilməyən, şikayəti eşidilməyən, unudulmuş yüzlərlə insanın evi tikildi, onlar kompensasiya aldı. Həqiqətən Fövqəladə Hallar Nazirliyinə təqdim etdiyimiz siyahı əsasında nazirliyin komissiyası müəyyən evlərə baxış keçirib müsbət rəy verdi. Ancaq bir çox evin bərpa və ya təmir olunması barədə nazirliyin yerli komissiyalarının müsbət rəyi olsa da, bu işin həyata keçirilməsi yubanır. Bizim də bu barədə nazirliyə müraciətimiz olub. Cavab gözləyirik. Güman edirəm ki, bu problem müsbət həll olunacaq.

İkinci sualınızla əlaqədar qeyd edim ki, həqiqətən Çingiz Qənizadə belə bir bəyanatla çıxış etmişdi. Mənim həbsimdə bu bəyanatın rol oynayıb-oynamadığını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, bu həbs yüksək səviyyədə razılaşdırılmışdı. Hətta həbsimdən bir neçə gün öncə hakimiyyətə yaxın müxtəlif mənbələrdən mənə bu haqda məlumat da verilmişdi. Bütün bunlara baxmayaraq mən fəaliyyətimi davam etdirdim, Sabirabada səfər etdim və həbs olundum. Buna görə peşman deyiləm. Bu, bir qismətdir, taledir. Ümumiyyətlə, mən həbsxanadan çıxanda da demişdim, həbsdən qorxmaq lazım deyil. Həbs mübarizənin bir mərhələsidir. Əsas odur ki, prinsiplərinə sadiq olasan, özünə və mübarizənə inanasan.

Müəllim, Bakı: İyun ayında sizi azadlığa buraxsalar da, haqqınızda açılmış cinayət işi bağlanmayıb. Sizi hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqda və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışda ittiham edirlər. Bu əməl üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yenidən həbs olunacağınızı gözləyirsinizmi?

Cavab: Bu ola da bilər, olmaya da. Mən heç bir qanunsuz fəaliyyətlə, işlə məşğul deyiləm ki, həbs ediləm. Əksinə, biz qanunsuz həbs edilmiş məhbusların, eləcə də köməyə, dəstəyə ehtiyacı olan insanların hüquqlarını müdafiə edirik. Amma Azərbaycan reallığında heç kim həbsdən sığortalanmayıb. Yenə təkrar edirəm ki, həbsdən qorxmaq lazım deyil. Mən heç kimə həbs olunmağı arzulamıram. Amma özümü istənilən an buna hazır hesab edirəm.

Azərbaycan cəmiyyətində həbs edilməyi az qala ölümə bərabər tutan xeyli sayda insan var. Hətta həbsdən çıxanda görüşdüyüm bir müxalifət lideri mənə “Düşmənimin də ora düşməsini arzu etmirəm” demişdi. Onunla sonrakı söhbətdə məndə belə bir təəssürat oyandı ki, bizim bir sıra müxalifətçilərin gerçək müxalifətçilikdən hakimiyyətə yolu həbsxanalardan keçir... Çünki onlar həbs olunub bilməlidirlər ki, həbsxana ölüm düşərgəsi deyil, əksinə, mübarizə, mətinlik, təcrübə meydanıdır. Bəlkə də onlar həbs olunsalar, daha qətiyyətli, daha kəsərli və ardıcıl mübarizə apararlar. Təbii ki, mənim bu sözüm müxalifət liderlərinin hamısına aid deyil.

Aydın, iqtisadçı alim: Oqtay müəllim, sizin haqqınızda çox oxuyuram və fəaliyyətinizi də çox bəyənirəm. Mənim üçün maraqlıdır ki, siz bu işə - regionlarda insanların hüquqlarının müdafiəsi işinə necə gəlib çıxmısız?

Cavab: Xoş sözlərə görə təşəkkür edirəm. 2004-cü ildə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun BP şirkəti ilə imzaladığı anlaşma memorandumu nəticəsində ölkədə fəaliyyət göstərən 27 qeyri-hökumət təşkilatı Bakı-Ceyhan neft kəməri boyunca monitorinq keçirdi. Mənim olduğum qrup həmin prosesdə İnsan Hüquqları Qrupu idi. Həmin vaxt bizə İngiltərədən dəvət olunmuş xüsusi təlimçi - beynəlxalq auditor Klayf Morqan təlim keçdi və biz 2 ildən çox kəmər boyu ərazilərdə “Bakı-Ceyhan”ın insan hüquqlarına təsirini araşdırdıq, əhali qrupları ilə görüşüb onları narahat edən fikirləri öyrəndik və sonrakı mərhələdə onların hüquqlarını qoruduq. O zaman biz xeyli təcrübə əldə etdik. 2010-cu ildə Kür-Araz daşqınları baş verəndə bu təcrübədən də istifadə etdik.

Elman Şahbazov, Qarabağ veteranı, I qrup əlil: 2010-cu ildə Kür-Araz daşqınlarında zərər çəkmişik. O vaxtdan məhkəmələrə gedib-gəlirik. Daşqından zərərçəkmişlərin məhkəməsi nə zaman yekunlaşacaq?

Cavab: “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı olaraq Kür-Araz daşqınlarının təsirinə məruz qalmış 130 nəfərdən artıq vətəndaşın iddia sənədlərini hazırlayıb məhkəmələrə təqdim etmişik. Həmin iddiaların bir qismi məhkəmə ərəfəsində öz müsbət həllini tapıb və onların evləri tikilib, kompensasiya alıblar. Amma hazırda 96 nəfərin iddiası məhkəmə baxışındadır. 2 nəfərin şikayəti Azərbaycanda bütün məhkəmə instansiyalarını keçərək Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub. Hazırda bu proses davam edir.

Prosesin yekunlaşması Azərbaycan hökumətindən, konkret desək, Fövqəladə Hallar Nazirliyindən asılıdır. Çünki problemin həlli ilə bu qurum məşğuldur. Əks təqdirdə şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcək və o məhkəmə bu problemlərə son qoyacaq. Biz istəyirik ki, fəlakətin təsirinə məruz qalmış, problemi bu günə qədər həll olunmayan vətəndaşların şikayətləri məhkəmə instansiyasına çatmadan həll olunsun. Yox, artıq işlər məhkəmədədirsə, heç olmasa burda həll olunsun. Bunun üçün hər cür imkan var. Çünki son iki ildə dövlət büdcəsindən bu istiqamətdə 460 milyon manat vəsait ayrılıb və bu məbləğ problemlərin həlli üçün yetərlidir.

Zərərçəkən, Sabirabad rayonu: İki il üç aydır ki, evimiz daşqın nəticəsində yararsız hala düşüb. Bütün təşkilatlara müraciət etsək də, nəticəsi yoxdur. Ancaq bir dəfə uzun çəkən məhkəmə çəkişməsindən sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evimizdə təmir-bərpa işlərinə ehtiyac olduğunu qeyd etdilər. Buna baxmayaraq həmin gündən bizimlə maraqlanan olmayıb. Bu nazirlikdən məhkəmədə heç kimin iştirak etməməyi bizi narahat edir. Nə vaxta kimi biz məhkəmələrdə sürünəcəyik? Bizim vəziyyətimizlə kim maraqlanıb dərdimizə əlac edəcək?

Cavab: 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarından 2 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də fəlakətin nəticələri tam aradan qaldırılmayıb. Hələ də yüzlərlə insan evinin tikilməsini və ədalətli kompensasiya alacağını gözləyir. Fövqəladə Hallar Nazirliyi komissiyasının rəsmi qərarına və evlərə baxış keçirilməsinə dair tərtib olunmuş aktlara baxmayaraq yüzlərlə insanın evində bərpa-gücləndirmə işləri başlamayıb. Halbuki bu işlərin davam etdirilməsi üçün bu il martın 29-da dövlət başçısının sərəncamı ilə 50 milyon manat vəsait ayrılıb. Amma bu işlər niyə görülmür, məlum deyil. Bu da insanlarda haqlı narazılıq yaradır. 2 ildən çoxdur ki, həmin insanlar qəzalı evlərdə yaşayırlar. O evlərin bir çoxu hər an uça bilər. Bu isə bədbəxt hadisələrlə nəticələnə bilər. Hazırda bu evlərlə bağlı bir çox işlər məhkəmə müstəvisindədir.

Sual müəllifi haqlı olaraq qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi onları bir ildən çoxdur ki, məhkəmələrdə süründürür. Əvvəl bu işlərə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi baxırdı. Bu ilin aprel ayından ərazi prinsipi əsas gətirilərək bütün işlər Şirvan İnzibati İqtisad Məhkəməsinə göndərildi. Bu, insanları get-gələ salmaqla onları yormağa və problemin həllindən çəkindirməyə hesablanmış yanlış bir qərar idi. Çünki cavabdeh tərəf - Fövqəladə Hallar Nazirliyi Bakıda yerləşir və bu istiqamətdə olan xeyli məhkəmə işinə Bakıda baxılmışdı.

Sentyabr ayının 3-dən Şirvan İnzibati İqtisad Məhkəməsində 8 qrupda 30 nəfərdən artıq iddiaçının məhkəməsi başlayıb və artıq 10-a yaxın məhkəmə prosesi keçirilsə də, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri məhkəmələrdə iştirak etmir. Halbuki iddia sənədlərinin Şirvana göndərilməsi Fövqəladə Hallar Nazirliyinin təkidi və göstərişi ilə olub. Amma indi onlar proseslərdə iştirak etmirlər, məhkəməyə açıq-aşkar hörmətsizlik və saymazlıq nümayiş etdirirlər. Onlar həm də qanunlara hörmətsizlik edirlər. Təəssüf ki, bir çox məhkəmə və hakimlər də Fövqəladə Hallar Nazirliyindən və onun başında dayanan şəxslərdən qorxduqları üçün müstəqil, ədalətli qərar qəbul etməyə çətinlik çəkirlər.

Amma bütün bunlara baxmayaraq biz öz işlərimizi və mübarizəmizi davam etdiririk. Artıq son məhkəmə proseslərində hakimlər Fövqəladə Hallar Nazirliyi vəkillərinin məhkəmədə iştirakının zəruriliyi barədə nazir Kəmaləddin Heydərova rəsmi məktub göndəriblər.

Dəmirova Zemfira, fəlakət qurbanı: Daşqın nəticəsində evim tamamilə yararsız hala düşüb. 3 ildir heç bir tədbir görmürlər. İşimiz də məhkəmədədir. Mən başqa hara müraciət edim ki, evimi tiksinlər?

Cavab: Məhkəmə şikayətlərin ünvanlandığı son mərhələdir. Bir az da səbir və təmkinlə işlərinizi davam etdirmənizi arzulayıram.

Pərviz Əliyev, Bakı Xətai rayonu: Oqtay müəllim, siz 4 aydır ki, ev dustaqlığına buraxılmısınız. Bu nə vaxta qədər davam edəcək? Ev dustağı ola-ola necə fəaliyyət göstərirsiniz?

Cavab: 4 aydır ki, polis nəzarəti altında olmaqla ev dustaqlığındayam. Ölkədən çıxmağım yasaqlanıb. Sənədlərim istintaq orqanındadır. Vaxtaşırı Xətai rayonunda polis qeydiyyatından keçirəm. Hətta şəhərdən kənara çıxanda da polisi məlumatlandırmalıyam. Təbii ki, bütün bunlar mənim fəaliyyətimi məhdudlaşdırır. Səhhətimlə bağlı yayda qonşu ölkələrdən birində müalicə olunmaq istədim. Təəssüf ki, istintaqı əsas gətirib icazə vermədilər. Mənim haqqımda olan cinayət işi qondarma və saxtadır. Ev dustaqlığının nə zaman bitəcəyi məlum deyil. Təbii ki, bu qeyri-müəyyənlik adamı sıxır, eyni zamanda mənim fəaliyyətimi məhdudlaşdırır və çətinləşdirir. Mənə əlavə problemlər yaradır. Bütün bunlar düşünülərək edilib. Bu qeyri-müəyyənliyin nə vaxta qədər davam edəcəyi məlum deyil. Vəkillərim aidiyyəti qurumlara müraciət ediblər, cavab gözləyirik.

Anonim: Həyatda cavabını verə bilmədiyiniz suallar çoxmu olur, axırıncı dəfə hansı sualın cavabını verməyə çətinlik çəkimsiniz?

Cavab: Hərdən belə şeylər olur... Həbsdə olduğum müddətdə 30-a yaxın kitab oxudum. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin həyatı və mübarizə tarixi ilə bağlı oxuduğum kitablar məni düşünməyə vadar etdi. Nəyə görə bir əsrdə 5 dəfə inqilab etmiş Azərbaycan xalqı hələ də tam azadlığına qovuşmayıb, özünə layiqli həyat qura bilməyib? Dünyanın əksər ölkəsi demokratiya və bütövləşmə problemlərini həll etdikləri halda, biz buna nail ola bilməmişik. Nədən xalqımızın Səttarxan, Xiyabani, Rəsulzadə, Pişəvəri, Elçibəy kimi həyatını vətəni, milləti üçün fəda edən oğulları ehtiyac içində, vətənində və vətənindən kənarda sürgün həyatı yaşayıb, bəziləri isə xaincəsinə qətlə yetiriliblər? Nədir bizim millətin sirri? Bəzən bu suallara cavab axtaranda çətinlik çəkirəm.

Daha bir sual isə... Şüvəlan İstintaq Təcridxanasında saxlandığım günlərdə orta məktəb şagirdi olan oğlum Təbriz mənə məktub yazıb sual vermişdi: “Ata, siz ki insanlara bu qədər kömək edirdiniz, bəs sizi niyə həbs etdilər?” Bu suala cavab verə bilmədim. Növbəti məktubunda sualına o özü cavab vermişdi ki, “Sizi “Avroviziya”ya görə tutublar, buraxacaqlar”. Sonra öyrəndim ki, bizə gələn cəbhəçi dostlarıma da Təbriz eyni sualı verib və bu sözləri onlar deyiblər...

Nuriyev Feyruz, Saatlı rayonu, fermer: Fermer təsərrüfatı ilə məşğulam. 2010-cu ilin may ayında baş vermiş daşqından sahibkar kimi ziyan çəkmişəm. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı sayəsində sənədlərim ölkədə olan bütün məhkəmələri keçərək Avropa Məhkəməsinə göndərilib. Azərbaycan vətəndaşıyam, yerli məhkəmələr işimə baxmır. Avropa Məhkəməsinin mənə köməyi dəyəcək, yoxsa yox? Kür-Araz çayının daşması zamanı əhaliyə dəyən zərərin ödənilməsi üçün ölkə prezidentinin sərəncamı ilə 460 milyon 900 min manat pul ayrılıb. Ayrılan məbləğdən biz sahibkarlara bir manat belə verilməyib. Bunun səbəbini öyrənmək istəyirəm.

Cavab: Ümid edirəm Avropa İnsan Hüquqları Məhkəməsində sizlərin işinə obyektiv baxılacaq. İstərdim ki, Azərbaycan hökuməti probleminizi həll etsin və Avropa Məhkəməsinin qərarına ehtiyac qalmasın...

Təəssüf ki, hökumətin daşqınlara görə əhaliyə ödədiyi kompensasiya dəymiş ziyana adekvat olmadı. Yəni insanlara, fermerlərə çox cüzi yardım edildi. O zaman Azərbaycan hökuməti xaricdən təklif olunan yardımdan da imtina etmiş və bildirmişdi ki, bizim öz gücümüz problemin həllinə yetər. Həmin 460 milyon manat vəsait təyinatı üzrə, şəffaf və səmərəli xərclənmədiyi üçün daşqınların törətdiyi problemlər hələ də həll olunmayıb və bu gün Feyruz bəy kimi neçə-neçə fermer narazı qalıb, onların şikayəti artıq Avropa Məhkəməsinə qədər gedib çıxıb. Yeri gəlmişkən, mənim və təşkilatımızın digər fəalı İlham Əmiraslanovun qanunsuz həbsi, təşkilatımızın üzvlərinə olan təzyiqlər də məhz ayrılan vəsaitlərin xərclənməsində yol verilən korrupsiya faktlarını üzə çıxardığımıza, ziyan çəkən vətəndaşlarımızın hüquqlarını müdafiə etməyimizə görə olub.

Məhəddin Babaşov, İmişli rayonu, Rəsullu kəndi: 2 ildir daşqın nəticəsində evimiz qəzalı vəziyyətə düşüb. 8 nəfər qorxa-qorxa qəzalı evdə yaşayır. Şirvan və Bakı məhkəmələrinə etdiyimiz müraciətlərin bir nəticəsi yoxdur. Biz kimə müraciət edək ki, səsimizə səs verən olsun?

Cavab: Mən yuxarıda bu suala qismən cavab verdim. Sizin indiyə qədər müxtəlif instansiyalara etdiyiniz şikayətlərə baxılmadığına görə məhkəməyə müraciət etmisiniz. Məhkəmə araşdırmaları davam etdirilməlidir. Biz paralel olaraq bu problemlərin həlli istiqamətində də çalışırıq. İctimai müzakirələr keçiririk, problemi hesabat halında sistemləşdirərək yerli və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq. Eyni zamanda məsələ ilə əlaqədar bu işlə birbaşa məsul olan Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişik və onlardan cavab gözləyirik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru