BAKIDA İRƏVANIN İŞĞALI ANILDI
Tarix: 2-01-2013, 12:45 |
Çap et
İRƏVANA BÖYÜK QAYIDIŞ MÜZAKİRƏ OLUNUBMilli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamenti İrəvan xanlığının işğalının 185-ci iliyi münasibətilə tədbir keçirib.
Departamentdən SalamNews-a verilən məlumata görə, tədbirdə “Böyük Qayıdış”a hazırlığın hüquqi əsasları səsləndirilib. Millət vəkili Fərəc Quliyev doğma torpaqlara "Böyük Qayıdış”a hazırlığın başladığını bəyan edib. Sonra alim Səməndər Çaxmaqlının Rusiya tərəfindən İrəvana ermənilən köçürülməsi və doğma torpaqlarımızda etnik tərkibin dəyişdirilməsi ilə bağlı məruzəsi səslənib. Məruzədə qondarma xarici qüvvələr hesabına öz hökumətini quran ermənilərin, Azərbaycanın digər ərazilərinə torpaq iddiası və işğalçılıq siyasəti də xüsusi olaraq vurğulanıb.
Tədbir zamanı çıxış edən Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, Milli Demokrat Partiyasının sədri Tufan Kərim, güneyli alim Əkrəm Rəhimli, Qərbi Azərbaycan ağsaqqalı İsrafil Məmmədov, Əməkdar Artist Naibə Allahverdiyeva və başqaları Güney Azərbaycanın geri qaytarılmasının xalqın iradəsindən asılı olduğunu bildiriblər.