Məmurların "xaricdə istirahət" hiyləsi
Tarix: 9-01-2014, 09:59 | Çap et
Mövzumuz bu və ya digər mənada birbaşa turizmlə bağlıdır, amma bir qədər fərqli mənada. Bu dəfəki yazımızın məqsədi bir suala cavab tapmaqdır: məmurlarımız və onların ailə üzvləri niyə istirahət üçün mütləq mənada xarici ölkələri seçirlər?
Yaxşı bunu da anladıq, bəs onlar niyə tez-tez, hətta az qala, ildə 7-8 dəfə istirahətə ehtiyac duyurlar, həm də məhz xaricdə? Burada hər hansı digər maraq varmı? Bütün bu suallara cavab tapmağa çalışacağıq. Turizm sektoru dünya iqtisadiyyatında ən gəlirli sahə hesab olunur. Bir çox ölkələrin ümumi daxili məhsulunda turizm sektorunun xüsusi çəkisi var. Belə ölkələrə İspaniya və Türkiyəni misal göstərmək olar. Azərbaycan da turizm baxımından əlverişli məkan olduğundan son illər ölkəmizdə bu sahəyə diqqət əhəmiyyətli şəkildə artıb. Gözəl təbiəti və qədimliyi ölkəmizi turizm baxımından əlverişli edir. Son illər ərzində Azərbaycanda çoxsaylı istirahət mərkəzləri, turizm obyektləri hotellər yaradılaraq istifadəyə verilib. Ölkənin cənubu, Xəzər sahili ərazilər və şimal-qərbi hazırda başlıca turizm mərkəzləridir. Turizm Universitetinin yaradılması isə bu sahədə hazırlıqlı kadrlara olan tələbatın ödənilməsinə hesablanıb. Lakin görülən bütün bu tədbirlərə baxmayaraq, daxili turizmin keyfiyyəti istənilən səviyyədə deyil. Bunun səbəblərinə gəlincə isə ən müxtəlif arqumentlər gətirilə bilər. Bəzi ekspertlərin fikrincə, Azərbaycanda xidmətin aşağı olmasına baxmayaraq bizdə qiymətlər hətta Avropa ölkələrinin turizm obyektlərindən də bahadır. Digər səbəb kimi isə bu sahənin ölkəmizdə yeni olması və təzə-təzə inkişaf etməsini göstərmək olar. Amma məslənin bu yönünün yazımızın əsas məqsədinə birbaşa yox, dolayı şəkildə aidiyyatı var. Bütün bu səbəblər öz yerində, bəs məmurlar və onların ailə üzvləri niyə yalnız xarici kurort mərkəzlərinə üz tutmağa üstünlük verirlər? Söhbət Azərbaycandakı turizm obyektlərinin bahalı olmasından gedirsə, məntiqlə bunun həmin məmurlara heç bir təsiri olmamalıdır. Əvvəla ona görə ki, bizim bir çox məmurlar pullarının sayına görə Bil Qeytslə də yarışa girməyə hazırdılar. Digər tərəfdən isə ölkədəki əksər turizm obyektləri elə onların özlərinə məxsusdur. Belə olan halda onların ölkə daxilindəki turizm məkanlarını seçməməsinin səbəbi kimi qiymətlərin bahalılığı göstərilə bilməz. İddia oluna bilər ki, insan təbiətən səyahət etmək, daha çox ölkə görmək ehtirasına sahibdir və bizim məmurlar, onların ailə üzvləri də həmin ehtirasın ardınca xarici ölkələrə səfər edirlər. Təbii ki, bu bizə kifayət qədər məntiqli görünə bilərdi, bəzi əmmalar olmasaydı... Əmmalardan biri odur ki, haqqında bəhs etdiyimiz məmurlar indiyə qədər, demək olar ki, planetin bütün ölkələrin gəziblər. Belə də onları bu səfərlərə görmədikləri yerləri görmək arzusu qanadlandıra bilməz. Daha bir vacib əmma isə ondan ibarətdir ki, axı həmin məmurlar istirahət adı ilə xarici ölkələrə il ərzində bir dəfə deyil, bir neçə dəfə səfərlər edirlər. Ən böyük müəmma isə, tutaq ki, hansısa məmurun il ərzində, təxminən, yeddi-səkkiz dəfə eyni ölkəyə gedib-gəlməsidir. Həmin səfərlərə verilən səbəb donu isə hər zaman bu olub - istirahət... İndi özünüz düşünün, bir şəxsin bir ölkəyə bir il ərzində, az qala, on dəfə getməsi istirahətlə bağlı ola bilərmi? Təbii ki, mümkün deyil. Bununla bağlı "Unikal"a danışan hökumət içindəki mötəbər mənbənin sözlərinə görə, əslində həmin məmurlar il ərzində bir neçə dəfə istirahətə deyil, xaricdə qurduqları bzinesə baş çəkmək üçün gedirlər. Mənbəmiz iddia edir ki, hazırda əksər məmurların xarici ölkələrdə, xüsusən də Avropada gizli biznesləri var: "Bunu aydınlaşdırmaq üçün çox kiçicik araşdırma aparmaq yetərlidir. İl ərzində məmur eyni ölkəyə istirahət adı ilə bir neçə dəfə gedib-gəlir. Bundan əlavə, onun ailə üzvləri, övladları və biznes ortaqları da il ərzində bir neçə dəfə "istirahət" üçün məhz həmin ölkəni seçirlər. Qan qohumluğu olsa belə, tip və xarakter etibarı ilə müxtəlif olan bu şəxslərin eyni ölkəyə "vurğunluğu" kifayət qədər şübhəli görünür. Hesab edirəm ki, bu şübhəli məqamlar müvafiz qurumlar tərəfindən araşdırılarsa, ortaya çox ciddi və sensasion faktlar çıxa bilər."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|