Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

"PAPANİN" CAMAATINI KÜÇƏYƏ ATIRLAR
Tarix: 20-12-2012, 12:09 | Çap et
"PAPANİN" CAMAATINI KÜÇƏYƏ ATIRLAR
SAKİNLƏR ÜSYANA QALXDI

Metronun “Memar Əcəmi-2” 2013-cü ilin sonuna kimi tikilib sərnişinlərin ixtiyarına verilməsi planlaşdırılır. Buna görə də, ərazidə olan onlarla evin sökülməsi planlaşdırılır. Artıq “Papalin” sakinlərinə bildirişdə verilib. Onlara bildirilib ki, hər kvadrat metrə görə, təmirli ev üçün 1080, təmirsizə 1020 manat kompensasiya veriləcək. Mənzil sahibləri isə bununla razılaşmırlar. Onlar deyirlər ki, bu ilin əvvəlində İlham Əliyevin Nazirlər Kabinetinə verdiyi göstərişə əsasən hər kvadrat metr üçün 1500 manat kompensasiya verilsin...

“Sizin məhəlləniz cındırdı, burada norkamanlar yaşayır”

Ötən gün Namiq Məlikov küçəsinin sakinləri ilə görüşüb problemləriylə maraqlandıq.
Mehparə Ağayeva 1959-cu ildən burada yaşayır. Deyir ki, bu ərazidə tikilən heç bir mənzilin “kupçası” yoxdur: “Bütün mənzillərin “çertyoj”u var. Evimin sahəsi 100 kvadrat metrdir. Əvvəlcə gəlib lazerlə ölçdülər, indi isə gəlib deyirlər ki, azdır. Mənə 82 min 500 manat kompensasiya verilir. Bu isə hər kvadrata görə 825 manatdır. Əvvəlcə deyirdilər ki, təmirli evə 1080, təmirsizə 1020 manat kompensasiya veriləcək. İndi isə 825 manat verirlər. Maliyyə Nazirliyindən, İcra Hakimiyyətindən nə bilim o qədər idarədən adam gəlir ki, heç kimi tanımırıq. Hərə bir söz deyir”.
Metropoliten bütün mənzillərə bildiriş göndərib. Bildirişə imza atan Bakı metropoliteninin rəis müavini Arif Rəsulov 17 dekabr 2012-ci il tarixinə qədər sakinlər mənzillərini boşaltmağı sakinlərə xəbərdarlkıq edir. Hər mənzil üçün müəyyən olunmuş kompensasiya 7-gün müddətinə banka köçürüləcəyi bildirişdə öz əksini tapıb.
Sakinlər deyirlər ki, onlara verilən kompensasiya ədalətsizdir: “Bura gələnlərə İlham Əliyevin televiziyadakı çıxışını deyirik, Nazirlər Kabinetinin qərarını göstəririk. Deyirik ki, hər kvadrat metr üçün 1500 manatdan kompensasiya verin! Cavabları bu olur ki, sizin məhəlləniz cındırdı, burada norkamanlar yaşayır. Onsuzda bizə köçməklə böyük ziyan dəyir. Heç olmasa elə məbləğ ödənilsin ki, özümüzə 4 otaqlı evə ala bilək”.
Elmira Abdullayevanın mənzili 127 kvadrat metrdi. Ona 105 min manat kompensasiyanın veriləcəyi deyilib: “Ölkə başçısı deyib ki, şəhərin hansı yerindən asılı olmayaraq dövlət əhəmiyyətli obyektlərin tikintisi üçün hər bir mənzilin kvadrat metrinə görə 1500 manat ödənilməlidir. 1500 manatla hesablasaq 190 min 500 manat ödənilməlidir. Heç olmasa 160 min manat verilsin. 127 min manata şəhərin hansı yerində 127 kvadratlıq təmirli ev ala bilərəm? Yaxınlıqda yerləşən binada 4 otaqlı orta təmirli evin qiyməti 120 min manatdır. Onların verdiyi kompensasiya ilə mən bu mənzili alsam 15 min manat özümdən xərcləməliyəm. Evi yenidən təmir etməliyəm, üstəlik köçən zzaman əşyaları daşımaq üçün pul verməliyəm. Halbuki, bütün bunlar kompensasiyaya ödənilməlidir”.

“Deyirlər ki, verdiyimiz pulu alın, Allahınıza şükür edin və gedin”


Sakinlər deyirlər ki, qanuna görə, evlər söküləndə mənzil sahiblərinə bazar qiymətinə uyğun kompensasiya verilməlidir: “Üstəlik, ödənilən kompensasiyanın 20 faizini də əşyaları daşımaq üçün ödəməlidirlər. Ancaq bunların heç biri olmur. Nə bazar qiymətlərinə uyğun pul verilir, nə də tətbiq olunan 1500 manat kompensasiya. Dedikləri budur ki, verdiyimiz pulu alın, Allahınıza şükür edin və gedin. Belə iş olar? Normal pulumuzu versinlər, özümüzə bir ev alaq. Biz buradan çıxmaq istəmirik. Madam ki, metrostansiyası tikilir, eybi yox çıxırıq, ancaq mənzil almaq üçün yaxşı kompensasiya ödənilsin. Qışın bu vaxtında küçələrdə qalmalıyıq?”.
Sən demə, əraziyə maklerlər də gəlir. Onlara mənzillərə baxır və qiymət deyirlər. Sakin razılaşırsa, pulu verirlər: “Maklerlər gəlib deyir ki, bu evin qiyməti 70 min manatdı, biz sizə 100 min manat veririk çıxın. Başa düşmək olur, evin qiyməti 70 min manatdırsa, niyə 100 min verirsən? Özün bu qədər ağıllı hesab edirsən, yoxsa biz ağılsızıq? Çünki buradakı evləri alıb baha qiymətə satırlar. Əslində dövlət büdcəsindən hər kvadrat metr üçün 1500 manat kompensasiya təyin olunub. Bunlar bizə az pul verib, qalanını mənimsəyirlər. Burada yüzlərlə ailə var. Hər ailədən 50-60 min manat qazansalar, bu bir milyon manatdan yuxarı məbləğ edir”.
Gülçöhrə Ağayevanın evinin sahəsi 79 kvadrat metrdi. Ona da bildiriş gəlib və orada yazılıb ki, 71 min manat kompensasiya alacaq: “Bu pulla harada ev ala bilərəm? 71 min manata “Əhmədli”də, “Neftçilər”də ev almaq mümkün deyil. Bir neçə gün əvvəl Xırdalanda ev almaq üçün ora getdik. Orta təmirli, qazı olmayan evi 100 min manata satırdılar. Şəhərin mərkəzində olan mənzili 71 min manata almaq olar? Buradan hər yerə getmək rahatdır. Məktəbdən tutmuş xəstəxanaya qədər var. Şəhərdən uzaqda ev alsaq belə, verilən pula mənzil almaq mümkün deyil”.

“Avropanı ikili standartlarda suçlayırıq, bəs özümüz nə edirik?”


Ənnağı Rəhimovun evinin sahəsi 106 kvadrat metrdi. Ona verilən kompensasiyanın məbləği isə 75 min manatdır: “Burada hər bir mənzilə kompensasiya 750-760 manat hesablanıb. Bu pulla isə ev almaq mümkün deyil”.
Zəhra Haqverdiyevanın mənili 100 kvadrat metr olsa da 92 hesablayıblar. Kompensasiya kimi isə 82 min manat təklif edirlər: “Bu pula harada ev almaq olar. Bu pula yalnız “novostroyka”da təmirsiz ev almaq mümkündür. Yaxşı, bunu aldıq, bəs hansı pulla təmir edəcəyik? Bunu isə heç kim düşünmür”.
Xanım Ağayevanın evinin sahəsi 100 kvadrat metrdi. Həyətyanı sahəylə 130 kvadratdı. Xanım Ağayevanın atasının adı Çingizdir, ancaq bildirişdə Çimnaz adı yazılıb: “Anamın da adı Çimnaz deyil ki, deyəsən səhvən onu qeyd ediblər. Bizim nəsildə Çimnaz adlı qadın olmayıb”.
Xanım Ağayeva deyir ki, əvvəlcə şifahi olaraq mənzilinə 87 min manat kompensasiya veriləcəyi deyildi, bildirişdə isə 77 min manat yazılıb. O da başqa sakinlər kimi veriləcək pulla heç bir yerdə mənzil ala bilməyəcəyini deyir.
Hələlik mənzili sökülməyən Xoşqədəm Məlkəliyevin iki mənzili var: “Biri oğlumundur, biri özümün. İkisinin birlikdə sahəsi 140 kvadrat metrdi. Bir neçə aya bizim də mənzillərimzii sökəcəklər. Belə çıxır ki, qonşularıma nə qədər verirlərsə, bizə də o qədər veriləəck. Bu isə ədalətsizlikdir. Telekanallarda Avropanı ikili standartlarda suçlayırıq, bəs, özümüz nə edirik? Özümüzdə ikili standartıq da. Ürəkləri nə istəyir onu da verirlər. Əslində, kompensasiya bazar qiymətlərinə uyğun olmalıdır”.
NamiqMəlikov küçəsinin sakinləri Nəsimi rayon Polis İdarəsinin ərazi üzrə sahə müvəkilliyinin otağında söküntü işlərinə baxan şəxslərlə söhbət edirlər: “Dəfələrlə bildirdik ki, bizə normal pul verin. Bir-iki nəfər deyiblər ki, susun, sizə bir az artıq pul verəcəyik. Biz isə deyirik ki, hörmət etməyin, haqqımızı verin”.
“Bizə təzyiq etmək üçün tikintinin zibillərini də yığışdırmırlar, qapımızın yanına tökürlər”, - deyə sakinlər bildirdilər.

***


“Papanin”i tərk edirik. Bəzi mənzil sahibləri çarəsiz qalıb, hökumətin onları “qiymətləndirdiyi” kompensasiyaya razılaşıb əşyalarını yük maşınlarına boşaldırlar.
Çünki qarşıdan soyuq yanvar ayı gəlir. Küçədə qalmamaq üçün bu addımı atırlar...

Vasif Turan









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru