Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                 

BAXCP SƏDRİ İSA QƏMBƏRİ DƏSTƏKLƏYİRMİŞ
Tarix: 11-01-2013, 11:54 | Çap et
BAXCP SƏDRİ İSA QƏMBƏRİ DƏSTƏKLƏYİRMİŞ
"VAHİD LİDER YALNIZ O OLA BİLƏR"

Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsi:

- Qarşıdan prezident seçkiləri gəlir. Artıq prezidentliyə namizədliyini elan edən şəxslər var. Amma siyasi proseslər hələ qızışmayıb. Sizcə, prezidentliyə namizədliyini elan etmək üçün erkən deyilmi?
- Yox, gec deyil. Əslində, seçkilərə bir il qalmış sivil dünyada bu cür olur. Artıq siyasi qüvvələr, hərəkatlar, bloklar öz namizədlərini irəli sürürlər. Ona görə də düşünürəm ki, namizədlərin irəli sürülməsinin başlanması normal prosesdir.

- Siz özünüz də bir neçə dəfə prezident seçkilərində namizəd olmusunuz. Bu dəfə necə olacaq?
- Partiyada insanların fikri ondan ibarətdir ki, biz öz namizədimiz ilə seçkilərdə iştirak etməliyik. Ancaq son qərarı qurultay verəcək. Biz qurultayımızı payızda keçirmək istəyirdik. Amma yer problemi olduğuna görə keçirə bilmədik. Əvvəlki qurultayımızı keçirəndə bizə dedilər ki, bütün partiyalar üçün Bakı kinoteatrı ayrılacaq. Halbuki kinoteatr qurultay keçirmək üçün tam yararsız bir halda idi. Biz ordakı şəraitlə qurultayı keçirtdik. Amma sonra gördük ki, bizi aldatdılar. Dəfələrlə müraciət etmişdik ki, Təbriz kinoteatrı bizə verilsin. Amma bizə vermədilər, AXCP-yə isə xarici təzyiqlərdən sonra həmin yeri verdilər. Bizim 780 nəfər qurultay nümayəndəmiz var. Bizə təklif olunan yerlər Bakının kəndləridir . Oralar 250-300 nəfərlikdir. Gözləyirik. Yəqin ki, Müsavata da xarici təzyiqlərdən sonra hansısa yeri verəcəklərlər, biz də həmin yer üçün müraciət edəcəyik.

- Niyə BAXCP-yə qurultay keçirmək üçün yer vermirlər?
- Hakimiyyət çox partiyalı sistemin inkişafında maraqlı görünmür. Burada fərqi yoxdur ki, kim hakimiyyətə qarşı radikal mövqedən çıxış edir, kim daha konstruktiv mövqe sərgiləyir. Söhbət ondan gedir ki, YAP-dan başqa ölkədə güclü partiyaların olmasını istəmirlər. Hətta iqtidara yaxın partiyaların da böyümək imkanları yoxdur. 2012-cil də partiyaların maliyyələşdirilməsi ilə bağlı qərar qəbul olundu. Amma vəsait o qədər azdır ki, həmin məbləğdən partiyanın inkişaf etməsi üçün istifadə etmək mümkün deyil. Bizim qərargahımız iş şəraitinə, böyüklüyünə görə, YAP-ın ən ucqar rayonda olan qərargahı səviyyəsində belə deyil.

- Qurultay keçirmədən namizədlik irəli sürmək mümkün deyil? Müsavat Partiyası da qurultay keçirə bilməsə də, İsa Qəmbər artıq namizəddir…
- Mən bilmirəm, onlar bunu necə edə bildilər. Düzdür, mən Müsavatın nizamnaməsi ilə yaxından tanış deyiləm.BAXCP -nin Nizamnaməsinə görə rayonlarda hesabat seçki yığıncaqları keçirilir. Hesabat seçki yığıncaqlarında partiyanın qurultaylar arası dövrdə ali orqanı olan ALİ Məclisə üzvlər seçilir. Qurultayda Ali Məclisin üzvləri təsdiq olunmalıdırlar ki, biz Ali Məclisi çağıra bilək. Bizdə belə bir hüquqi problem yaranıb ki, biz faktiki sürətdə qurultay keçirə bilmədiyimizə görə, yeni seçilmiş məclis üzvlərinin səlahiyyətlərini təsdiq edə bilmirik. Biz qurultay keçirmədən Ali Məclisi çağırıb qərar qəbul etmək səlahiyyətində deyilik.

- Oktyabra kimi keçirə biləcəksiniz?
- Ümid edirəm ki, keçirmək mümkün olacaq. Əgər birdən Müsavat qurultayını seçkilərə qədər keçirə bilməsə, o zaman müxtəlif variantlar üzərində düşünəcəyik. Ən azından 780 nəfərin 50 faizi iştirak etməlidir ki, qurultay səlahiyyətli olsun. Heç cür yer verilməsə, o zaman Bakıdan kənar rayonlarda, ya da açıq havada da keçirə bilərik. Variantlar çoxdur.

- 2010-cu ildə parlament seçkilərinə İslahat blokunun tərkibində qatılmışdınız. Bu dəfə necə olacaq?
- O seçki bloku idi. Seçkidən sonra qərara gəldik ki, həmin blokda parlamentdə də fəaliyyəti davam etdirək. Amma hər hansı bir blokun davamlı olması üçün blok üzvləri arasında səmimiyyət olmalıdır. Mən mətbuatdan oxuşam ki, Ədalət Partiyası başqa partiyalarla blok yaratmaq üçün danışıqlar aparır. Ədalət Partiyasına uğurlar arzulayırıq. Amma mən düşünürəm ki, parlamentdə olan və olmayan, radikal müxalifətçilikdən uzaq olan partiyalar bu seçkidə bir araya gəlib vahid namizədlə bu seçkilərdə çıxış edə bilər.

- Vahid namizəd qismində kimləri görürsünüz?
- Mən konkret ad çəkmək istəmirəm. Birincisi, vahid namizədlə bağlı istək olmalıdır. Sonra mexanizm hazırlanmalıdır. Vahid namizədlə çıxış etmək istəyən partiyalar bu barədə siyasi iradələrini ortaya qoymalıdırlar.

- Siz vahid namizədi Şaxta Babaya bənzətmirsiz ki?
- İsa bəy o fikri zarafatyana işlətmişdi. Bununla da öz mövqeyini açıqlamışdı ki, vahid namizəd məsələsi qeyri-realdır. Radikal mövqedə dayanan partiyalar bir namizədlə çıxış etsələr, daha yaxşı olar. İqtidar öz namizədi ilə çıxış edəcək. Rəsul Quliyevin ətrafında olanlar bir blokda çıxış edə bilər və.s. Yəni bu tipli 4-5 blokun yaradılması Azərbaycan reallığı üçün əhəmiyyətli olar. Müxalifətin vahid namizədlə çıxış etməsi qeyri-realdır. Çünki müxalifət yekcins deyil.

- Bu dəfəki seçkilərdə kimin qalib gəlmək şansı daha yüksəkdir?
- Seçkilərdə müxalifətin qələbə qazanmaq şansı çox azdır. Seçkilər cəmiyyətdə baş verən dəyişikliklərin rəsmiləşdirilməsi formasıdır. Seçkilərə 10 ay qalıb, amma cəmiyyətdə ciddi dəyişikliklər yoxdur. Canlanma geniş xalq kütlələrini bir araya gətirməyib. Bizim insanımız konservativdir. Proseslərə qoşulmaqdan dəyisikliklərdən çəkinirlər. Geniş xalq kütlələri prosesə qatılmadıqca, mövcud vəziyyətin dəyişilməsi qeyri-real görünür. İqtidar maddi, informasiya resursları baxımından güclüdür.
Regionlarda müxalifətin heç qərargahı da yoxdur. O baxımdan da müxalifətin vəziyyəti ağırdır və qalib gəlmə şansı çox aşağıdır. Fövqəlada nəsə baş verməsə, bu seçkilərdə müxalifət məğlub olacaq. Biz isə seçki kampaniyasından istifadə edərək çalışacağıq ki, cəmiyyətə fərqli fikirləri çatdıra bilək. İnsanlari demokratiyaya keçidə hazırlayaq.

- Sadaladıqlarınız müxalifətin qalib gəlməməsi üçün əsasdırmı? Axı müxalifət həmişə deyir ki, xalq bu hakimiyyətdən narazıdır…
- Xalqın narazılığı bizim kimi ölkələrdə heç nəyi həll etmir. İkincisi, xalqın bir hissəsi gileylənsə də, bu cür yasamaq onları qane edir. Çətin vəziyyətə düşəndə rüşvət verməyə, yaxud gəlirlərini gizlətməyə alışıb və.s. Etiraz etsələr də, qutu başına gələndə fərqli mövqe sərgiləyirlər. Deyirlər ki, 60 min insanın evi Azərbaycanda qeyri-qanuni şəkildə əlindən alınıb. Amma bunlar etiraz aksiyalarına qoşulubmu? Vaxt var idi ki, ən ucqar rayonlardan belə insanlar aksiyalara gəlirdilər. Əgər insanlar narazıdırsa, 20-ci sahəyə piyada da gedərlər. Cəmiyyət öz hüquqları və haqları uğrunda fədakarlığa hazır deyil. Ona görə də onlardan nəsə gözləmək yanlışdır. Biz gərək yorulmadan insanlarla işləyək. Öz hüquqlarını tələb edən insanların sayını artıraq.

- Bəs nə qədər vaxt lazımdır?
- Burada konkret vaxt göstərmək olmaz. Regionda, dünyada baş verən proseslər insanların şüurunu dəyişdirə bilər. Xalq özü inkişaf edərək demokratik cəmiyyət qurmaq səviyyəsinə gəlib çatmalıdır. Kənardan dəstək yolu ilə xalqın sıviyyəsi imkan verirsə Məsələn, Yaponiyada, Almaniyada, Koreyada 2-ci dünya müharibəsindən sonra Amerika demokratik cəmiyyət qurmağa nail oldu. Amma Əfqanıstanda, İraqda bun nail ola bilmir. Çünki xalqın demokratik cəmiyyət qurmağa potensialı çatmır. Ona görə də həmişə bizim partiyamız iqtidara səslənir ki, yuxarıdan islahatlar yolu ilə buna nail olaq. Çünki aşağılarda güc yoxdur. Bizim xalqımız hələ uzun illər hakimiyyətə nəzarət etmək gücündə olmayacaq. İslahatları da indiki reallıqda İlham Əliyev apara bilər. Əgər İlham Əliyev Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazmaq istəyirsə, Azərbaycanı parlamentli respublikaya çevirməli 4-cu Respulikanı qurmalıdır. Bizim ölkədə ən demokrat insan belə hakimiyyətə gəlsə, ətrafı və hüdudsuz səlahiyyətlər qısa müddətdə onu avtoritar insana çevirəcək. Parlamentli respublikalarda parlamentin birinci şəxsə təsiri olur. Məsələn, Türkiyə prezidentli respublikası olsaydı, indi Ərdoğanın İslam Kərimovdan heç bir fərqi olmazdı. 1992-ci il də o şans bizə verilsə də, AXC təmsilçiləri o şansı dəyərləndirə bilmədi. Biz dərhal parlamentli respublikaya keçməli idik. Amma hesab edirəm ki, 1993-cü ildən bəri güclü media, QHT-lər yaranıb. Ona görə də xalq hazır olmadan biz tələssək, xarici qüvvələrin müdaxiləsi ilə inqilab ola bilər. İnqlablardan sonra isə heç vaxt demokratiya yaranmır. Bütün siyasi qüvvələr islahatlara çalışmalıdır.

- Partiyaların nizamnaməsində yazılıb deyə sədrlər seçkilərdə öz namizədliyini irəli sürür. Konkret BAXCP-nin timsalında bilmək istəyirəm. Sizin də nizamnamənizdə yazılıb deyəmi namizədliyinizi irəli sürürsünüz, yoxsa prezidentliyə iddialısınızmı? Siz hakimiyyətlə barışmış təsiri bağışlayırsınız…
- Mən mövcud vəziyyəti dəyişmək uğrunda mübarizə aparıram. Mənim anlamımda siyasət mövcud reallıqları nəzərə alıb vəziyyəti dəyişdirməkdir. Bunlar nəzərə alınmazsa, reallıqlar səni əzəcək. Radikal müxalifət barışmaz mövqe sərgiləyib. Bəs nəyə nail ola biliblər 20 il ərzində? Azərbaycanda demokratiya hansısa formada inkişaf edibmi? Əksinə, problem yaranıb. İqtidarı bəzi islahatlar aparmaqdan da qorxudub çəkindirib ki, birdən bizim yerimizə bu islahatların nəticəsi olaraq radikal qüvvələr gələr və bizdən qisas alar. Öz tərəfdarlarını zaman-zaman həbsxanalara saldırıblar. Sonra da əsas mübarizəni onların həbsdən çıxmasına sərf ediblər. Əvvəllər deyirdilər ki, xalq demokratiya hazırdır. Biz isə deyirdik ki, xalqı buna hazırlamaq lazımdır. Amma son vaxtlar müsahibələrinə baxsanız görərsiniz ki, vaxtilə bizi buna görə qınıyanlar bildirirlər ki, yox, xalqdan hər şey asılıdır. Mən hesab edirəm ki, mənim bu gün prezident seçilmək imkanlarım məhduddur. Sizi əmin edirəm ki, daxilən öz potensialımı bilirəm və belə bir şans mənə qismət olarsa, çox qısa müddətdə Azərbaycanda çox böyük islahatlar apararam. İlk növbədə parlamentli respublika, məhkəmə islahatları, iqtisadi rəqabət mühiti formalaşdırmaq, dərhal peşəkar ordu quruculuğu, çox partiyalı sistemin inkişafı üçün proporsional seçki sistemini bərpa edərəm .Mənim buna siyasi iradəm və təcrübəm imkan verir. Reallığı nəzərə alanda isə bilirəm ki, nə mənim nə də başqa bir müxalifət nümayəndəsinin şansı çox azdır və bəlkə də heç yoxdur. Buna baxmayaraq seçkinin verdiyi imkanlardan yararlanıb seçki proqramımızı cəmiyyətə təqdim edib xalqımızı daha ədalətli cəmiyyət ugrunda mübarizəyə səsləyəcəyik.

- Deyirlər ki, Milyaderlər İttifaqının da öz namizədi var və həmin şəxs İlham Rəhimovdur. Sizcə, bu nə dərəcədə realdır?
- Mən bilmirəm ki, İlham Rəhimov onların namizədidir. Sizdə haradan belə bilgi var?

- Mediada bu haqda xeyli yazılıb…
- Mən İlham Rəhimovun siyasətçi kimi müxtəlif problemlərlə bağlı fikirlərinə bələd deyiləm. Onunla heç tanışlığım da yoxdur. Heç vaxt üz-üzə gəlib salamlaşmamışıq. Hanısa tədbirdə ona rast gəlib çıxışını dinləməmişəm. Düzdür, İlham Rəhimov siyasi partiyada müavini olub. Amma onun siyasi baxışlaırı ilə tanış deyiləm. Ona görə də bilmirəm ki, konkret proqramı nədən ibarətdir. Bildiyimə görə o dəfələrlə bəyan edib ki siyasətdə yoxdur. Kiminsə dostu olmağa görə isə insanlari prezident seçmirlər. Həm də nəzərə alanda ki, o dost dostu da daxil olmaqla hər bir azərbaycanlının qürur məsələsi olan Qarabağı 20 ildən artıqdır ki işğal altında saxlayır, bir milyon insanımızı yurd yuvasından didərgin salıb. Mən o dostluqdan qürür duymaz, ondan imtina edib xalqımdan üzr istəyərəm ki, vaxtilə dostluq etdiyim şexs xalqıma qarşı ədalətli olmadı. Heç vaxt şəxsi maraqlarımı xalqımın qürur məsələsindən üstün tutmazdım.

- Rüstəm İbrahimbəyov bəyan etdi ki, bir neçə günə yeni bir hərakatın adı cəmiyyətə bəlli olacaq. Sizin bu hərəkat haqqında məlumatınız varmı?
- Mənim məlumatım yoxdur. Vaxtilə də demişəm ki, Rüstəm İbrahimbəyovun problemlər barədə danışması vicdanın səsi ilə baş vermir. Onu Moskvadakı dostları danışdırır. Son açıqlamasında qeyd edib ki, prezident seçkilərində Azərbaycanda yeni prezident olacaq. Görünür, onu hansısa daha böyük güclər ya doğrudan ya da yalandan əmin edirlər ki, o bu proseslərə qoşularaq yaxından iştirak etsin. Bir vaxtlar da deyirdi ki, qanlı inqlab olacaq. O bu cür qiymətləndirməsində yanılır. Rusiya heç vaxt etibarlı partnyor olmayıb. Vaxtilə Sürət və Rəhimdən istifadə etdi, sonra isə tutub Azərbaycana təhvil verdi. Rusiya öz maraqları naminə yüzlərlə Rüstəm İbrahimbəyov kimi adamlardan istifadə edib sonra kənara ata bilər. Amma demirəm ki, qaldırdığı problemlərin tamamilə əsası yoxdur. Böyük bir hərakatın yaranacağını qeyd edir. Amma elə hərəkatın yaranması qeyri-mümkündür. Ona görə ki, o hərəkat yalnız vahid lider ətrafında yarana bilər. O vahid lider də həmin radikal düşərgədə sabit mövqeyinə görə, yalnız İsa Qəmbər ola bilər. Onun da AXCP tərəfindən dəstəklənməsi çətin görünür. Vahid lider olmadan hərakatın yaranması mümkünsüzdür. O hərəkata daha çox səs gətirə biləcək namizədlərdən biri Cəmil Həsənli, digəri isə həm siyasətdə, həm QHT sektorunda, həm də beynəlxalq aləmdə tanınan Ərəstun Oruclu ola bilər. Amma sözün doğrusu siyasi mədəniyyətin aşagı olması və iddialar bu tipli qərarların qəbul olunmasına imkan verməyəcək. Ona görə də ciddi bir hərəkatın yaranması da sual altındadır. Mediadan oxudum ki, siyasi partiyalar, gənclər təşkilatları bu hərəkatdan xəbərsizdir. Onda kimlə yaranır bu hərəkat? Kənardanmı yaradacaqlar? Bu ucuz təbliğatdan başqa bir şey deyil.

- Elşad Abdullayevin məlum yayılmış və yayılmaqda davam edən videoları cəmiyyətdə çox söz-söhbətə səbəb oldu. Sizcə, daha nə baş verməlidir ki, müvafiq qurumlar hərəkətə keçsin və konkret şəxslər dərhal cəzalandırılsın?
- Əvvəla, hüquq-mühafizə orqanlarında dərhal islahatlar aparılmalıdır. Vahid dövlət istintaq orqanı yaradılmalıdır. Səhv eləmirəmsə, Azərbaycanda 8 dövlət orqanının istintaq komitəsi var. Dövlət İstintaq Komitəsi yaradilmalı və o yalnız prezidentə tabe olmalıdır. İkincisi, məhkəmə hakimiyyəti müstəqil olmalıdır. Hakimləri seçən, yerləşdirən, vəzifədə irəli çəkən, cəzalandıran bir qurumun başında icra hakimiyyətinin nümayəndəsi Ədliyyə naziri durur. O məhkəmə-hüquq şurasının sədridir. Hansı müstəqillikdən söhbət gedə bilər? Gözləyirik ki, bu məsələlərə son hüquqi qiymət nədən ibarət olacaq.

- Qüdrət bəy,Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı hər gün artmaqda davam edir. Müqayisəsi böyük görünməsin. Bu rəqəm İsrail-Fələstin müharibəsində ölən fələstinlilərin də sayına bərabər olmağa başlayıb. Niyə millət vəkili kimi Daxili İşlər Nazirliyinə, parlamentdə ya da digər aidiyyatı qurumlar qarşısında məsələ qaldırmırsınız?
- Görünür, sizin bizim fəaliyyətimizi izləmək imkanlarınız məhduddur. Siz parlament müxbiri deyilsiniz yəqin ?

- Xeyr.
- Əgər olsaydınız, bu sualı yəqin ki, verməzdiniz. Jurnalistlər də bəzən o parlamentariləri müdafiə edirlər ki, onlara şəxsi simpatiyası var və ya baxışları üst-üstə düşür. Ona görə dədeyirəm ki, parlament televizyası yaradılmalıdır.

- Yox, Qüdrət bəy. Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Yaxşı deyək ki, çıxışlarınız, üsyanlarınız var. Amma niyə nəticəsi yoxdur?
- Bu məsələni ən çox qaldıranlardan biri də mənəm. Mən dəfələrlə demişəm ki, sürət həddini 20 km saatdan artıq aşan sürücüyə il ərzində ikinci dəfə belə bir hərəkət törətdikdə cinayət işi qaldırılmalıdır. İl ərzində sərxoş vəziyyətdə ikinci dəfə avtomobil sürən şəxs haqqında cinayət işi qaldırılmalıdır. Hərdən kolleqalarım, bu hökumətdə olanlar nəzərə almırlar ki, sabah deputatın da nazirin də öz övladı bir avtoxuliqanın qurbanı ola bilər . Bu yaxınlarda mənim qohumum sürət həddini aşan bir qadinin qurbanı oldu 3 uşaq atasız qaldi. Prezident son gunlər bir fərman imzaladı. Ümid edirəm ki, vəziyyət düzələcək. Kriminaloigayda cəzanı sərtləşdirməklə yalnız müvəqqəti olaraq uğur əldə etmək mümkündür. Bunun qarşısını almaq üçün dünya təcrübəsində tətbiq edilən iki effektli yol var. Biri cəzanın labüdlüyü prinsipi, yəni hər bir şəxs rolun arxasında oturub sürətli maşın sürdükdə başa düşməlidir ki, il ərzində sərxoş vəziyyədə avtomobili idarə etsə yaxud sürət həddini aşsa inzibati qaydada cəzalandırılacaq. İkinci dəfə isə onun haqqında mütləq cinayət işi qaldıralacaq. Heç kim də ona kömək edə bilməyəcək. İnsanların şüruna bu həkk olsa, o bu cinayəti törətməyəcək. Bəzən yollarda sürət həddini məhdudlaşdiran nisanların düz qoyulmaması da xətalara yol açır. Avropa ölkələrində hər 100 avto-nəqliyyat hadisəsində ən yuxarısı 4 ölüm hadisəsi baş verir. Bizdə bu rəqəm 34-36 nəfərə çatır. Bu, sadəcə dəhşətdir. Müstəqil ekspertiza institutları olmalıdır. Bir hadisəni deyim. Bizə dost olan ölkələrindən birinin səfirinin maşını mənim yaxınlarımdan birinin avtomobilini vurub əzmişdi. Səfir rayonun prokuroruna zəng edir. Rayon prokuroru səlahiyyət həddini aşaraq yazır ki, burada səfirliyin sürücüsünün heç bir təqsiri yoxdur. Nə var suğorta şirkəti səfirliyin maşınını təmir etsin.Görün nə dərəcədə acınacaqlı vəziyyətdir. Özlərinə sərf etməyəndə kameraların işləmədiyini deyirlər. Mənim əvvəlki seçki platformama daxil idi ki, bütün yollarda, yaşayış binalarının yanında təhlükəsizlik kameraları quraşdıralacaq. Buna məsuliyyət daşıyan insanlar olacaq. Məsələn, əgər o kameralar olsaydi, çoxdan Rafiq Tağını, Elmar Hüseynovu Rail Rzayevi ve digərlerini öldürənləri tapıb məsuliyyətə cəlb edə bilərdik. London şəhərində 4.5 milyon kamera quraşdırılıb.

- Rövnəq Abdullayevlə bir ara qalmaqalınız var idi. Məsələ nə yerdə qalıb?
- Bilirsiz, o şəxsi məsələ deyildi. Mən vətəndaşların tələbini ictimailəşdirdim. Şirkətin iş adamlarına borcu var idi. Deyəsən sonradan bir hissəsini qaytardılar. Elə də çox vəsait deyildi. Mən təkcə Neft Şirkəti ilə bağlı yox, bir sıra nazirliklər, dövlət qurumları ilə bağlı iradlarımı da dəfələrlə Milli Məclisdə səsləndirmişəm. Hətta Rövnəq Abdullayevdən bu məsələni həll etməyi şəxsi söhbətimizdə də xahiş etmişdim. Amma problem həllini tapmırdı. Mən biləndən sonra ki, çoxlu sayda iş adamları bu məsələdən əziyyət çəkirlər, onda məsələni ictimailəşdirdim. Birinci növbədə , biz vətəndaşlarımıza hörmət etməliyik (qazfqazinfo.az).









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru