İLGİNC: ƏLİ HƏSƏNOVUN YERİNƏ NAMİZƏD TAPILIB
Tarix: 20-11-2012, 15:20 |
Çap et
PA-YA ŞÖBƏ MÜDİRİ POSTUNA FUAD MURADOVU GƏTİRİLİR
DİA.AZ: - Son günlərin ab-havasına uyğun olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə birgə gediş tədarükündə olan isimlərdən birinin, bəlkə də birincisinin Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov olduğu hər kəsə məlumdur. Keçən günlərdə xəbər verərək bildirmişdik ki, Əli Həsənov hətta bu istiqamətdəki gözlənilən silkələnmələr zamanı hakim düşərgədən çıxdaş ediləcək ilk fiqurlardan biri olacaq.
Bununla bağlı DİA.AZ-a danışan Nazirlər Kabinetindəki bilgili qaynağın iddialarına görə, artıq Əli Həsənovun yerinə əks cinah tərəfindən hətta yeni kadr da hazırlanmaqdadır. Yeni kadrın parlamentin gənc deputatlarından olan Fuad Muradovun olduğunu bildirən mənbəmiz xatırladır ki, zamanında mətbuatda «avtoş-deputat» kimi tanıtdırılan Fuad Muradov çox ciddi çevrələrə çıxış imkanına malikdir: «Əslində onun mandat alması da məhz bu əlaqələrinin hesabına mümkün olmuşdu».
Mənbəmiz bildirir ki, Fuad Muradovun PA-ya şöbə müdiri gətirilməsi üçün müvafiq işlər görülməkdədir: «Təbii ki, bu məsələ birdən-birə baş tuta bilməz. Həm də burada psixoloji məqamlar var ki, sözügedən istiqamətdə də tədarüklər görülür».